| AZ | EN | RU


TƏRKİBİNDƏ EFİR YAĞLARI OLAN KOLİKS PREPARATININ (FOENICULUM VULGARE) QAZ XROMATOQRAFİYASI ÜSULU İLƏ ANALİZİ
Bağırova P.N.


DOI: 10.61775/2413-3302.v2i32.17


XÜLASƏ
Giriş. Əczaçılıq elminin qarşısında duran mühüm vəzifələrdən biri də bioloji aktiv maddələrin müxtəlif qrupları ilə zəngin olan bitki mənşəli preparatların mənbələrinin axtarışı, bu mənbələrdən bioloji aktiv maddələrin ayrılması və onların əsasında yeni dərman vasitələrinin yaradılmasıdır. İşin məqsədi. Tərkibində efir yağları olan Koliks (foeniculum vulgare) preparatının Qaz Xromatoqrafiyası üsulu ilə analizi. Materiallar və metodlar. Adi razyana adlanan Foeniculum vulgare, adətən kulinariya məqsədləri üçün yığılan razyana ətirli yarpaqları və toxumları üçün tərəvəz və ot bağlarında yetişdirilən dik, budaqlanan çoxillik bitkidir. Analiz Agilent 7890B qaz xromatoqrafında və MS 5977A xromato-kütlə spektrometrində aparılmışdır. Sütun ölçüsü 30 m*250 µm*0,25 µm marka HP-5 MS Ultra Inert istifadə olunmuşdur. Split yəni. nümunə 20 hissəyə bölünür, birinci hissə aparata gətirilir. 50°C-lik ilkin temperatur 2 dəqiqə saxlanılır. Sonra hər dəqiqə üçün. temperatur 5°C yüksəlir və 250°C-ə çatır və 5 dəqiqə saxlanılır. Həlledici kimi heksan, daşıyıcı qaz olaraq (He) 1,0 ml/dəq. istifadə olunur. Nəticə. Tıdqiqat nəticəsində 32 komponent əldə edilmişdir. Bu birləşmələr əsasən terpenoidlər və doymuş karbohidrogenlərin müxtəlif oksidləşmə məhsullarıdır. Tədqiq edilən "Koliki" şərbətində üstünlük təşkil edən birləşmələr 9, 10, 21, 22, 23, 24, 25, 27-dir.
Açar sözlər: qaz xromatoqrafiyası, Koliks preparatı, efir yağları


ƏDƏBİYYAT
  1. Joon-Bae Lee, Yong Ae Jeong, Dae Jun Ahn and Iel Soo Bang /SPME-GC/MS Analysis of Methanol in Biospecimen by Derivatization with Pyran Compound // Molecules.2019. (4) Dec. p. 20-25.
  2. Moalesh D., Şpac AF, Dorneanu V. Validation of a gas chromatograhic method for methanol determination // Farmacia. January (1) 2011. p.70-76.
  3. Kapur B.M., Baber M. FASD: Folic acid and formic acid - an unholy alliance in the alcohol-abusing mother // Biochem. Cell Biol. 2018;96:189-197. doi: 10.1139/bcb- 2017-0079.
  4. Srinivasan S., KumariDubey k., Singhal R.S. Influence of food commodities on hangover based on alcohol dehydrogenase and aldehyde dehydrogenase activities // Curr. Res. Nutr. Food Sci. 2019;1:8-16. doi: 10.1016/j.crfs.2019.09.001.
  5. Smith M.E. Interrelations in Ethanol and Methanol metabolism // J. Pharmacol. Exp. Ther. 1961;134:233-237.
  6. Kaya S., Mergen G., Dural E., Aliyev V., Yalçin S., Söylemezoglu T., Kayaalti Z. Simultaneous Headspace-GC-FID Analysis for Methanol and Ethanol in Blood, Saliva and Urine: Validation of Method and Comparison of Specimens // LC GC Eur. 2011;24:292-298.
  7. Berrueta L.A., Gallo B., Vicente F. A review of solid phase extraction: Basic principles and new developments // Chromatographia. 1995; 40:474-483. doi: 10.1007/BF02269916.
  8. Schummer C., Delhomme O., Appenzeller B., Wennig R., Millet M. Comparison of MTBSTFA and BSTFA in derivatization reactions of polar compounds prior to GC/MS analysis // Talanta. 2009; 77 : 1473-1482. doi: 10.1016/j.talanta.2008.09.043.