Kərimova K.M., Əhmədzadə G.A., Babayeva G.H.
İLTİHABİ BAĞIRSAQ XƏSTƏLİKLƏRİNDƏ FEKAL KALPROTEKTİNİN ÖLÇÜLMƏSİNİN STANDARTLAŞDIRILMASI MƏSƏLƏLƏRİ
Xülasə: Fekal kalprotektin (FK) bağırsaq iltihabının qeyri-invaziv markeridir. Çox vaxt iltihabi bağırsaq xəstəliyindən əziyyət çəkən xəstələrdə (IBX) terapevtik qərarlar qəbul etmək üçün istifadə olunur. FK ölçmələrinin hər bir addımı nəticələrə təsir edə bilər, bu isə yanlış interpretasiyaya gətirib çıxara bilər və IBX olan xəstələrin idarə olunması üçün potensial təsir göstərə bilər. Bu günə qədər istifadə olunan FK təyini üsulları olduqca fərqlidir və ümumiyyətlə mövcud olan üsulların heç biri standart olaraq qəbul olunmamışdır. Məqsəd. Fekal kalprotektin (FK) ölçmənin analitik və pre-analitik addımları ilə bağlı aydın mövqeləri təmin etmək və səhv interpretasiya riskini minimuma endirmək. Materiallar və metodlar. Elmi ədəbiyyatın sistemli axtarışı 2021-ci ilin iyun ayına qədər PubMed/MEDLINE, EMBASE və Cochrane verilənlər bazalarında FK ölçüsü haqqında məlumat verən bütün araşdırmaların müəyyən edilməsi ("iltihabi fekal markerlər", "kalprotektin", "iltihabı bağırsaq xəstəlikləri" kimi əsas ifadələrə görə) aparılmışdır. Nəticələr. Mövcud məlumatlara əsaslanaraq, FK ölçülməsi kəmiyyət testlərinə üstünlük verilməlidir. FK ölçmələri həmişə eyni metodla həyata keçirilməlidir. Nəticələri interpretasiya edərkən FK səviyyəsinə təsir edən amillər nəzərə alınmalıdır. Yekun. FK konsentrasiyası həkimlərin müalicə qərarlarını müəyyən edir. Baxmayaraq ki, FK IBX idarə edilməsində getdikcə əhəmiyyətli rol oynayır, laborator ğöstəricilərdə artımın müəyyən edilməsi və mövcud FK testlərinin diaqnostik dəqiqliyini təsdiq etmək üçün böyük çoxmərkəzli tədqiqatlar aparılmalıdır.
Açar sözlər: fekal kalprotektin, diagnostik dəqiqlik, fekal iltihabi markerlər, iltihabi bağırsaq xəstəlikləri
Mustafayev İ.İ., İsmayılova N.R.
RAMAZAN ORUCLUĞU VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ
Xülasə: Tədqim olunmuş ədəbiyyat icmalında Ramazan orucu dövründə ürək-damar xəstəliklərinin idarə olunması, pasiyentlərdə risk stratifikasiyası, istifadə olunan preparatların mümkün riskləri və bu risklərin aradan qaldırılması yolları barədə məlumat verilmişdir.
Açar sözlər: oruc, ürək-damar xəstəlikləri, kardiovaskulyar risk
Sultanova S.S.
PREDİABET: DİAQNOSTİKA VƏ MÜALİCƏ
Xülasə: Məqalədə şəkərli diabetdən əvvəl olan prediabet haqqında ümumi məlumat verilir. Məhz bu mərhələdə diabetin makro və mikrovaskulyar ağırlaşmaları inkişaf edir. Lakin bu vəziyyəti müəyyən etmək həmişə mümkün deyil, çünki prediabetli şəxslərdə klinik simptomlar demək olar ki, olmur. Eyni zamanda, prediabetdən şübhələnmək mümkündür. Məqalədə karbohidrat mübadiləsinin erkən pozulmalarının diaqnostik meyarları və müalicə üsulları təqdim olunur. Bu patologiyanın vaxtında aşkarlanması şəkərli diabetin və onun ağırlaşmalarının inkişafının qarşısını ala bilər.
Açar sözlər: prediabet, acqarına qlükozanın pozulması, qlükozaya qarşı tolerantlığın pozulması, diaqnostik meyarlar
Qurbanova C.F., Qarayeva N.Y., Əkbərova-Ben-Tzvi G.H.
TROMBOFİLİK GEN VARİASİYALARININ PREEKLAMPSİYANIN İNKİŞAFINDA ROLU
Xülasə: Preeklampsiya hamiləlik zamanı müşahidə olunan hipertenziv vəziyyətlərə aid olub ana və dölün ən çox rast gəlinən xəstəlik və ölüm səbəblərindəndir. Xəstəliyin etiologiyası və patogenezi tam olaraq məlum olmasa da immun çatışmazlıq, ciftin formalaşmasının və trofoblast invaziyasının pozulması, oksidativ stress və trombozun preeklampsiyanın inkişafında əsas rola malik olduqları hesab olunur. Bu komponentlərin genetik faktorları patoloji dəyişikliklərin yaranmasına gətirib çıxarır. Bu məqalədə preeklampsiyanın inkişaf mexanizmi və trombofilik genlərdə rast gəlinən variasiyaların bu prosesdə rolu haqqında məlumat verilmişdir.
Açar sözlər: preeklampsiya, cift, tromboz, gen, polimorfizm
Qasımov N.A., Həsənova S.Y., Abdullayev O.M., Fərəcova S.Ə.
KƏSKİN DESTRUKTİV PANKREATİTİN CƏRRAHİ MÜALİCƏSİ NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə: Son illər təxirəsalınmaz cərrahi xəstəliklər arasında kəskin pankreatit (KP) halları xeyli artmışdır və hazırda KP rastgəlmə tezliyinə görə kəskin appendisitdən sonra ikinci yer tutur. Bu xəstəliyin ən çox rast gələn səbəblərinə alkohollu içkilərin sui-istifadəsi və öddaşı xəstəliyidir. Bununla belə, 10-30% hallarda KP-nin etioloji səbəbini ayırd etmək mümkün olmur. Tədqiqatın əsasını kəskin pankreatitin destruktiv forması olan 300 xəstənin müayinə və müalicəsinin nəticələri təşkil edib. Xəstələrin vəziyyətini, xəstəliyin şiddətini və gedişatını, xəstələrin vəziyyətinin dinamik monitorinqini qiymətləndirmək üçün APACHE II və III, Balthazar, SOFA, Ranson, Glasgow-Imrie, CTSI, SAPS kimi inteqrasiya olunmuş qiymətləndirmə metodlarından istifadə edilmişdir. Pankreasın ilkin zədələnməsinin miqyasından asılı olaraq, pankreonekrozlu xəstələrin müalicəsində cərrahi taktikaya diferensial yanaşma, orta hesabla, hər xəstəyə irinli ağırlaşmaların sayını 4 dəfə (9,7%-dən) azaltmağa imkan verdi. 2,3%-ə, irinli ağırlaşmalardan ölümü 3 dəfə (16,3%-dən 5,7%-ə) azaltmaq və nəticədə ümumi ölümü 2,7 dəfə (26,0%-dən 9,9%-ə) azaltmaq mümkün oldu. Xəstəliyin başlanğıcından ilk 7 gün ərzində trombositlərin sayı azaldı, sonralar pankreas nekrozu əlamətləri azaldıqca trombositlərin sayıda artdı. Kəskin respirator distress sindrom təngnəfəslik, quru öskürək, döş sümüyünün arxasında ağrı, xəstənin qeyri-adekvat vəziyyəti, siyanoz, kobud krepitasiyalı xırıltı ilə xarakterizə olunurdu.
Açar sözlər: kəskin destruktiv pankreatit, diaqnostika, inteqral qiymətləndirmə sistemləri, trombositlər, kəskin respirator distress sindrom
Əliyeva J.T.
HAMİLƏLİKDƏ TƏKRARLANAN DÜŞÜKLƏRLƏ MATERNAL TROMBOFİLİYA MUTASİYALARI ARASINDA ƏLAQƏ
Xülasə: İrsi trombofiliyası olan hamilə qadınlarda təkrarlanan hamiləlik itkisi riski artır. Təkrarlanan hamiləlik itkiləri olan qadınlarda genetik trombofiliyaların rolu qiymətləndirilmiş, həmçinin təkrari düşüklər və reproduktiv ağırlaşmalara səbəb olan amil kimi Faktor V Leiden mutasiyası, Protrombin, MTHFR və PAİ 4G/5G mutasiyasının varlığı irəli sürülmüşdür. Bu tədqiqatda bizim məqsədimiz təkrari düşük yaşamış qadınlarda bu molekulyar qüsurların yayılma tezliyini araşdırmaqdır. Bir və ya daha çox səbəbi izah edilə bilməyən, ardıcıl düşükləri olan 35 qadın tədqiqata cəlb edilmişdir. Bu mutasiyaların mövcudluğu polimeraza zəncirvari reaksiya analizi ilə qiymətləndirilmişdir. 33 qadında bir və ya daha çox genin müştərək mutasiyasını aşkar etdik, 7 qadında (20%) ən az 1 homoziqot mutasiya aşkarlandı, yalnız 2 qadında (5,7%) heç bir trombofilik mutasiya aşkar olunmadı. Bu nəticələr trombofilik mutasiyaların təkrarlanan hamiləlik itkilərinin etiologiyasında mühüm rol oynadığını göstərir.
Açar sözlər: trombofiliya, təkrarlanan hamiləlik itkiləri, preklampsiya, antikoaqulyant müalicə
İbadova Ş.T.
HAMİLƏ QADINLARDA YUMURTALIQLARIN ŞİŞLƏRİNİN VƏ ŞİŞƏBƏNZƏR TÖRƏMƏLƏRİNİN ULTRASƏS DİAQNOSTİKASI
Xülasə: Məqalədə hamiləlik zamanı yumurtalıqların daha çox rast gələn şişlərinin və şişəbənzər törəmələrinin exoqrafik strukturunun və qan axınının parametrlərinin xüsusiyyətləri təsvir edilmişdir. Tədqiqata 14 həftədən 22 həftəyə qədər müddətdə 41 hamilə qadın daxil olmuşdur ki, onlardan 23 pasiyentdə yumurtalıqların şişəbənzər törəmələri, 11-də – həqiqi xoşxassəli şişlər, 7-də yumurtalıqların bədxassəli yenitörəmələri vizullaşmışdır. Bütün pasiyentlərdə ultrasəs müayinə (USM) skrininq müddətində ilk müraciət zamanı aparılmışdır. Exoqrafiya zamanı törəmənin lokalizasiyasına, onun formasına, konturlarına, sərhədlərinə, ətraf toxumalarla nisbətinə, ölçülərinə, daxili strukturuna, divarının və arakəsmələrin qalınlığına, exogenliyinə diqqət verilmişdir. Rəngli doppler xəritələnməsi (RDX) və dopplerometriya zamanı törəmənin daxilində vaskulyarizasiya zonalarının olması, onların lokalizasiyası, qan axınının xarakteri qiymətləndirilmişdir. Aparılan USM nəticəsində biz hamilə qadınlarda hestasiyanın erkən müddətlərində yumurtalıqların şişəbənzər törəmələrin və həqiqi xoşxassəli/bədxassəli şişlərin olması barəsində rəy vermişik. Həyata keçirilən USM yumurtalıqların şişəbənzər törəmələrinin və şişlərin exoqrafik təsvirlərinin müxtəlif olmasını, onların dopplerometriyasının və xüsusilə hamiləlik zamanı diaqnostikasının spesifik xüsusiyyətlərə malik olduğunu göstərdi.
Açar sözlər: hamilə qadınlar, yumurtalıqların şişləri, yumurtalıqların şişəbənzər törəmələri, USM
Ağazadə A.R.
DENTAL İMPLANTASİYANIN PLANLAŞDIRILMASI ZAMANI ADENTİYALI PASİYENTLƏRİN KOMPYUTER TOMOQRAFİYASININ NƏTİCƏLƏRİ
Xülasə: Kompyuter tomoqrafiyası implantasiyanın nəzərdə tutulan nahiyəsində sümük sıxlığını təyin edən dəqiq müayinədir. Sümüklərin lokal sıxlığı implantatın ilkin stabilliyinə təsir göstərir və bu da müalicənin uğurlu nəticəsi üçün mühüm amil hesab olunur. İki enerjili rentgen absorbsiometriyasının göstəricilərinə əsasən skelet sisteminin vəziyyətinin çənələrin sıxlığının absorbsiya əmsalı indeksi – Haunsfield şkalası göstəriciləri ilə mütənasibətini öyrənilmilmişdir. Ox skeletinin densitometriyasının məlumatları ilə çənələrin sıxlığının göstəriciləri düz mütənasibdir.
Açar sözlər: dental implantasiya, konus-şua kompyuter tomografiyası, sümüyün sıxlığı, ikili enerjili rentgen absorbsiometriya, Haunsfield vahidi
İrismetov M.E., Ni Q.V., Usmonov F.M., Kadırov S.S., Soliev S.M.
HAQLUND DEFORMASİYASI VƏ AXİLLOBURSİTİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ ENDOSKOPİK CƏRRAHİYYƏNİN TƏTBİQİ
Xülasə: Təqdim edilmiş məqalədə terminologiyanın tarixi, sümük ekzostozu və axillobursitin yaranması ilə impincment sindromun inkişaf mexanizmi, Haqlund deformasiyası və axillobursitin diaqnostika və müalicəsində ilkin addımlar nəzərdən keçirilir. Haqlund deformasiyası və axillobursit ilə 40 pasiyentin endoskopik müalicəsinin nəticələri təsvir edilir. Pasiyentlərin müayinəsi üçün klinik metodlar və şüa diaqnostikası metodları tətbiq edilmişdir.
Açar sözlər: dHaqlund deformasiyası, axillodenit, axillobursit, endoskopiya, daban sümüyü, daban vətəri
Mehdiyev T.V., Əhmədova Z.Q., Abdiyeva Y.C.
ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ DİABET RETİNOPATİYASININ İNKİŞAFINDA RİSK AMİLLƏRİNİN AŞKARLANMASI
Xülasə: Məqalədə şəkərli diabetli (ŞD) xəstələrdə diabet retinopatiyasının (DR) inkişafında rol oynayan risk amillərinin aşkarlanması ilə əlaqədar aparılan tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat Şəki RMX-da 2015-2020-ci illərdə müalicə olunan 18-75 yaş həddində olan 2567 nəfər I tip və II tip ŞD xəstələr daxil edilmişdir. Diabetin tiplərinə, gedişinə və xəstələnmə müddətinə görə, eləcə də komorbid vəziyyətlərlə əlaqədar proliferativ diabet retinopatiyası (PDR) və diabet retinopatiyasında görmə təhlükəsi (DRGT) yaradan risk amillərinin aşkarlanma tezliyi öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, uzunmüddətli hiperqlikemiya ilə DR-in aşkarlanması arasında düz mütənasiblik qeyd edilmiş və ŞD1 xəstələrdə (48,1%), ŞD2 xəstələrdə (31,2%) DR müşahidə edilmişdir. Diabetlə xəstələnmə müddətinin artması ilə əlaqədar xəstələrdə PDR və DRGT-nin rastgəlmə tezliyi ŞD1 xəstələrdə (18,9%), ŞD2 xəstələrdən (8,3%) çox olmuşdur. Nefropatiya və neyropatiya istisna olmaqla, AT yüksək olması, piylənmə, dislipidemiya və digər risk amilləri ŞD2 xəstələrdə ŞD1 xəstələrdən çox olduğu qeyd edilmişdir.
Açar sözlər: 1-ci və 2-ci tip şəkərli diabet, diabet retinopatiyası, proliferativ diabet retinopatiyası, hiperqlikemiya, dislipidemiya
Kərimzadə G.E.
MÜXTƏLİF KRANİOTİP FORMALI KƏLLƏLƏRDƏ
LABİRİNT SEQMENTİ UZUNLUĞUNUN KƏLLƏNİN UZUNLUĞUNA VƏ ENİNƏ NİSBƏTİ
Xülasə: Təqdim edilmiş tədqiqatın məqsədi üz kanalının labirint seqmentinin uzunluğunun müxtəlif en indeksi olan kəllələrin uzunluğu və eninə nisbəti və bu nisbətin yaş xüsusiyyətlərini öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqat üçün material Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 133 tomoqramları təşkil etmişdir. Material yaş qruplarına bölünmüşdür. Bütün kəllələr en indeksinə görə braxiokranlara (80,0 və yuxarı), dolixokranlara (74,9 və aşağı) və mezokranlara (75,0-79,9) bölünmüşdür. Kəllənin uzunluğu, eni və labirint seqmentin uzunluğu tomoqram kəsikləriklərinin aksial (sagittal) və koronal proyeksiyalarında ölçülmüşdür. Tədqiqatın nəticələri göstərdi ki, labirint seqmentin uzunluğunun kəllə uzunluğuna nisbətinin yaş qrupları arasında müqayisəsi fərq dürüstlüyünü braxiokran tip kəllələrdə sağ tərəfdə (PH=0,024), dolixokran tip kəllələrdə isə sol tərəfdə (PH=0,008) göstərir. Mezokran tip kəllələrdə bu nisbət fərq dürüstlüyünə malik deyil. Labirint seqmentin uzunluğunun kəllənin eninə nisbətində də fərq dürüstlüyü braxiokran kəllələrdə sağ tərəfdə, dolixokran tip kəllələrdə sol tərəfdə qeyd olunur. Bu göstəricinin statistik analizi mezokran kəllələrdə fərq dürüstlüyünü aşkar etmədi. Yekun. Beləliklə, labirint seqmentin uzunluğunun kəllənin uzunluğuna və eninə nisbətinin fərq dürüstlüyü braxiokran tip kəllələrdə sağda, dolixokran tip kələlərdə solda olması asimmetriyanı aşkar etdi. Mezokran tip kəllələrdə bu parametrlərin istər yaş qruplarında, istərsə də sağ və sol tərəfdə statistik fərq dürüstlüyü aşkar olunmadı.
Açar sözlər: üz kanalı, labirint seqment, braxiokran, mezokran, dolixokran
Cavadzadə V.N.
A VİRUS HEPATİTİ HAQQINDA
Xülasə: Məqalə uşaq və yeniyetmələr arasında geniş yayılan A virus hepatitinin ümumi xüsusiyyətlərindən bəhs edir. A virus hepatiti fekal-oral mexanizmlə ötürülən, əsasən simptomsuz gedən, adətən sağalma ilə nəticələnən kəskin infeksion xəstəlikdir. Törədici Picarnoviridae ailəsinə, heparnovirus cinsinə aid 72-ci tip enterovirusdur. Antroponoz xəstəlikdir. Su, qida, məişət-təmas yol ilə yayılır. İnkubasion dövr orta hesabda 15-20 gündür. Prodormal dövrdə kataral, dispeptik, astenovegetativ, artralgik və qarışık sindromlar rast gəlir. Sarılıq dövründə dəri və selikli qişaların saralması, sidiyin rənginin tündləşməsi və nəcisin rənginin ağarması baş verir. Çox nadir hallarda ağırlaşmalar olur. Proqnozu xoşdur, 90-95% xəstələr tam sağalma ilə nəticələnir. Spesifik diaqnostika məksədilə Polimeraza Zəngirvari Reaksiyadan (PZR) istifadə edilir. İmmun ferment analiz (İFA) üsulu ilə qan zərdabında anti-AHV İgM aşkarlanır. Müalicə patogenetik və simptomatik aparılır. Profilaktika məksədilə Havrix vaksini tətbiq edilir.
Açar sözlər: A virus hepatiti, etiologiya, klinika, müalicə
Qasımova F.N., Musayeva A.V., Ağayev A.R., Mehdiyeva A.R., Qafarlı S.E., Məhəmmədəliyeva M.V.
SİSTEM SKLERODERMİYANIN SİSTEM ZƏDƏLƏNMƏLƏRİ
Xülasə: Məqalədə 45 yaşlı qadında sistem sklerodermiyanın (SSD) tez proqressivləşən gedişatının klinik müşahidələrinin nəticələri təqdim olunmuşdur. Anamnez, xəstəliyin klinikası, labarator və instrumental müayinələrin nəticələri nümayiş olunmuşdur. Xəstəyə adekvat müayinə və müalicə təyin olunmasına baxmayaraq, uzun müddət müalicə almadığı üçün artıq onda ağırlaşma və geri dönməyən dəyişikliklər inkişaf etmişdir. SSD-nın vaxtında və məqsədyönlü aparılan müayinə və müalicəsi xəstəliyin gedişatını idarə etməyə imkan verir.
Açar sözlər: sistem sklerodermiya, daxili orqanlar, Reyno sindromu, sklerodaktiliya, ağciyərlərin interstisial fibrozu
Sərdarlı F.Z., Həsəniva M.Q., Bəxtiyarova L.B., Cabbarov Ş.M., Eminbəyli X.R.
KLİMAKTERİK DÖVRDƏ OLAN QADINLARDA KƏSKİN SİDİK TURŞULU NEFROPATİYANIN YARANMASI
Xülasə: Təqdim olunmuş məqalədə artıq çəkidən əziyyət çəkən (bədən kütləsi indeksi – 32,4 kq/m2), yüksək arterial təzyiq periodik olaraq krizlərlə müşahidə olunan, endometrioza görə uzun müddət hestogen preparatlarla müalicə olunmuş və kəskin böyrək çatışmazlığı inkişaf etmiş kəskin sidik turşulu nefropatiyalı klimakterik dövründə xəstənin tipik klinik hadisəsi təsvir olunmuşdur. Qeyd etmək lazımdır ki,kəskin sidik turşulu nefropatiyanın ağır formalarının yaranması və bu xəstəliyin kəskin böyrək çatışmazlığı ilə müşaiyət olunması nadir hallarda baş verir. Lakin, artiq çəki, piylənmə və yüksək arterial təzyiqdən əziyyət çəkən nəinki post-, premenopauza dövründə olan qadınları böyrəklərinin uratlı zədələnməsinə görə risk qrupuna ayırmar və metabolik pozğunluqların korreksiyasına yönəlmiş tədrirlərin aparılması məksədə uyğundur.
Açar sözlər: sidik turşusu,hiperurikemiya, premenopauza dövründə ,kəskin sidik turşulu nefropatiya, kəskin böyrək çatışmazlığı
Oqtay Sadıx oğlu Seyidbəyov
NEKROLOQ
Nadir Abbasəli oğlu Əliyev
NEKROLOQ