| AZ | EN | RU


BAKI ŞƏHƏRİNİN RAYONLARINDA COVID-19-LA XƏSTƏLƏNMƏNİN İLLİK DİNAMİKASININ EPİDEMİOLOJİ TƏHLİLİ
Rüstəmova L.İ., Heydərova F.H., Hacıyeva T.İ., Məmmədov S.M., Məmmədova V.H., Atakişiyeva N.M., Məmmədova C.S.


DOI: 10.61775/2413-3302.v2i32.10


XÜLASƏ
Məqalədə 2021-ci ildə Bakı şəhərində və onun rayonlarında əhali arasında (o cümlədən, uşaqlar və yaşlılar, kişilər və qadınlar arasında) COVID-19 ilə xəstələnmə səviyyəsinin analitik epidemioloji tədqiqi nəticələri təqdim olunmuşdur. Tədqiqatın məqsədi Bakı şəhərinin rayonlarında COVID-19 ilə xəstələnmənin illik dinamikasının epidemioloji təhlilinin aparılmasıdır. Tədqiqat materialı kimi, təsviri və analitik epidemioloji tədqiqatın gedişində analitik və statistik işlənməyə məruz qalan COVID-19 ilə xəstələnmənin mütləq göstəriciləri istifadə olunmuşdur. Bakı şəhərinin rayonlarında COVID-19 ilə xəstələnmə göstəricilərinin müqayisəli epidemioloji təhlili ümumi əhali, o cümlədən uşaq və yaşlılar, qadınlar və kişilər arasında yaş qrupları və aşkar olunma ayından asılı olaraq aparılmışdır. Qeyd olunan əhali kontingenti arasında COVID-19 ilə xəstələnmənin intensiv hər 1000 nəfərə (0/ 00), ekstensiv (0 /0) göstəriciləri təyin edilmişdir. Analitik epidemioloji tədqiqatların nəticələri Bakı şəhərinin rayonlarında əhali arasında COVID-19 ilə xəstələnmənin risk qrupunu təyin etməyə imkan vermişdir. Risk qrupunu yaşa görə yaşlılar, cinsə görə qadınlar, uşaq əhalisi arasında yaşa görə 5-13 yaş təşkil etmişdir. Mövsümə görə risk amili COVID-19 ilə xəstələnmənin payız qış mövsümiliyi müəyyən edilmişdir. COVID-19-a görə epidemioloji vəziyyətin prospektiv epidemioloji təhlili nəticəsində Bakı şəhərində 2021-ci ildə COVID-19 ilə xəstələnmə səviyyəsindən asılı olaraq yüksək, orta və aşağı risk rayonları müəyyən edilmişdir.
Açar sözlər: COVID-19, epidemioloji təhlil, risk qrupu, risk amili, mövsümilik


ƏDƏBİYYAT
  1. Мескина Е.Р. Предварительный клинико - эпидемиологический анализ первых 1000 случаев Covid-19 у детей в Московской области // Журнал микробиологии, эпидемиологии и иммунобиологии, 2020, 97(3), с.202- 215.
  2. Никифоров В.В., Суранова Т.Г., Миронов А.Ю., Забозлев Ф.П. Новая коронавирусная инфекция (Covid-19): этиология, эпидемиология, клиника, диагностика, лечение и профилактика М., 2020, 48с.
  3. Никифоров В.В., Суранова Т.Г., Чернобровкина Т.Я. и др. Новая коронавирусная инфекция (Covid-19) клинико-эпидемиологические аспекты // Архив внутренней медицины, 2020, № 2, с.87- 93.
  4. CDC. Coronavirus Disease 2019 (Covid-19). Centers for Disease Control аnd Prevention. 2020 Feb. https://www.cdc.gov/coronavirus/2019-ncov/infection-control/control-recommendations.
  5. Dhakal S., Karki S. Early epidemiological feetures of Covid-19 in Nepal and publik health responce // Front. Med. , 2020, p.524
  6. Donq Y., Mo X.. Hu Y. et. al. Epidemiolojy of Covid-19 among children in China // Pediatrics, 2020, 1(16), p.145.
  7. Kenneth Mclntosh. Coronavirus disease 2019: epidemiology, virology, clinical features, diaqosis and prevention: https: // www: uptodate. Com / coronavirus- diseases, 2020.
  8. Krajcar N. Stemberger L., Surina A. et al. Epidemiological and clinical features of Croation children and adolescents with a PCR-confirmed coronavirus disease 2019: differences between the first and second epidemic wave // Croat. Med. J., 2020, 61 (6), p.491-500.
  9. Huang C., Wang Y., Li X. et al. Clinical features of patients infected with 2019 novel coronavirus in Wuhan, China // Lancet, 2020, 395,p. 497-506.
  10. Lipsitch M., Swerdlow D., Finelli L. Defining the Epidemiology of Covid-19 Studies Needed // N.Engl. J. Med., 2020, p.125.
  11. Petersen E., Lokengin D. SARS-CoV-2 epidemiology and control different scenarios for Turkey // Turk J. Med. Sci. , 2020, p.509 - 514.
  12. Qiu H., Hong İ. et al.Clinical and epidemiological features of 36 childten with coronovirus disease 2019 in Zhejiang // Lancet İnfect. Dis., 2020, 20 (6), p.689-696.
  13. Wang Y. Unique epidemiological and clinical features of the emerging 2019 novel coronavirus pneumonia (Covid-19) implicate special control measures // J. Med. Virol., 2020, p.748.
  14. World Health Orqanization. Statement on the second meetinq of the international Health Regulattions (Emergency Committee regarding the outbreak of novel coronavirus (2019-n CoV). Available from ps. http://www.who.int/newsroom/detail/.
  15. Wu F., Su Zha, Bin Y. et al. A new coronavirus associated with human respiratory disease in China // Nature, April,2020. 579, p. 265-269.