| No.1 (39) | 2025 Quliyeva C.E.
Xülasə: Damaq badamcıqları (tonzillalar) immun sisteminin mühüm orqanlarından biri kimi orqanizmin selikli qişa səviyyəsində müdafiə funksiyalarını yerinə yetirir. Bu orqanlar uşaqlıq dövründə və yeniyetməlikdə ən aktiv fəaliyyət göstərən limfoid toxumalardan olub, infeksiyalara qarşı ilk müdafiə xətti hesab olunur. Tonzillaların sitoloji araşdırmaları onların hüceyrəvi tərkibində baş verən dəyişikliklərin müxtəlif xəstəliklərdə diaqnostik və proqnostik əhəmiyyət daşıdığını göstərir. Bu məqalədə tonzillaların klinik sitologiyasına dair müasir yanaşmalar, normativ hüceyrəvi xüsusiyyətlər və patoloji hallarda baş verən dəyişikliklər təhlil olunur. Sitoloji üsulların düzgün tətbiqi bu orqanların iltihabi və neoplastik xəstəliklərinin vaxtında aşkarlanması və müalicəsinin planlaşdırılmasında mühüm rol oynayır. Abdullayev E.Z.
Xülasə: Məqalə dünya əczaçılıq bazarında virus əleyhinə dərman vasitələrinin bəzi marketinq tədqiqatları haqqında məlumatlara həsr edilmişdir. Ən əvvəl virus əleyhinə dərman vasitələrinin anlayışı verilmişdir. Virus əleyhinə dərman vasitələri üzrə marketinq tədqiqatlarının aparılmasında əhəmiyyəti olduğuna görə onların təsnifatını vermişlər. Qeyd olunmuşdur ki, COVİD-19 bəlası bir daha sübut etdi ki,virus xəstəliklərinin müalicəsi üçün yeni virus əleyhinə dərman vasitələrinin axtarışı, istehsalı, vaxtında əczaçılıq bazarına çıxarılması ən vacib məsələlərdən biridir. Virus əleyhinə dərman vasitələri ilə təhcizatın yaxşılaşdırılması naminə bu dərman vasitələrinin çeşidi üzrə aparılan marketinq tədqiqatları məqalədə öz əksini tapmışdır. Kamilova N.M., Əliyeva E.O.
Xülasə: Uterin fibromalar qadın reproduktiv sisteminin ən çox rast gəlinən xoşxassəli şişlərindən biri olaraq qalır və yüksək tezlikli reproduktiv pozğunluqlar, anemiya sindromu və cərrahi müdaxilə zərurəti ilə müşayiət olunur. Onların diaqnostika və müalicəsinə müasir yanaşmalar rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda əhəmiyyətli dəyişikliklərə məruz qalır. Uterin fibromaların müalicəsində klinik praktikaya süni intellektin inteqrasiyası diaqnostikanın dəqiqliyinin artırılması, artıq müdaxilələrin azalması və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından sübutlara əsaslanan tibbin inkişafında perspektivli istiqamət hesab olunur. Həsənov R.A., Babayeva G.H., Abdullayeva E.J., Gasımova F.N.
Xülasə: Nazik bağırsaq bakteriyalarının çoxalması (SIBO) bağırsaq disbiozunun fərqli, lakin bir-biri ilə əlaqəli formasıdır və tez-tez bağırsaq mikrobiotasının müxtəlifliyində, xüsusən də xroniki qaraciyər xəstəliyi olan şəxslərdə daha geniş dəyişikliklərlə birlikdə olur. Nazik bağırsağın patogen və ya “fürsətçi” bakteriyalarla həddindən artıq kolonizasiyası bağırsaq keçiriciliyinin artmasına, endotoksemiyaya və qaraciyərin zədələnməsini gücləndirən sistemli iltihaba kömək edir. Bağırsaq və qaraciyər bir-biri ilə sıx bağlıdır və bağırsaq mikrobiotasının tərkibindəki pozuntular qaraciyərin sağlamlığına (“bağırsaq-qaraciyər oxu”) əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu araşdırmada müəlliflər SIBO-da qaraciyərin zədələnməsinin əsas mexanizmlərini və viral hepatitin klinik şiddətinə təsir edən bu vəziyyətlə əlaqəli risk faktorlarını vurğulayırlar. Vəliyeva V.A., Qasımova Z.V., Qasımov O.F.
Xülasə: Tədqiqatın məqsədi yaş aspektində pasiyentlərdə aşağı üçüncü molyarların rüşeymlərinin maillik bucaqlarının dəyişikliklərinin qiymətləndirilməsi və onların retensiyası zamanı diaqnostik əhəmiyyətin (həssaslıq və spesifikliyin) müəyyən edilməsi olmuşdur. Material və metodlar. Müxtəlif diş-çənə anomaliyaları ilə bağlı şikayətlərlə ortodontiya klinikasına müraciət etmiş 7 yaşdan 23 yaşadan 121 pasiyent müayinə olunmuşdur. Panoram rentgenlər bütün pasiyentlərlə ortodontik müalicədən əvvəl, müalicə prosesində və ondan sonra, eləcə də minimum 1, maksimum 5 il təşkil edən retensiya dövründə icra edilmişdir. Ümumilikdə aşağı üçüncü molyarların vəziyyətinin qiymətləndirilməsi üçün 551 ortopantomoqramda onların 1085 rüşeyminin retrospektiv təhlili aparılmışdır. Verilənlərin statistik işlənməsi SPSS-26 statistik paketində variativ, dispers və ROC-təhlil metodları ilə həyata keçirilib. Sıfır hipotezi p<0,050 olduqda təkzib edilib. Nəticələr. Müəyyən edilmişdir ki, aşağı üçüncü molyarların retensiyasını 78,3±6,1% sensitivliklə və 51,8±6,7% spesifikliklə 13 yaşından proqnozlaşdırmaq mümkündür, bu zaman yaş artdıqca retensiyanı hətta kiçik bucaqlar (40 dərəcədən az) altında belə daha yüksək sensitivlik və spesifiklik dərəcəsi ilə proqnozlaşdırmaq olar. Yekun. Bu metodların praktik səhiyyədə istifadəsi dişin çıxma prosesinin pozulması ilə bağlı patoloji vəziyyətlərin profilaktikasının effektivliyini yüksəldir. İmanov E.Ə.
Xülasə: Məqalədə uşaqlarda daimi dişlərin köklərinin formalaşması dövründə kariyesin müalicəsi məqsədilə aparılan tədqiqat haqqında məlumat verilmişdir. Kariyesin müalicəsi stomatologiyanın əsas vəzifələrindən biridir, çünki effektiv müalicə ikincili kariyes kimi ağırlaşmaların inkişafının qarşısını alır. Tədqiqatlar göstərir ki, ikincili kariyesin inkişafı plombların xüsusiyyətlərindən və sərt diş toxumalarının yerli müqavi mətindən asılıdır. Uşaqlarda diş kariyes boşluqların müalicəsi üçün yeni texnologiyaların tapılması problemi, o cümlədən flüorid tərkibli şüşə ionomer sementlərin (ŞİS) istifadəsi aktualdır. Tədqiqatda 7-12 yaş arası müxtəlif səviyyəli mina rezistentliyi olan 90 kariyesli uşaq cəlb edilib. Şüşə ionomer sementi Argion Molar AC istifadə edərək yeni minimal invaziv müalicə üsulu və Gluftored preparatı ilə dərin flüorlaşdırma üsulu istifadə edilmişdir. Klinikada sərt diş toxumalarının turşulara həssaslığı və üsulların effektivliyi öyrənilmişdir. Babayev P.N., Əliyev R.R., Hacızadə N.K.
Xülasə: Məqsəd. Uşaqların və onların valideynlərinin tütün çəkməsinə məruz qalması nəticəsində yaranan bəzi xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi prosesində innovativ informasiya texnologiyaları (İT) və süni intellektin (AI) təhlili və tətbiqi. Material və Metodlar.Passiv siqaret çəkməyə məruz qalan və məruz qalmayan uşaqların fiziki xüsusiyyətlərini müəyyən etmək üçün bədən parametrləri (boy, çəki, döş qəfəsinin ətrafı) ölçüldü. Tədqiqat məktəblilər arasında sorğu anketi yolu ilə aparılıb. Məktəblilərə ümumilikdə 6000 sorğu anketi paylanılıb. İnkişafa yalnız tam doldurulmuş anketlər daxil edilmişdir. Onlardan 2363 tam doldurulmuş anketdə 3895 valideynin – 1885 ata və 2010 ananın cavabları var. Siqaret çəkmənin intensivliyindən asılı olaraq bütün ailələr 2 qrupa bölünüb: 818 ailə (tütündən asılı) və 1545 ailə (tütündən asılı olmayan). Bununla bərabər müvafiqlik əmsalı – χ2 hesablayıb, üstəlik məktəblilər arasında passiv siqaretə məruz qalmanın başlanğıcı və müddəti haqqında məlumatlar da nəzərə alınmışdıq. Nəticələr və müzakirə. Son illər tibbə yeni texnologiyaların fəal şəkildə tətbiqi müşahidə olunur. Klinik vəziyyətləri modelləşdirmək, diaqnoz qoymaq və müalicə etmək üçün bu texnologiyalardan istifadəyə yönəlmiş tədqiqatlar yeni və perspektivlidir. Nəticələr. Həkimlər praktiki bacarıqlara əlavə olaraq, tibbi informasiya sistemləri və süni intellektlə işləməyi, məlumatları təhlil etməyi, virtual simulyasiyalardan və teletibbdən istifadə etməyi bacarmalıdırlar. Ələkbərov M.M., Tağıyeva A.Ə., Bədəlova A.O.
Xülasə: Tədqiqat tibb müəssisələrində idarəetmənin müxtəlif ierarxik səviyyələrində idarəetmə personalının istifadə edilən inzibati idarəetmə metodlarına münasibətinin qiymətləndirilməsi və idarəetmənin səmərəliliyinin yüksəldilməsi yollarının müəyyənləşdirilməsi məqsədilə aparılmışdır. İdarəetmə personalının inzibati üsullara münasibəti kompleks yanaşma ilə qiymətləndirilmişdir. Müəyyən olunmuşdur ki, tibb müəssisələrinin idarəolunmasının keyfiyyət və səmərəliliyinin yüksəldilməsi idarəetmə personalının öz rəhbərinin idarəetmə üsullarına münasibətinin düzgün formalaşdırılmasından və liderlik üslublarının proporsional, adekvat və kompleks şəkildə istifadə edilməsi sahəsində rəhbərin bilik, bacarıq və səriştəsinin artırılması ilə sıx əlaqədardır. Dadaşeva N.B.
Xülasə: Aktuallıq. Hal-hazırda COVİD-19 pandemiyasından öncəki dövrlərlə müqayisədə LOR orqanlarının,xüsusən də burun funksiyalarının pozulması ilə müraciət edən xəstələr arasında hospitalizasiya hallarının artması nəzərə çarpır. Məqsəd: COVID-19 xəstəliyini keçirmiş şəxslərdə burun xəstəliklərinin yayılma tezliyini müəyyənləşdirmək idi. Materiallar və metodlar. Tədqiqatda burun xəstəlikləri olan 392 xəstə iştirak etmişdir. Bütün xəstələr əvvəl COVID-19 keçirmişdilər. Nəticələr. Xəstələrin 32,4%-ində rinit, 27,6%-ində burun arakəsməsinin əyriliyi, 9,7%-ində sinusit, 5,9%-ində adenoid vegetasiyalar, 4,3%-ində isə burun polipozu aşkarlanmışdır. Xəstələrin 20,1%-ində bir neçə xəstəliyin birləşməsi müşahidə olunmuşdur; onlardan 17,3%-ində iki, 2,8%-ində isə üç xəstəlik eyni vaxtda mövcud idi. Kəskin rinit 3,3% xəstədə, xroniki rinit isə 29,1% xəstədə qeyd olunmuşdur: allergik rinit (19,4%), vazomotor tip (8,9%), hiperplastik tip (0,8%). Kəskin sinusit 1,0% xəstədə, xroniki sinusit isə 8,7% xəstədə müşahidə olunmuşdur. Hiperplastik sinusit 8,9% xəstədə, irinli sinusit isə tibbi yardım üçün müraciət edən xəstələrin 0,8%-ində müəyyən edilmişdir. Yekun: COVİD-19 keçirmiş xəstələrin əksəriyyətində burunun xroniki iltihabi xəstəlikləri və müştərək patologiyalar aşkar olunur.Bu da ağırlaşmaların profilaktikası və həyat keyfiyyətinin artırılması istiqamətində erkən diaqnostika və kompleks müalicənin vacibliyini göstərir. Xıdırov E.Ə., İsayev N.N.
Xülasə: Aktuallıq. Şişin immunohistokimyəvi xüsusiyyətlərinin tibbi ədəbiyyatlarda geniş müzakirə olunmasına və onların proqnostik əhəmiyyətinin danılmaz olmasına baxmayaraq, qadınlarda süd vəzi xərçənginin müxtəlif formalarına dair immunohistokimyəvi tədqiqatlarla bağlı məlumatlar hələ də kifayət qədər deyil. Tədqiqatın məqsədi qadınlarda süd vəzi xərçənginin dərəcəsindən, zonasından və morfoloji formasından asılı olaraq qan damarlarının immunohistokimyəvi xüsusiyyətlərini öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqatda süd vəzi xərçənginin 30 halı (15 medullyar, 15 solid forma) araşdırılmışdır. İmmunohistokimyəvi və elektron mikroskopik tədqiqat üsullarından istifadə olunmuşdur. Bu məqsədlə angiogenez üçün monoklonal marker CD31 və proliferasiya göstəricisi Ki-67 tətbiq edilmişdir. Nəticə. Müəyyən edilmişdir ki, şiş toxumasında CD31 markerinin ekspressiyası əsasən şiş toxumasının differensiasiya dərəcəsindən asılı olaraq kəskin şəkildə dəyişir – xərçəngin bədxassəlilik dərəcəsi artdıqca yüksəlir. Belə ki, solid formalı xərçəngdə CD31-in şiş hüceyrələrində ekspressiyası medullyar formalara nisbətən daha yüksəkdir. Həmçinin, Ki-67 markerinin səviyyəsi də solid formalarda medullyar formalara nisbətən daha yüksəkdir. Yekun. Əldə edilən nəticələr göstərir ki, süd vəzi xərçəngi toxumalarında CD31 və Ki-67 markerlərinin ekspressiyası bədxassəlilik dərəcəsinin artması ilə yüksəlir və bu səviyyə solid formalarda medullyar formalara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir, bu da onların daha aqressiv klinik gedişini əks etdirir.
Xülasə: Məqalədə eksperimental statin hepatiti modelinin müalicəsi zamanı işlədilən fitokompleksin qaraciyərin ferment fəallığına, lipidlərə və antioksidant müdafiəsinə təsirinin öyrənilməsi araşdırılmışdır. Tadqiqatda təcrübəyə daxil edilən çəkisi 158-182 qr arasında hər iki cinsə aid olan siçovullar 4 qrupa bölünmüşdür. Birinci qrupa intakt vəziyyətində olan 5 baş siçovul, 2-ci qrupa 5 və 3-cü qrupa isə 15 eksperimental statin hepatit modeli yaradılan heyvanlar daxil edilmişdir. 15 baş eksperimental statin hepatiti modeli yaradılmış siçovullar 3 yarımqrupa ayrılmışdır. Statin hepatitinin modelləşdirildiyi 15 siçovuldan 3-cü qrupun birinci yarımqrupunda heyvanlar amvastatini 10 gün ərzində, ikinci yarımqrupunda 20 gün almış, üçüncü nəzarət alt qrupunda isə siçovullar yalnız fizoloji məhlul qəbul etmişlər. Tədqiqatdan aydın olmuşdur ki, eksperimental statin hepatitinin müalicəsi və qarşısının alınması üçün təklif olunan fitokompleks siçovullarda patogenetik səviyyədə hepatobiliar sistemin morfo-funksional vəziyyətinə faydalı təsir göstərir, qaraciyərin zədələnməsinin tədqiq edilmiş ferment fəallığı göstəricilərini, lipid mübadiləsi parametrlərini, lipidlərin peroksidləşmə məhsullarını və antiooksidant fəallığı indekslərini, Katalaza) optimal səviyyəyə gətirərək onların fiziki vəziyyətini və davraniş reaksiyalarını yaxşılaşdırır. Məmmədova A.E.
Xülasə: Bu tədqiqat radioaktiv yod müalicəsinin Qreyvs xəstəliyi və toksik adenoma diaqnozu olan pasiyentlərdə həyat keyfiyyətinə təsirini qiymətləndirmək məqsədi daşıyır. Tədqiqat nəticələri Radioaktiv yod müalicəsinin yalnız hormonal stabilliyə deyil, eyni zamanda psixososial rifaha da təsir etdiyini göstərir. Həyat keyfiyyətinin monitorinqində ThyPRO-39 kimi spesifik sorğu anketindən istifadənin klinik praktikada faydalı olacağı qənaətinə gəlinmişdir. Hacıyeva N.A.
Xülasə: Son illərin araşdırmaları mikrobiomunun pozulmasının insan sağlamlığı üçün müəyyən risklərin əmələ gəlməsini təsdiqləyir. Bağırsaq mikrobiotasının kolonizasiyası körpəlikdən başlayır və müxtəlif faktorlardan asılıdır. Antibiotiklərin istifadəsi mikrofloranı pozan faktorlardan biridir. Antibiotiklərin təyini, xüsusi ilə həyatın ilk illərində bağırsaq mikroflorasını pozaraq müəyyən xəstəliklərin səbəbi ola bilir. |


