CARİ BURAXILIŞ No.2 (32) | 2023 Qəmbərova S.Ç.
Abstract: Süd vəzisi xərçənginin (SVX) patogenezində metalloproteinazaların toxuma inhibitorları (MPTİ)
mühüm əhəmiyyət kəsb edir. Son zaman aparılan tədqiqatlar MPTİ-nın bu patologiyanın
inkişafında ikili rolunu göstərsələr də, onların metalloproteinazaların fəallığını inhibisiya edərək
şişin invazivliyinin, residivinin qarşısını alması sübut edilmişdir. Bu proteaz inhibitorlarının,
xüsusilədə MPTİ-1-in şişəleyhinə təsirinin öyrənilməsi istiqamətində geniş tədqiqatların
aparılması SVX-nin müalicəsində yeni dərman preparatlarının hazırlanmasına imkan verə bilər. Məmmədzadə H.A.
Abstract: Ramazan İslam aləmində müsəlmanların başda oruc tutmaq olmaqla öz dini vəzifələrini yerinə
yetirməyə çalışdıqları müqəddəs ay hesab edilir. Ramazan orucu insan fiziologiyasının bir çox
fundamental aspektlərinə, o cümlədən, yuxu rejimi və sirkadien ritm, maye, enerji balansı və
qlükoza homeostazına təsir göstərir. Qidalanma rejiminin daha çox gecəyə keçməsi, xüsusilə də
sahurda oyanıb qida qəbul etmək səbəbindən normal qidalanma tərzində, eləcə də yuxu
rejimlərində dəyişikliklər olur. Bu baxımdan, şəkərli diabet xəstələrinin oruc ibadətini həkim
nəzarəti olmadan etməsi bir çox fəsadlara səbəb ola bilər. Babayeva G.H., Mahmudov U.R., Quliyev F.V. Əsədova G.V., Musayev J.S.
Abstract: Mədə-bağırsaq traktının nodulyar limfoid hiperplaziyası daha tez-tez nazik bağırsaqda, mədədə,
yoğun bağırsaqda və ya düz bağırsaqda yerləşən, adətən diametri 2-10 mm olan çoxsaylı kiçik
düyünlərin olması ilə xarakterizə olunur. Patogenezi əsasən məlum deyil və baş vermə bütün yaş
qruplarında mümkündür, uşaqlarda olduqca yaygındır və immun çatışmazlığı olan və ya
olmayan yetkinlərdə də qeyd oluna bilər. Bəzi hallarda xəstələrdə ümumi variabel immun
çatışmazlığı, selektiv IgA çatışmazlığı, Giardia intestinalis, çölyak xəstəliyi, Helicobacter pylori,
insan immun çatışmazlığı virusu ola bilər. Bu yaxınlarda COVID-19 keçirmiş xəstələrdə
nodulyar limfoid hiperplaziyanın aşkarlanması ilə bağlı məlumatlar təqdim edilmişdir. Nodulyar
limfoid hiperplaziyası adətən asimptomatikdir, lakin qarın ağrısı, xroniki ishal, qanaxma və ya
ileus kimi müxtəlif mədə-bağırsaq simptomlarına səbəb ola bilər. Diaqnoz endoskopiya və ya
barium kontrast üsulu ilə qoyulur və patohistoloji tapıntılarla təsdiqlənməlidir. Nodulyar limfoid
hiperplaziyası həm bağırsaq, həm də çox nadir hallarda ekstraintestinal limfoma üçün risk
faktorudur. Fərəcova N.A., Mahmudova K.C., Qasımova F.N.
Abstract: Xroniki virus hepatitlərində metabolizm pozuntularının yaranması və dislipidemiya ilə əlaqəli
aterosklerotik prosessesin proqressivləşməsi ilk növbədə yüksək kardiovaskulyar risk ilə
səciyyələnir. Sübut olunub ki, dislipidemiya, hiperinsulinemiya və s. metabolik pozuntularının
rastgəlmə tezliiyi və ağırlıq dərəcəsi viral yükün dərəcəsinə düz mütənasibdir. Bu fakt virus
hepatitlərini adları gedən xəstəliklərin yaranmasının risk faktoruna çevirir. Kardiovaskulyar və
metabolizm xəstəliklərinin yaranmasında iştirak edən risk amilləri sırasına virus hepatitlərinin də
əlavə olması onların vaxtlı diaqnostika, adekvat müalicə və profilaktikası məsələlərinə diqqətin
artırılmasını və daha ciddi yanaşma tələb edir. Mahmudbəyova Z.F., Hacıyeva R.S.
Abstract: Məqalədə III trimestrdə hamilə qadınlar arasında qalxanabənzər vəzin disfunksiyasının tezliyinin
təyin edilməsi, faktorların əlaqəsi və tiroid disfunksiyasının hamiləlik nəticələrinə təsirinin təhlili
təqdim olunub. Tədqiqata III trimestrdə birdöllü hamiləliyi, orta yaşı 28,7±2,11 olan 77 qadın cəlb
edildi. Qadınların hamısında qanda tireotrop hormon (TTH), triyodtironin (T3), tiroksin (T4) təyin
edilmişdir. Statistik təhlil Microsoft Excel Statistica proqramı ilə həyata keçirilmişdir. 39,0%
hallarda tiroid disfunksiyası aşkar edilmişdir: qadınların 26%-də subklinik hipotireoz, 7,8%-də açıq
hipotireoz, 5,2%-də subklinik hipertireoz aşkar edilmişdir. Subklinik hipotireoz zamanı TTH
səviyyəsi eutireozlu hamilə qadınlara nisbətən 74,6% (p=0,001), açıq hipotireozu olan hamilə
qadınlarda 81,3% (p=0,001) qədər yüksək idi. Subklinik hipotireoz, açıq hipotireoz və subklinik
hipertireozu olan hamilə qadınlarda T3 səviyyəsi müvafiq olaraq 38,2% (p=0,355), 78,6%
(p=0,004) və 11,1% (p=0,741) qədər azalmışdır. Qalxanabənzər vəzinin normal funksiyası olan
qrupu ilə müqayisədə subklinik hipotireozu və subklinik hipertireozu olan qadınlarda qanda T4
dəyəri 34,6% (p=0,261) və 39,0% (p=0,004) qədər artmış, açıq hipotireoizlu qadınlarda isə 75,6%
qədər (p=0,003) azalmışdır. Subklinik hipotireozlu qadınlar qrupunda anemiya 35,0%,
preeklampsiya 20,0%, azsululuq 30,0%, qeysəriyyə kəsiyi 35,0%-ndə qeyd edilib. Subklinik
hipotireozla qadınlarda preeklampsiya, anemiya, azsululuq, qeysəriyyə kəsiyi və vaxtından əvvəl
doğum riski müvafiq olaraq 5,6 dəfə (p<0,01), 7,9 dəfə (p<0,01), 4,6 dəfə (p<0,05), 3,7 dəfə
(p<0,05) və 1,7 dəfə (p>0,05) eutireozu olunanlardan yüksək idi. Anemiya, preeklampsiya,
qeysəriyyə kəsiyi tezliyi, aşağı bədən çəkili uşaqların olması və Apgar şkalası aşağı bal ilə subklinik
hipotireoz arasında statistik olaraq əhəmiyyətli əlaqə müəyyən edildi. Hipotireoz və hamiləliyin
nəticəsinin dəyişənləri arasındakı əlaqənin gücünün qiymətləndirilməsi hipotireozlu hamilə
qadınların aparılmasının yaxşılaşdırılmasına imkan yarada bilər. Kazımova L.Ə.
Abstract: Məqalədə retinal venaların trombozundan sonra makula ödeminin əmələ gəlməsi nəticəsində
azalan və inyeksiya müalicəsi ilə qismən bərpa olunan görmə kəskinliyinin korrelyasiyası təqdim
olunur. Optik koherens tomoqrafiya (OKT) görüntülərində xarici hüdudi membranın (XHM)
tamlığının pozulmasını təqdim etmək üçün xüsusi üsul tətbiq edilmişdir. Müalicədən əvvəl və
müalicədən sonrakı görmə itiliyi arasındakı əlaqəni qiymətləndirmək üçün bir və çoxölcülü xətti
reqressiya təhlilləri aparılmışdır. Müalicədən sonrakı vəziyyətdə XHM bütövlüyü görmə
itiliyinin proqnozunda müstəqil və vacib amil kimi göstərilmişdir. Ranibizumab
inyeksiyalarından sonra RVT səbəbi ilə ikincili yaranan makula ödemi makulyar ödem olan
xəstələrin görmə funksiyasını qiymətləndirməsində XHM-nin bütövlüyü, xüsusən də foveanın
mərkəzindən aşağıda digər amillərdən daha faydalı ola bilməsi təstiqləndi. Əliyev R.R., Şirəliyeva R.K.
Abstract: Giriş. Dağınıq skleroz (DS) mərkəzi sinir sisteminin etiologiyası və tam müalicəsi məlum olmayan xroniki demielinizasiyaedici, neyrodegenerativ xəstəliydir. Bir çox tədqiqatlar DS-lə xəstələnmənin qadınlar arasında kişilərlə müqayisədə 2-3,5 dəfə çox rast gəlindiyini göstərmişdir. Təqdim edilmiş məqalənin məqsədi Azərbaycanda DS diaqnozu qoyulmuş pasiyentlərin cinsə görə xarakteristikasını vermək olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqat müddəti (01.01.2013–31.12.2022-ci illər) ərzində 1796 DS-li xəstə araşdırılmışdır. Xəstələr 2 müqayisə qrupuna bölünmüşdür (I qrup – kişilər, 616 xəstə; II qrup – qadınlar, 1180
xəstə). Müqayisə qruplarında xəstələrin cins, yaş (diaqnoz qoyulanda, ehtimal olunan ilk həmlə zamanı və tədqiqatın sonunda), DS-in klinik gedişi və ölüm hadisələrinə görə xüsusi çəkisi tədqiq edilmişdir. Statistik təhlil χ2-Pirson və t-Stüdent-Bonferroni meyarları ilə aparılmış, alınmış statistik nəticələr U-Mann-Whitney meyarı ilə təkrar yoxlanılmışdır. “0” hipotezi p<0,05 olduqda inkar edilmişdir. Nəticələr və müzakirə. Xəstələrin 65,7%-i qadın, 34,3%-i isə kişi olmuşdur. Kişi qadın nisbəti 1:1,92 təşkil etmişdir. Xəstələrin 66,4%-i şəhər, 33,6%-i isə kənd sakinləri olmuşdur. Qadınlar arasında şəhər sakinləri (68.1±1.4%) kişilər arasında şəhər sakinlərindən (63.0±1.9%) çoxluq təşkil etmişdir və bu fərq statistik dürüst olmuşdur (P<0.05). Diaqnoz qoyularkən xəstələrin orta yaşı 34,9±0,2 yaş (kişilərdə 35,2±0,4; qadınlarda 34,7±0,3) təşkil etmişdir. Ehtimal olunan birinci həmlə zamanı orta yaş 29,7±0,2 yaş təşkil etmişdir (kişilərdə 29,9±0,3 və qadınlarda 29,6±0,2). Tədqiqat illəri ərzində 43 xəstədə ölüm qeydə alınmışdır. Xəstələrin orta ölüm yaşı 56,8±1,2 yaş təşkil etmişdir (kişilərdə – 55,2±1,6 yaş; qadınlarda – 58,0±1,6 yaş) (P>0,05). DS diaqnozu qoyulandan sonra xəstələrinin orta yaşama
müddəti 15,7±1,0 il olmuşdur (minimal yaşama müddəti 4 il, maksimal – 40 il). İlk həmlə ilə diaqnozun qoyulması arasında olan dövr kişilərdə ortalama 5,3±0,2 il, qadınlarda 5,2±0,1 il olmuşdur. Xəstələrin diaqnoz yaşlarına görə 5 illik yaş qrupları üzrə bölgüsü göstərdi ki, kişilər arasında daha çox xəstələnmə 35-39 yaş qrupu (kişi xəstələrin 20,1±1,6%-i), qadınlar arasında isə 30-34 yaş qrupu (qadın xəstələrin 20,8±1,2%-i) arasında olmuşdur. Lakin bu göstəricilər statistik dürüst fərqlənməmişdir (P>0,05). DS-in klinik gedişinə görə tipləri arasında hər iki cinsdə ən çox rast gəlinən residivverən DS olmuşdur kişilərdə 78,6±1,7%, qadınlarda 77,4±1,2%, KİS daha çox qadınlarda rast gəlinsə də (4,2±0,6%), fərq statistik dürüst olmamışdır (P>0,05). DS-in digər subtipləri hər iki cinsdə demək olar ki eyni rast gəlinmişdir. Conclusion. DS zamanı cinsdən asılı fərqlərin geniş tədqiqi DS-in patofizioloigyası və müalicəsi haqda bilikləri daha da artıra dilər. Əldə edilən nəticələr DS-in klinik gedişi və müalicəsinə cinsdən asılı yanaşmanın daha da geniş tədqiq edilməsi üçün əsas verir. Haqverdiyev B.D.
Abstract: Zəriflik indeksi yüksək olan daşlı xolesistitdən əziyyət çəkən yaşlı xəstələrdə cərrahi müalicənin
nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni müalicə üsulunun effektivliyi nəzarət qrupu ilə
müqayisəli öyrənilmişdir. Tədqiqatlar əsas qrupda müalicə taktikasının müsbət təsiri nəticəsində
ağırlaşmaların rast gəlmə tezliyinin azalması, yara sağalmasının sürətlənməsi, çarpayı günlərinin
qısalmasını göstərmişdir. Zəriflik indeksinin əməliyyatan sonrakı yaxın və uzaq dövrlərdə
dinamikada dəyişməsi əsas qrupda daha müsbət olmuşdur. Axundova İ.M., Abuzərov R.M., Qasımov İ.Ə., Səlimova N.A., Seyfəddinova M.N.
Abstract: Vərəmin diaqnostikasında istifadə olunan müasir molekulyar genetik metodlar ənənəvi metodlarla
müqayisədə daha yüksək həssaslığa və spesifikliyə malikdir və bioloji materiallarda vərəm
törədicisini, onun dərmanlara qarşı davamlılığını, habelə müəyyən edilmiş mutasiyanın növünə
uyğun olaraq müalicənin vaxtında seçilməsi və korreksiyasını qısa bir zamanda müəyyən etməyə
imkan verir. Müalicənin effektivliyinin artması nəticəsində isə xəstələrin və vərəm
Mikobakteriaysının ablasiya müddətini azaltmağa və dərmana davamlı ştamların yayılmasının
qarşısını almaq mümkün olmuşdur. Rüstəmova L.İ., Heydərova F.H., Hacıyeva T.İ., Məmmədov S.M., Məmmədova V.H., Atakişiyeva N.M., Məmmədova C.S.
Abstract: Məqalədə 2021-ci ildə Bakı şəhərində və onun rayonlarında əhali arasında (o cümlədən, uşaqlar
və yaşlılar, kişilər və qadınlar arasında) COVID-19 ilə xəstələnmə səviyyəsinin analitik
epidemioloji tədqiqi nəticələri təqdim olunmuşdur. Tədqiqatın məqsədi Bakı şəhərinin
rayonlarında COVID-19 ilə xəstələnmənin illik dinamikasının epidemioloji təhlilinin
aparılmasıdır. Tədqiqat materialı kimi, təsviri və analitik epidemioloji tədqiqatın gedişində
analitik və statistik işlənməyə məruz qalan COVID-19 ilə xəstələnmənin mütləq göstəriciləri
istifadə olunmuşdur. Bakı şəhərinin rayonlarında COVID-19 ilə xəstələnmə göstəricilərinin
müqayisəli epidemioloji təhlili ümumi əhali, o cümlədən uşaq və yaşlılar, qadınlar və kişilər
arasında yaş qrupları və aşkar olunma ayından asılı olaraq aparılmışdır. Qeyd olunan əhali
kontingenti arasında COVID-19 ilə xəstələnmənin intensiv hər 1000 nəfərə (0/ 00), ekstensiv (0 /0)
göstəriciləri təyin edilmişdir. Analitik epidemioloji tədqiqatların nəticələri Bakı şəhərinin
rayonlarında əhali arasında COVID-19 ilə xəstələnmənin risk qrupunu təyin etməyə imkan
vermişdir. Risk qrupunu yaşa görə yaşlılar, cinsə görə qadınlar, uşaq əhalisi arasında yaşa görə
5-13 yaş təşkil etmişdir. Mövsümə görə risk amili COVID-19 ilə xəstələnmənin payız qış
mövsümiliyi müəyyən edilmişdir. COVID-19-a görə epidemioloji vəziyyətin prospektiv
epidemioloji təhlili nəticəsində Bakı şəhərində 2021-ci ildə COVID-19 ilə xəstələnmə
səviyyəsindən asılı olaraq yüksək, orta və aşağı risk rayonları müəyyən edilmişdir.
Abstract: Genetik faktorlar ürəyin işemik xəstəliyi (ÜİX) riskinə mühüm töhfə verir və son on ildə bu sahədə
böyük irəliləyişlər olmuşdur. ÜİX-nin genetik mexanizmlərinin öyrənilməsi problemi kifayət qədər
mürəkkəbdir və bir çox müəlliflər tərəfindən qeyd olunan adekvat yanaşma və təhlil metodlarının
inkişafı ilə bağlıdır. ÜİX-nin inkişafında genetik mexanizmlərin rolunu öyrənmək üçün effektiv
yanaşmalardan biri xəstəliyin patogenezinə potensial olaraq ən böyük töhfə verən bir qrup genlərin
müəyyən edilməsi ilə bağlıdır. Məqsəd. Ürəyin işemik xəstəliyi, arterial hipertenziyası və tip 2
şəkərli diabeti olan azərbaycanlı xəstələrdə FGB geninin polimorfizmlərini və onun trombosit
indeksləri ilə əlaqəsini öyrənilməsi. Material və metodlar. Tətqiqatda 100 pasiyent iştirak etmişdir.
Hər bir pasiyentdə antropometrik göstəricilər, qanın ümumi analizi, lipid profili, aclıq qan şəkəri
və/və ya HbA1C, fibrinogen geni yoxlanılib və elektrokardioqrafik və exokardioqrafiya müyinəsi
aparılmışdır. Nəticə. Tədqiq olunan qruplarda FGB G (-455) A fibrinogen geninin homozigot G/G
genotipinin statistik əhəmiyyətli üstünlüyü qeyd edilmişdir.Qruplar arsında FGB G (-455) A
fibrinogen geninin GA polimorfizminin tezliyində statistik əhəmiyyətli fərq aşkar edilmişdir.
Bundan əlavə homozigot allel A genotip daşıyıcılarında trombosit indekslərinin qalxması müşahidə
edildi, hansı ki, bu genotip daşıyıcılarında tromboza meyllilik göstəricisi ola bilər. Mirzəyeva T.N., Əkbərov E.Ç., Həsənov R.P., Mirzəyev M.İ.
Abstract: Diabetik sistopatiyadan əziyyət çəkən və şəkərli diabetin müxtəlif ağırlaşmalarından dünyasını dəyişən
6 xəstədə histoloji, histokimyəvi üsullardan istifadə edilməklə, sidik kisəsinin intramural sinir
elementlərində morfoloji dəyişikliklər tədqiq edilmişdir. Nəzarət qrupunu avtomobil qəzası nəticəsində
dünyasını dəyişən 4 praktik sağlam şəxs təşkil etmişdir. Histoloji müayinə üçün sidik kisəsinin sinir
elementlərindən ibarət olan toxuma tikələri 12% formalində fikasaiya və Bilşçovski-Qross və
Rasskazov üsulu ilə gümüş nitratla impreqnasiya edilmişdir. Adrenergik sinir strukturları kəsikləri
qlioksil turşunun 2%-li məhlulunda inkubasiya etməklə, xolinergik strukturlar isə Karnovski-Roots
metodu ilə aşkar edilmişdir. Məlum olmuşdur ki, diabetik sistopatiya zamanı sidik kisəsinin intramural
sinir elementlərində degenerativ dəyişikliklərlə yanaşı, reaktiv-kompensator proseslər də baş verir.
Aşkar edilmişdir ki, sidik kisəsinin adrenergik və xolinergik sinir elementlərində mediatorların qatılığı azalır. Musayeva M.S., Hacıyeva R.S.
Abstract: Məqalədə talassemiyalı qadınlarda reproduktiv hormonların tərkibinin təhlili nəticələri təqdim
olunub. Tədqiqatda 76 talassemiyalı qadın (orta yaş 24,8±4,7) iştirak etdi. Xəstələrin 32,89%-də
böyük homozigot beta-talassemiya, 39,47%-də ara heterozigot beta-talassemiya, 14,47%-də
heterozigot beta talassemiya minor, qadınların 6,58%-ində müvafiq olaraq alfa-talassemiya və
drepanotalassemiya var idi. Serumda dəmir, follikul stimulləşdırıcı hormon (FSH), luteinizə hormon
(LH), estradiolun səviyyələri təyin edildi. Talassemiyalı qadınlarda dəmir miqdarı nəzarət qrupuna
nisbətən 30,7% (p=0,223) çoxdur. Siklin bütün mərhələlərində FSH konsentrasiyası nəzarətlə
müqayisədə artıq, orta LH səviyyəsi aşağı, estradiol səviyyəsi nəzarət dəyərlərini follikulyar və
ovulyasiya fazalarında müvafiq olaraq 3,5 (p<0,01) və 1,5 dəfə (p<0,05) çox idi. Talassemiyalı
xəstələrdə FSH/LH nisbəti nəzarətdən 2,4 dəfə yüksək idi (p<0,05). Tədqiqat geri dönməz həcm
itkisinə və reproduktiv vəziyyətə mənfi təsirlərə səbəb olan hipofizin dəmir yüklənməsinin
mütərəqqi xüsusiyyətini vurğulayır. Qasımov N.A., Hacıyeva A.E.
Abstract: Qanaxma ilə ağırlaşan onikibarmaq bağırsağın xora xəstəliyi zamanı mini-invaziv endocərrahi
müdaxilələr əməliyyatdan sonrakı ağırlaşmaların tezliyinin, ağırlıq dərəcəsinin və letallığın (2,5%-
dən 0%-ə qədər) azalması ilə müşayiət olunur. Bu metodların tətbiq edilməsi ənənəvi "açıq" cərrahi
metodlarla müqayisədə əməliyyatdan sonrakı çarpayı günlərinin (19,7±5,9-dan 12,5±4,7 günə) və
əməliyyatdan sonrakı reabilitasiya dövrünün davametmə müddətinin (35,5±5,8-dən 18,4+3,6 günə
qədər) nəzərəçarpan dərəcədə azalmasına gətirib çıxarır. Mini-invaziv endocərrahi əməliyyatların
həyata keçirilməsi turşu-peptik faktorun aqressivliyinin adekvat azalmasına, əksər xəstələrdə
mədənin motor-evakuator funksiyasının bərpa edilməsinə səbəb olur, qanaxma ilə ağırlaşan
onikibarmaq bağırsaqın xorası olan xəstələrin müalicəsinin yaxın və uzaq nəticələrinin nəzərəçarpan
dərəcədə yaxşılaşması ilə müşayiət olunur. Səlimli T.A., İsmayılov Y.B., İsmayılova A.T., İskəndərova Z.Ş.
Abstract: Tədqiqatın məqsədi xroniki elektromaqnit şüalanması (EMŞ) təsirindən siçovulların qan
hüceyrə tərkibinin dəyişməsini öyrənmək olmuşdur. Müəyyən edilmişdir ki, kontrol qrup
heyvanlar optimal şəraitdə saxlanıdığından qan hüceyrələri fizioloji normaya müvafiq gəlmiş,
lakin şüa təsirinə məruz qalmış siçovullarda qan hüceyrələrinin miqdarı kəskin dəyişmiş. EMŞ
davam etmə müddətindən asılı olaraq qan hüceyrələrinin miqdarında, faiz tərkibində və
yayılma sıxlığında müxtəlif istiqamətli dəyişikliklər getdiyindən orqanizmin homeostazını və
hemoestazını təmin edən mexanizmlər pozulur. Ona görə də EMŞ korreksiya yollarının
işlənməsi istiqamətində tədqiqatların davam etditilməsi vacibdir.
Abstract: Qeyri-spesifik vagintilərin müalicəsində tərəfimizdən təklif edilən 30%-li karbamidlə
müalicənin effektivliyinin öyrənilməsi üçün ifrazatların xarakteri, tezliyinin təyin edilməsi
məqsədilə aparılan tədqiqat işinə vaginit diaqnozu qoyulan 120 xəstə daxil edilmişdir. Xəstələr
aparılan müalicə tədbirlərinə əsasən iki qrupa ayrılmışlar: əsas qrupa 30% karbamidlə müalicə
aparılan pasientlər (n=60), nəzarət qrupunda vaginitin standart ikinrhələli müalicəsi aparılan
xəstələr (n=60) daxil edilmişdir. Bütün xəstələrdən ətarflı anamnez toplanmış, ginekoloji
güzgülərlə baxış keçirilmişdir. Aparılan tədqiqatın nəticələrinədən məlum olur ki, 30%-li
karbamid ilə aparılan ginekoloji sanasiyalar xəstələrdə ifrazatların aradan qaldırılması,
xarakterinin yüngülləşməsinə daha effektiv şəkildə nail olunmuşdur. Süleymanov T.A., Hacıbəyli T.Ə.
Abstract: Giriş. Əczaçılıq elminin qarşısında duran mühüm vəzifələrdən biri də bioloji aktiv
maddələrin müxtəlif qrupları ilə zəngin olan bitki mənşəli preparatların mənbələrinin axtarışı,
bu mənbələrdən bioloji aktiv maddələrin ayrılması və onların əsasında yeni dərman
vasitələrinin yaradılmasıdır. İşin məqsədi. Tərkibində efir yağları olan Koliks (foeniculum
vulgare) preparatının Qaz Xromatoqrafiyası üsulu ilə analizi. Materiallar və metodlar. Adi
razyana adlanan Foeniculum vulgare, adətən kulinariya məqsədləri üçün yığılan razyana ətirli
yarpaqları və toxumları üçün tərəvəz və ot bağlarında yetişdirilən dik, budaqlanan çoxillik
bitkidir. Analiz Agilent 7890B qaz xromatoqrafında və MS 5977A xromato-kütlə
spektrometrində aparılmışdır. Sütun ölçüsü 30 m*250 µm*0,25 µm marka HP-5 MS Ultra
Inert istifadə olunmuşdur. Split yəni. nümunə 20 hissəyə bölünür, birinci hissə aparata
gətirilir. 50°C-lik ilkin temperatur 2 dəqiqə saxlanılır. Sonra hər dəqiqə üçün. temperatur 5°C
yüksəlir və 250°C-ə çatır və 5 dəqiqə saxlanılır. Həlledici kimi heksan, daşıyıcı qaz olaraq
(He) 1,0 ml/dəq. istifadə olunur. Nəticə. Tıdqiqat nəticəsində 32 komponent əldə edilmişdir.
Bu birləşmələr əsasən terpenoidlər və doymuş karbohidrogenlərin müxtəlif oksidləşmə
məhsullarıdır. Tədqiq edilən "Koliki" şərbətində üstünlük təşkil edən birləşmələr 9, 10, 21,
22, 23, 24, 25, 27-dir. Hüseynova R.Ə.
Abstract: Şəkərli diabetli xəstələrin sayının ildən ilə artması, xroniki gedişatı və xəstələrin yüksək əlilliyik
riski ciddi tibbi-sosial problemdir. Müasir diabetologiyanın ən vacib problemi, əhali arasında
xəstələrin sayının artım sürətini və həmçinin mikro- və makrovaskulyar ağırlaşmaları
əhəmiyyətli dərəcədə azaltmaq, xəstələrin ömrünü uzatmaq və sosial-iqtisadi xərcləri minimuma
endirməkdir. Bunun üçün nəzərdə tutulmuş şəkərli diabet tip 2 müalicəsinin yeni, daha effektiv
üsullarının inkişafıdır. Şəkərli diabet tip 2 idarə edilməsinin müasir yanaşmaları daha erkən və
daha ciddi qlisemik nəzarətə nail olmaq, postprandial zirvələri və hipoqlikemik epizodları
azaltmaq, qlikemik profil variabelliyini normallaşdırmaq və insulin rezistentliyini azaltmaq
məqsədi daşıyır. İsmaylova X.M., Babayeva G.H., Mahmudov U.R., Quliyev F.V., Səmədova T.A., Əsədova G.V., Həsənova A.İ., Məhəmmədəliyeva M.V., Abdulzadə C.N.
Abstract: Zülal itkisi ilə gedən enteropatiya (ZİE) – bağırsaq xəstəliklərində rast gəlinən nadir və
mürəkkəb ağırlaşmalardan biri hesab edilir. Bu patologiyanın əsas əlaməti hipoproteinemik
ödemlərin əmələ qəlməsidir. Xəstəliyin diaqnostikası nəcisdə α1- antitripsinin təyini vasitəsilə
bağırsaq boşluğuna zülal itkisinin verifikasiyasına əsaslanır. Bağırsağın zədələnmiş seqmentini
şüa və endoskopik diaqnostika metodları ilə müəyyən edirlər. Müalicənin əsasını ortazəncirli
triqliseridlərlə zəngin yağsız pəhriz təşkil edir. Medikamentoz müalicəyə tabe olmayan ağır
hipoproteinemiyalar zamanı seçim cərrahi müalicədir- zədələnmiş seqmentin rezeksiyasıdır. Alimetov S.N., Hümbətova A.D., İbrahimova Ş.S.
Abstract: Cari məqalədə ikinci tip şəkərli diabetin klinik gedişi xüsusiyyətlərinə aid müasir məlumatlar
verilmişdir, laborator və psixososial dəyişikliklər dərc olunmuşdur. Burada xəstəliyin azsimptomlu
gedişi, şikayətlərin azlığı, bədən çəkisinin enməsi, yaddaş pozğunluğu və digər koqnitiv
disfunksiyalarının mövcudluğuna diqqət yetirilmişdir. Şəkərendirici terapiyanı tərtib edərkən
dərmanların effektliyindən başqa, həm də onların hipoqlikemiya törətməməsinə nəzər yetirmək
tövsiyə olunmuşdur. |