| AZ | EN | RU


ÜZ KANALININ MƏMƏYƏBƏNZƏR SEQMENTİ DİAMETRİNİN CİNSİ XÜSUSİYYƏTLƏRİNİN EN İNDEKSİNƏ GÖRƏ MÜXTƏLİF KRANİOTİP KƏLLƏLƏRDƏ KT GÖRÜNTÜLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Kərimzadə G.E., Mövsümov N.T.


DOI: 10.61775/2413-3302.v1i35.13


XÜLASƏ
Təqdim edilmiş tədqiqatın məqsədi üz kanalının məməyəbənzər seqmentin diametrinin en indeksinə görə müxtəlif kəllələrdə və cinslərdə xüsusiyyətlərini öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsi, Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 133 tomoqramların retrospektiv təhlili təşkil etmişdir. Tədqiqat materialı kəllə tipindən və cinsdən asılı olaraq qruplara bölünmüşdür. En indeksi tomoqram kəsiklərdə sagittal və koronal proyeksiyalarda müəyyən olunmuş kəllə eninin uzunluğa olan nisbətinin faizlə ifadəsi kimi hesablanmışdır və 3 qrupa bölünmüşdür: braxikran – enli kəllələr, dolixokran – uzun kəllələr və mezokran – orta kəllələr. Alınmış rəqəmlər protokollaşdırılmış və statistik təhlilə məruz qalmışdır. Tədqiqatın nəticələri göstərdi ki, məməyəbənzər seqmentin diametrinin ölçülərində kişi və qadınlarda fərq dürüstlüyünə braxiokran formalı kəllələrdə rast gəlinir və diametrin ölçüsü qadınlarda daha yüksək olur. Qadınlarda sol tərəfdə ən böyük diametr braxiokran tip kəllələrdə, ən kiçik diametr isə eyni tərəfdə mezokran tip kəllələrdə müşahidə olunur. İki qrup arasında fərq dürüstlüyü də qadınlarda izlənilir. Belə ki, braxiokran və dolixokran tip kəllələrin müqayisəsi hər iki tərəfdə, braxiokran və mezokran tip kəllələrin müqayisəsi isə sol təfdə fərq dürüstlüyünü aşkar etdi. Yekun. Beləliklə, məməyəbənzər seqmentin diametrinin ölçülərinin statistik təlili, bu göstəricinin kəllə tipindən, cinsdən asılı olaraq fərqləndiyini və müəyyən dərəcədə asimmetriyaya malik olduğunu müəyyən etdi. Belə ki, bu ölçü braxiokran və dolixokran tip kəllələrdə qadınlarda kişilərə nisbətən böyükdür, braxiokran tip kəllələrdə fərq dürüstlüyü və asimmetriya ilə (sol) müşahidə olunur.
Açar sözlər: üz siniri, üz kanalı, braxikran, dolixokran, mezokran


ƏDƏBİYYAT
  1. Schart-Morén N, Larsson S, Rask-Andersen H, Li H. Anatomical Characteristics of Facial Nerve and Cochlea Interaction // Audiol Neurootol. 2017;22(1):41-49. doi: 10.1159/000475876. Epub 2017 Jun 20. PMID: 28628917.
  2. Ho ML, Juliano A, Eisenberg RL, Moonis G. Anatomy and pathology of the facial nerve // Am J Roentgenol. 2015 Jun;204(6):W612-9. doi: 10.2214/AJR.14.13444. PMID: 26001250.
  3. Hudson TJ, Gare B, Allen DG, Ladak HM, Agrawal SK. Intrinsic Measures and Shape Analysis of the Intratemporal Facial Nerve // Otol Neurotol. 2020 Mar;41(3):e378-e386. doi: 10.1097/MAO.0000000000002552. PMID: 31917770.
  4. Kalaiarasi R, Kiran AS, Vijayakumar C, Venkataramanan R, Manusrut M, Prabhu R. Anatomical Features of Intratemporal Course of Facial Nerve and its Variations // Cureus. 2018 Aug 2;10(8):e3085. doi: 10.7759/cureus.3085. PMID: 30324041; PMCID: PMC6171777.
  5. Kefalidis G, Riga M, Argyropoulou P, Katotomichelakis M, Gouveris C, Prassopoulos P, Danielides V. Is the width of the labyrinthine portion of the fallopian tube implicated in the pathophysiology of Bell's palsy?: a prospective clinical study using computed tomography // Laryngoscope. 2010 Jun;120(6):1203-7. doi: 10.1002/lary.20896. PMID: 20513040.
  6. Celik O, Eskiizmir G, Pabuscu Y, Ulkumen B, Toker GT. The role of facial canal diameter in the pathogenesis and grade of Bell's palsy: a study by high resolution computed tomography // Braz J Otorhinolaryngol. 2017 May-Jun;83(3):261-268. doi: 10.1016/j.bjorl.2016.03.016. Epub 2016 Apr 29. PMID: 27217008; PMCID: PMC9444754.
  7. Yadav SP, Ranga A, Sirohiwal BL, Chanda R. Surgical anatomy of tympano-mastoid segment of facial nerve // Indian J Otolaryngol Head Neck Surg. 2006; 58:27–30
  8. Шадлинский В.Б., Абдуллаев A.S. Антропология с основами морфологии Баку, 2019. – 413 с.
  9. Samson O. Antropometric study of the cranial parametrs using computed tomography (CT) scan to establish cephalic index of a sampled population in Calalabar, Nigeria // Global J. of pure and applied sciences vol. 25, 2019: 153-159.
  10. Khanduri S, Malik S, Khan N, Patel YD, Khan A, Chawla H, Singh V, Gupta A, Shaikh J, Siddiqui S. Establishment of Cephalic Index Using Cranial Parameters by Computed Tomography in a Sampled North Indian Population // Cureus. 2021 Jun 3;13(6):e15421. doi: 10.7759/cureus.15421
  11. Гафаров, И.А. Биостатистика. – Баку, 2021. – 238 с.
  12. Vianna M, Adams M, Schachern P, Lazarini PR, Paparella MM, Cureoglu S. Differences in the diameter of facial nerve and facial canal in bell's palsy--a 3-dimensional temporal bone study // Otol Neurotol. 2014 Mar;35(3):514-8. doi: 10.1097/MAO.00000000000002 40. PMID: 24518410; PMCID: PMC4158913.
  13. Bal KK, Alagoz S, Bal ST, Ozdas T, Görgülü O, Dilek O. Morphometric properties of the fallopian canal: comparison of two nations with different ethnic origins // Surg Radiol Anat. 2021 Nov;43(11):1851-1857. doi: 10.1007/s00276-021-02836-0.
  14. Shin KJ, Gil YC, Lee JY, Kim JN, Song WC, Koh KS. Three-dimensional study of the facial canal using microcomputed tomography for improved anatomical comprehension // Anat Rec (Hoboken). 2014 Oct;297(10):1808-16. doi: 10.1002/ar.22977. Epub 2014 Jul 3. PMID: 24990524.
  15. Li T, Lai ZC, Wang XD, Feng Y, Li YQ, Fang XD. Measurement and analysis of facial nerve on fully displayed multislice computed tomographic multiplanar reconstruction image // J Craniofac Surg. 2013 Jul;24(4):1411-3. doi: 10.1097/SCS.0b013e3182903673. PMID: 23851820.