Mansurova H.T., Baxışova Y.A., Bayramova R.S., Əliyeva H.M., Seyidova G.M., Şıxəliyev F.M.
BAĞIRSAQ MİKROBİOTASININ ƏHƏMİYYƏTİ VƏ
BƏZİ XƏSTƏLİKLƏRİN YARANMASINDA ROLU
Xülasə: Aparılmış son elmi araşdırmalar göstərir ki, bağırsaq mikrobiotası bağırsaqları, sinir sistemini, ağciyərləri, dərini, ağız boşluğunu, sidik və reproduktiv yolları birləşdirən geniş bir şəbəkə təşkil edir. Bu ekosistemlər arasındakı əlaqə sağlamlığımız və xəstəliklərə qarşı mübarizədə böyük rol oynayır. Tədqiqatımızın məqsədi BM-nın əhəmiyyəti və disbioz vəziyyəti zamanı bəzi xroniki (allergik x., iltihab), metabolik (şəkərli diabet), autoimmun (Haşimoto tireoditi və s.) və neyropsixiatrik (Alzheymer xəstəliyi, Parkinson xəstəliyi, autizm və s.) kimi xəstəliklərin əmələ gəlməsində onun rolunu öyrənməkdən ibarət olmuşdur. Bu xəstəliklər ayrı-ayrı mikroorqanizmlərlə əlaqələndirildiyi üçün, mikrobiotaya təsir etməklə həmin xəstəlikləri müalicə etmək mümkündür. Eyni zamanda mikrobiomun tərkibinin öyrənilməsi üçün hazırda molekulyar-genetik üsulların (YNS, Ov tüfəngi sekvenirləşməsi və s.) ən uyğun olduğu göstərilmişdir.
Keywords: bağırsaq mikrobioması, disbioz, xroniki xəstəliklər, Yeni nəsil sekvenirləşmə, Ov tüfəngi sekvenirləşməsi
Paşayeva S.R., Qasımova F.N., Mirzəzadə V.A.
ŞƏKƏRLİ DİABET ZAMANI İNSULİN İFRAZI VƏ REZİSTENTLİYİ
Xülasə: Bu məqalə tip 2 şəkərli diabetin (ŞD2) patogenezində insulin rezistentliyinin və insulin sekresiyasının rolu ilə bağlı son araşdırmaları nəzərdən keçirir. İnsulin müqavimətinin və insulin çatışmazlığının inkişafına təsir edən həm genetik, həm də ətraf mühit faktorları nəzərdən keçirilmişdir. Bu icmal effektiv müalicə və profilaktika strategiyalarının işlənib hazırlanması üçün ŞD2-nin patofiziologiyasının daha dərindən başa düşülməsinə ehtiyac olduğunu vurğulayır.
Keywords: şəkərli diabet tip 2, β-hüceyrələr, insulin rezistenliyi, insulin ifrazı, patogenez
Axundova C.N., Qasımov N.V., Soltanova M.C.
SÜD VƏZİ XƏRÇƏNGİ XƏSTƏLƏRİNDƏ AKSİLYAR LİMFA DÜYÜNLƏRİNƏ METASTAZLARIN BAŞ VERMƏSİNDƏ HORMONAL RESEPTORLARIN ROLU
Xülasə: Tədqiqat işində 22-75 yaş hədlərində olan 184 nəfər qadın cinsinə məxsus süd vəzi xərçəngi (SVX) xəstələrinin klinik-morfoloji xüsusiyyətləri, eləcədə şişin və limfa düyünlərinin USM göstəriciləri ilə şişin səthində ER, PR, HER2 və Ki67-nin reseptorların səviyyəsi arasında asılılıq öyrənilmişdir. SVX olan xəstələrdə şişin immunohistokimyəvi analizinin nəticələrinə görə xəstələrdən 142 (77,2%) nəfərdə esterogen reseptorları (ER+), 115 (62,5%) nəfərində progesteron reseptorları (PR+), 41 (22,3%) nəfərində HER reseptorları (HER2+) müəyyən edilmişdir, 137 (74,5%) nəfərdə isə şiş toxumasında Ki67-nin ekpresiyasının səviyyəsi 14-dən yüksək (Ki67≥14) olmuşdur. Müəyyən edilmişdir ki, ER+ şişləri əsasən G2 diferensiasiya dərəcəsi olan xəstələrdə aşkarlanır və daha çox sümüklərə metastaz verir. HER2+ şişləri olan xəstələrdə HER2- xəstələrlə müqayisədə aksilyar limfa düyünlərinə, xüsusilə də körpücüküstü limfa düyünlərinə azsaylı metastazlar mövcuddur, əsasən ağciyərlərə yüksək metastazvermə qabiliyyətinə malikdir. Bu xəstələrdə metastatik aksilyar limfa düyünlərinin forması daha çox kürə şəkillidir, ER+ və PR+ reseptorlarının səviyyəsi aşağıdır. Ki67≥14 xəstələrdə statistik əhəmiyyətli olaraq, şüalı konturlu şişlər üstünlük təşkil edir, aksilyar limfa düyünlərinə, xüsusilə də körpücüküstü limfa düyünlərinə azsaylı metastaz qeydə alınmışdır. HER2+ və Ki67≥14 xəstələrdə aksilyar limfa düyünlərinin klinik-morfoloji xüsusiyyətlərində daha ciddi pozulmalarla müşayiət olunur.
Keywords: süd vəzi xərçəngi, ultrasəs müayinəsi, hormonal reseptorlar, limfa düyünləri
Qasımzadə G.Ş., Qasımov N.A.
MÜŞTƏRƏK OYNAQ TRAVMALARININ RADİOLOJİ GÖRÜNTÜLƏMƏ ÜSULLARININ İNFORMATİVLİYİ
Xülasə: Tədqiqat işində müxtəlif səbəblərdən xəsarət alan 969 xəstədən müxtəlif radioloji görüntüləmə üsullarının köməkliyi ilə 90 nəfərdə oynaqların travması aşkarlanmışdır. Aparılan tədqiqatda oynaq travmalarının aşkarlanmasında radioloji müayinə üsullarının informativliyi müqayisəli təhlil edilmişdir. Avtoqəza nəticəsində yaranan oynaq travmalarının aşkarlanmasında rentgen spesifikliyinə, kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsi isə həssaslığına görə daha effektiv müayinə üsulu hesab edilə bilər. Rentgen müayinəsinin spesifikliyi – 63,2%, həssaslığı – 95,7%, KT-nin spesifikliyi – 12,5%, həssaslığı – 100,0%, MRT-nin həssaslığı – 100,0% təşkil edir. Müştərək oynaq travmasının aşkarlanmasında KT həm spesifikliyinə (80,0%), həm də həssaslığına görə (100,0%), MRT isə həssaslığına (100,0%) daha informativ müayinə üsulu hesab edilə bilər. Beləliklə, multispiral MRT oynaqların təsvirinin və zədələnmələrinin müəyyən edilməsində və qısa müddət ərzində dəqiq görüntü almağa imkan verə bilər.
Keywords: oynaq travması, rentgen, maqnit rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası
Manafov P.Q., Əliyev M.H., Rüstəmova L.İ.
BAKI ŞƏHƏRİNDƏ KİŞİLƏR ARASINDA ƏLVAN DƏMROVUN ETİOLOJİ, YAŞ VƏ MÖVSÜM XÜSUSİYYƏTLƏRİ
Xülasə: Məqalədə Bakı şəhərində kişilər arasında dəmrovun yayılmasının, eləcə də etioloji, yaş və mövsüm xüsusiyyətlərinin öyrənilməsi nəticələri təqdim olunmuşdur. Bu məqsədlə qarşıya qoyulmuş vəzifələr kontekstində Respublika Dəri-Zöhrəvi Dispanserinə daxil olmuş 265 kişi Dəmrov olmasına görə müayinə olunmuşdur. Müayinə olunanların orta yaşı 22,4±4,2 yaş olmuşdur. Pasiyentlərin ya. Strukturu belə olmuşdur: 18 yaşa qədər – 115 nəfər (43,4%), 19-24 yaş – 120 nəfər (45,3%), 25-30 yaş – 22 kişi (8,3%) və 30 yaşdan yuxarı – 8 nəfər (3,0%). Bütün pasiyentlər ənənəvi üsullarla müayinə olunmuşlar (anamnezin toplanması, ümumi klinik üsullar, bakterioloji, bakterioskopik, mikoloji). Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kişilərdə “Psoriaz” diaqnozu və mikoloji müayinənin müsbət nəticəsi üyğun olaraq 39,2 və 37,7% halda təsdiq olunmuşdur. “Psoriaz” diaqnozu və mikoloji müayinənin müsbət nəticəsi daha çox 18 yaşına qədər yaş qrupunda qeydə alınmışdir. Psoriatik xəstələrin aşkar olunmasında mövsümilik müşahidə olunmuşdur.
Keywords: Psoriaz, kişilər, mikoloji üsul, bakterioloji üsul, bakterioskopik üsul
Kazımov M.A., Kazımova V.M.
ORQANİZMİN ÜMUMİ METAL YÜKÜNÜN FORMALAŞMASINDA QİDALANMANIN ROLU
Xülasə: Təbii və antropogen mənbələrdən qida məhsullarının və qida xammalının tərkibinə daxil olan ekzogen kimyəvi maddələr kompleksində yüksək toksikliyə malik olan ağır metallar aparıcı yer tutur. Bu maddələrin heyvan və bitki mənşəli qida məhsulları ilə orqanizmə izafi daxil olması əhali arasında bir sıra ekoloji səbəb əlaqəli xəstəliklərin və zəhərlənmələrin baş verməsini şərtləndirir. Orqanizmə gündəlik daxil olan ağır metalların orta sutkalıq miqdarının (orta sutkalıq metal yükünün) təyin edilməsi və qiymətləndirilməsi məqsədilə yüksək urbanizasiyalaşmış şəhərin seliteb zonasının atmosfer havasında, içməli suyunda və əhalinin istifadə etdiyi ərzaqlarda bir sıra ağır metalların (Pb, Cd, Cr, Ni, Cu, Zn) konsentrasiyası təyin edilmiş və həmin mühitlərlə bir sutka ərzində orqanizmə daxil olan ağır metalların miqdarı hesablanmışdır. Ümumilikdə 196 hava, su və ərzaq nümunələrində aparılmış 1200-ə qədər kimyəvi analizlərin nəticələri təhlil edilmişdir. Müəyyən olunmüşdur ki, tədqiq olunan metalların orqanizmə sutkalıq daxil olan ümumi miqdarı 25,6915 mq təşkil edir (hava ilə 0,9317 mq/sut; su ilə 0,1498 mq/sut; qidalanma ilə 23,01 mq/sut). Beləliklə, orqanizmin sutkalıq ümumi metal yükünün formalaşmasında hava, su və qidalanmanın rolu müvafiq olaraq 3,62%, 0,58% və 95,80% olmuşdur.
Keywords: ağır metallar, qidalanma, orta sutkalıq qida rasionu, atmosfer havası, işməli su, şəhərin yaşayış zonası
E.A.İskəndərov, M.R.Calalov, S.T.Rzayeva
TƏCİLİ YARDIM HƏKİMLƏRİNİN TELETƏBABƏT BARƏSİNDƏ MƏLUMATLILIĞININ ÖYRƏNİLMƏSİ
Xülasə: Məqalədə əsasən təcili tibbi yardım personalından ibarət 2293 nəfər arasında apardığımız sorğu mühüm məqamlara aydınlıq gətirmişdir. Təhlil zamanı məlum olub ki, tibb işçilərinin təxminən 60%-i teletəbabət haqqında yaxşı məlumata malikdir, 80%-dən çoxu isə məsafədən məlumat mübadiləsinə müsbət yanaşır. Əsasən yaşlı şəxslərdən ibarət tibb işçilərinin təxminən 15%-i teletəbabət üçün lazım olan cihaz və avadanlıqlardan düzgün istifadə etməyi bilmirlər. Böyük əksəriyyətin teletəbabətin tətbiqini alqışlamasına baxmayaraq, sorğuda iştirak edən respondentlərin yalnız 1/3-i ondan şəxsi təcrübələrində istifadə edib. Ürək-damar sisteminin kritik vəziyyətlərində teletəbabətin tətbiqi prioritet sahə kimi müəyyən edilmişdir. Bütün iştirakçılar təlimlərə müsbət münasibət bəsləyərək kiçik qruplarda canlı təlimlərin daha effektiv təlim növü olduğunu qeyd etmişlər.
Keywords: tibb işçiləri, sorğu, teletəbabət, maarifləndirmə, təlimlər
Qurbanova N.F., Abdiyeva Y.D., Məhərrəmova S.M.
MİOPIYALI UŞAQLARDA AKKOMODASİYA POZĞUNLUQLARININ KOMPLEKS MÜALİCƏSİNDƏ SİRELAKS PREPARATININ İSTİFADƏSİNİN EFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə: İşin məqsədi yüngül və orta dərəcəli miyopiyalı uşaqlarda1%-li Sirelaks (Siklopentolat hidroxlorid) preparatının akkomodativ funksiyaya təsirini öyrənməkdir. Preparatların təsiri hər birində 40 nəfər olmaqla 8 yaşdan 15 yaşa qədər (orta yaş 10 yaş) iki qrup uşaqda müəyyən edilmişdir. Biz proqressivləşməyə meyilli olan akkomodativ pozğunluq müşahidə edilən zəif dərəcəli (-0,75 D ilə -3,0 D) və ortadərəcəli miyopiyalı (-3,5 D ilə -6,0 D) xəstələri seçmişdik.Aparılmış tədqiqat göstərdi ki, zəif və orta dərəcəli miyopiyalı uşaq və yeniyetmələrdə akkokodasiya pozğunluqları zamanı istifadə edilmiş bu preparat yüksəkeffektivliyə malikdir. Belə ki, Sirelax preparatının kompleks müalicədə istifadəsi Sirelax istifadə olunmayan xəstələr qrupuna nisbətən daha effektivdir.
Keywords: Sirelaks, akkomodasiya, miopiya
Babayeva G.H., Mahmudov U.R., Məmmədov E.E., Guliyev F.V., Verdiyev E.Kh., Macanov Ü.R., İbişev R.F., Hüseynov H.M., Zalov Z.S.,
İsmayilova S.Y., Həsənov R.A., İbrahimli H.İ., Kano-Katala A., Parra P.P., Moreyra L., Nissen O.P., Meqrod F., O'Moreyn K., Gizbert X.P.
AZƏRBAYCANDA BİRİNCİ XƏTT TERAPİYA TƏYİNATLARI: AVROPA HELİCOBACTER PYLORİ İDARƏETMƏ REYESTRİNİN (HP-EUREG) NƏTİCƏLƏRİ
Xülasə: Giriş. Helicobacter pylori ilə əlaqəli mədə zədələnmələri, antibiotiklərin seçimi və terapiyanın müddəti baxımından eradikasiya məsələləri müasir səhiyyənin ən aktual mövzularından biri olaraq qalmaqda davam edir. Metodlar. Məlumatlar Avropa Helicobacter pylori İdarəetmə Reyestrindən (Hp-EuReg) toplanmış və 2020-ci ilin yanvarından 2023-cü ilin may ayına qədər AEG-REDCap-də məlumatların daxil edilməsinin keyfiyyəti yoxlanılmışdır. Müalicə olunmayan bütün hallarda müalicə rejiminin seçimi və terapiyanın müddəti, həmçinin proton pompası inhibitorlarının dozası qiymətləndirilmişdir. Nəticələr. Tədqiqat 3898 xəstəni əhatə etdi (67% dispepsiya bildirilmişdir). Üçlü rejimlər ən çox təyin edilmişdir (82%), xəstələrin 54%-ində PPI-klaritromisin-amoksisillin rejimi istifadə edilmişdir. Müalicə müddəti 14 gün (56%), 10 gün (27%) və 7 gün (17%) təşkil etmişdir. Yekun. 2020-2023-cü illər üçün H. pylori eradikasiya rejimlərinin təyininatlarında Azərbaycanda Maastrixt tövsiyələrinə qismən əməl edilib.
Keywords: Hp-EuReg, Helicobacter pylori, antisekretor terapiya, birinci xət müalicə, vismut, eradikasiya sürəti
İsayev A.B., Sadıqova S.F., Nağıyeva İ.A., Bəxtiyarova S.A.
İÇMƏLİ SUYUN ORQANOLEPTİK VƏ BƏZİ KİMYƏVİ GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ
Xülasə: Təqdim olunan məqalə Salyan şəhərində içməli suyun orqanoleptik və bəzi kimyəvi göstəricilərinin müəyyənləşdirilməsinə və əldə olunan nəticələrin normativ sənədlərlə müqayisəsinə həsr olunmuşdur. Su nümunələri 8 nöqtədən götürülmüş və V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika institutunun Gigiyena laboratoriyasına gətirilmişdir. Su nümunələrinin rəngi vizual, iyi və dadı isə dövlət standartlarında təsbit olunmuş qaydalara uyğun olaraq nümunələr götürülən yerdə 5 ballıq şkala ilə müqayisə olunaraq təyin olunmuşdur. Kimyəvi müayinə zamanı suyun Ph-ı, ümumi codluğu, müvəqqəti codluğu, xlorid ionları və quru qalığın miqdarı təyin olunmuşdur. Tədqiqatın nəticələri göstərdi ki, suyun orqanoleptik xüsusiyətləri (iyi, dadı və rəngi) və kimyəvi göstəriciləri (Ph-7,4±0,20, ümumi codluq – 6,6±0,237,0 mqekv/dm3, müvəqqəti codluq – 2,1±0,067,0 mqekv/dm3, xlorid ionları – 105,0±4,41 mq/dm3, quru qalıq – 510,8±23,26 mq/dm3) norma daxilindədir.
Keywords: Hp-EuReg, Helicobacter pylori, antisekretor terapiya, birinci xət müalicə, vismut, eradikasiya sürəti
Həsənova S.S., Əliyeva E.M., Rzayeva A.V., Zeynalova X.P., Paşayeva C.B.
ERKƏN ZAHILIQ DÖVRÜNDƏ HİPOTONİK QANAXMALARI OLAN QADINLARDA HAMİLƏLİYİN VƏ DOĞUŞUN GEDİŞATI XÜSUSİYYƏTLƏRİ
Xülasə: Tədqiqatın məqsədi. Erkən zahılıq dövründə hipotonik qanaxmaları olan qadınlarda hamiləliyin və doğuşun gedişatı xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. Material və metodlar. Aparılan tədqiqatda erkən zahılıq dövründə qanaxması olan 100 doğan qadının hamiləliyinin nəticiləri, doğuş prosesinin xüsusiyyətləri öyrənilmişdir. Tədqiqatın nəticələri və müzakirə. Erkən zahılıq dövründə hipotonik qanaxmaları olan qadınların hamiləliyinin nəticələri və doğuş prossesi təhlil edilmişdir. Aparılan tədqiqat nəticəsində təyin edilmişdir ki, 100 qadından 71-də (71%) vaxtında, 29-da (29%) isə vaxtından qabaq doğuş olmuşdur. Erkən zahılıq dövründə hipotonik qanaxmalarnın risk amillərinə qeysəriyyə kəsiyi əməliyyatı (90%), normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması (66%), uşaqlıqda çapıq (33%), xroniki ekstragenital xəstəliklərinin hamiləlik zamanı patoloji gedişatı (35%), orta ağır və ağır preeklampsiya (31%), iri döl (29%) olmuşdur. Yekun. Qeysəriyyə kəsiyi əməliyyatının özünü erkən zahılıq dövründə hipotonik qanaxmalarının yüksək riskamilərinə aid etmək olar.
Keywords: erkən zahılıq dövründə hipotonik qanaxmalar, qeysəriyyə kəsiyi
Salehov A.Ə., Canəhmədova Ş.N., Xanmirzəyev F.İ., Hüseynov L.M.
GEOHELMİNTOZLARIN MÜALİCƏSİNİN ƏSAS PRİNSİPLƏRİ VƏ EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə: Geohelmintozlar insanlar arasında ən çox yayılmış parazitar xəstəliklərdəndir. Müasir dərmanların istifadəsi bu bağırsaq helmintozlarını uğurla müalicə etməyə imkan verir. Son zamanlar geohelmintozların müalicəsində yüksək keyfiyyətli antiparazitar preparatların geniş tətbiqinə və müəyyən uğurlu nəticələr əldə edilməsinə baxmayaraq, bu sahədə bir sıra problemlər qalmaqdadır. Belı ki, bu parazitozların müalicəsində antihelmint preparatların qeyri-rasional istifadəsi nəticəsində xəstəlik törədicilərində rezistentliyin əmələ gəlməsi, bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət dəyişikləri, sahib orqanizmin immun sisteminin zəifləməsi, mikst-invaziyalar və digər amillər müalicənin nəticələrinə mənfi təsir göstərir. Bu isə onların müalicəsinin effektivliyini azaldır və rasional mübarizə tədbirlərinin keyfiyyətli aparılmasına mane olur. Beləliklə, yuxarıda göstərilən amillər nəzərə alınaraq geohelmintozların mono- və mikst invaziyalarında istifadə olunun antihelmint preparatların effektivliyi öyrənilmiş və onların müalicəsində istifadə edilən ən effektli seçim preparatı albendazol qrupu preparatlarınin olması müəyyən edilmişdir.
Keywords: geohelmintozlar, mono- və mikst invaziyalar, müalicə sxemləri, antihelmintlər, effektivlik
Salehov A.Ə., Canəhmədova Ş.N., Xanmirzəyev F.İ., Hüseynov L.M.
ÜZ KANALININ MƏMƏYƏBƏNZƏR SEQMENTİ DİAMETRİNİN CİNSİ XÜSUSİYYƏTLƏRİNİN EN İNDEKSİNƏ GÖRƏ MÜXTƏLİF KRANİOTİP KƏLLƏLƏRDƏ KT GÖRÜNTÜLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə: Təqdim edilmiş tədqiqatın məqsədi üz kanalının məməyəbənzər seqmentin diametrinin en indeksinə görə müxtəlif kəllələrdə və cinslərdə xüsusiyyətlərini öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsi, Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 133 tomoqramların retrospektiv təhlili təşkil etmişdir. Tədqiqat materialı kəllə tipindən və cinsdən asılı olaraq qruplara bölünmüşdür. En indeksi tomoqram kəsiklərdə sagittal və koronal proyeksiyalarda müəyyən olunmuş kəllə eninin uzunluğa olan nisbətinin faizlə ifadəsi kimi hesablanmışdır və 3 qrupa bölünmüşdür: braxikran – enli kəllələr, dolixokran – uzun kəllələr və mezokran – orta kəllələr. Alınmış rəqəmlər protokollaşdırılmış və statistik təhlilə məruz qalmışdır. Tədqiqatın nəticələri göstərdi ki, məməyəbənzər seqmentin diametrinin ölçülərində kişi və qadınlarda fərq dürüstlüyünə braxiokran formalı kəllələrdə rast gəlinir və diametrin ölçüsü qadınlarda daha yüksək olur. Qadınlarda sol tərəfdə ən böyük diametr braxiokran tip kəllələrdə, ən kiçik diametr isə eyni tərəfdə mezokran tip kəllələrdə müşahidə olunur. İki qrup arasında fərq dürüstlüyü də qadınlarda izlənilir. Belə ki, braxiokran və dolixokran tip kəllələrin müqayisəsi hər iki tərəfdə, braxiokran və mezokran tip kəllələrin müqayisəsi isə sol təfdə fərq dürüstlüyünü aşkar etdi. Yekun. Beləliklə, məməyəbənzər seqmentin diametrinin ölçülərinin statistik təlili, bu göstəricinin kəllə tipindən, cinsdən asılı olaraq fərqləndiyini və müəyyən dərəcədə asimmetriyaya malik olduğunu müəyyən etdi. Belə ki, bu ölçü braxiokran və dolixokran tip kəllələrdə qadınlarda kişilərə nisbətən böyükdür, braxiokran tip kəllələrdə fərq dürüstlüyü və asimmetriya ilə (sol) müşahidə olunur.
Keywords: üz siniri, üz kanalı, braxikran, dolixokran, mezokran
Hacıyeva S.V., Baxışova Y.A., Mansurova H.T., Əliyeva H.M. Cavadzadə V.N., Vəkilova G.F.
HELİCOBACTER PYLORİ İLƏ ƏLAQƏLİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ BİTKİ MƏNŞƏLİ EFİR YAĞLARININ BAKTERİOSİD TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
Xülasə: Məqalə Helikobakteriozun müalicəsində alternativ müalicə üsullarının axtarılmasına həsr olunmuşdur. Müasir dövrdə helikobakteriozun müalicəsində bitki mənşəli efir yağlarının təsirinin öyrənilməsi aktual mövzulardan biridir. Apardığımız tədqiqat nəticəsində cirə efir yağının etil spirtinin müxtəlif durulaşmalarında Helikobakteriozun müalicəsinə təsiri öyrənilmiş və bu xəstəliklərin müalicə və profilaktika məqsədilə tibdə istifadəsinə geniş perspektivlər açır.
Keywords: H.pylori, cirə efir yağı, rezistentlik
İsayev C.İ., Cəfərova Ş.B.
ONOBRYCHİS BOBROVİİ GROSSH. BİTKİSİNİN XAMMALINDA FLAVONOİDLƏRİN TƏDQİQİ
Xülasə: Onobrychis – esparset paxlakimilər fəsiləsinin növ baxımından zəngin cinslərindəndir. O. bobrovii esparset cinsinin geniş areala və xammal bazasına malik olan növlərindən biridir. Bitkinin eynilik təyini və otundan alınan flavonoidlərin xromatoqrafik analizi aparılmışdır. Spektrofotometrik üsulla müəyyən edilmişdir ki, O. bobrovii bitkisinin tərkibində 4,34% flavonoid vardır. Digər esparset növləri kimi, O. bobrovii də fərdi flavonoidlərin alınması üçün perspektivli mənbədir və hal-hazırda təcrid olunmuş flavonoidlər əsasında yeni dərman formalarının hazırlanması üçün tədqiqatlar davam etdirilir.
Keywords: Onobrychis bobrovii, flavonoidlər, keyfiyyət reaksiyaları, xromatoqrafik analiz, spektrofotometrik analiz
NEKROLOQ
Solmaz Hüseyn qızı İsrafilbəyli