DİŞLƏRİN QOYULUŞUNUN ESTETİKASI ÇİXARILAN PROTEZLƏMƏNİN ƏN VACİB AMİLLƏRİNDƏN BİRİ KİMİ
Əşrəfov D.S.
DOI: 10.61775/2413-3302.v4i42.05
XÜLASƏ
Çıxarıla bilən protezlərlə protezləmə zamanı məqsəd yalnız çeynəmə və nitq funksiyalarının bərpası deyil, həm də itirilmiş dişlərin düzgün və harmonik şəkildə estetik görünüşünü bərpa etməkdir. Hər bir detal əhəmiyyət daşıyır: dişlərin rəngi, onların diş qövsündə yerləşməsi, bir-biri ilə proporsional uyğunluğu. Protezin estetikası — protezin yaratdığı kosmetik təsir kimi qiymətləndirilir; bu təsir insanın gözəlliyinə, cəlbediciliyinə və fərdi xüsusiyyətlərinə təsir göstərir. Bu isə süni dişlərin uyğun forma və rəngdə seçilməsi, eləcə də fərdi estetik nəticəyə nail olmaq üçün onların düzgün kombinasiyasını nəzərdə tutur. Dişlər dodaqları və üzün aşağı hissəsinin yumşaq toxumalarını dəstəkləyir, buna görə onların itkisi insanın xarici görünüşünə ciddi təsir edir. Yaş artdıqca dodaqların elastikliyi və həcmi azalır. Diş dayağını itirdikdə dodaqlar içəriyə doğru çəkilir, yanaqlar isə batıq olur. Diş itkisinə bağlı olaraq çənə sümüklərinin qeyri-bərabər atrofiyası (həcm itkisi) baş verir ki, bu da çənənin irəli və yuxarı çıxmasına səbəb olur. Üzdə az nəzərə çarpan qırışlar dərin xətlərə çevrilir və üz xarakterik qocalıq görünüşü alır.
Açar sözlər: estetika, ortopediya, stomatologiya, süni dişlər, dişlərin düzülüşü
ƏDƏBİYYAT
- Danilina T.F., Petrukhin A.B., Eminov M.I., Duseva D.A. Modern Aspects of Setting Removable Artificial Teeth Dentures. The Journal of scientific articles “Health and Education Millennium”, 2019. https://doi.org/10.26787/nydha-2226-7425-2019-21-5-23-26.
- Калбаев А.А., Пиннекер Н., Акбураева А.А., и др. Среднеанатомическая постановка искусственных зубов при изготовлении полных съёмных протезов. Кыргызская государственная медицинская академия им. И.К. Ахунбаева, 2021. https://doi.org/10.54890/.v5i5-6.
- Югай Р.А. Постановка искусственных зубов в съёмном протезировании - от полного отсутствия зубов до опоры протезов на имплантаты // Материалы XVII Международной Бурденковской научной конференции 22-24 апреля 2021 года https://new.vestnik-surgery.com/index.php/2415-7805/article/view/6498.
- Филиппова Т.С., Трунин Д.А., Разумный В.А., Захарова И.А. Совершенствование изготовления полных съемных протезов. Актуальные проблемы медицины. 2023. Т. 46, № 3 (253-260) https://doi.org/10.52575/2687-0940-2023-46-3-253-260.
- Favaretto M. Shaw D. De Clercq E. Joda T. Elger B.S. Big data and digitalization in dentistry: A systematic review of the ethical issues. Int. J. Environ. Res. Public Health. 2020; (17):2495-2510. https://doi.org/10.3390/ijerph1707249.
- Gandhi Ranjeet, Parkarwar Pratik C., Bhagwat Vikrant. Digital Dentistry. Sarvad Publication, 2024. p.129.
- Panfilova E.R., Bischofs V.V., Prokopiev V.V. Çıxarıla bilən protezlərdə estetik məsələlər. Rusiya Dostluq Universiteti, Ortopedik Stomatologiya kafedrası, Moskva. Elmi məqalələr jurnalı «XXI əsrdə Sağlamlıq və Təhsil» (tibb seriyası), 2012, Cild 14.
- Al-Rababah M., Hamadneh W., Alsalem I., Khraisat A., Karaky A.A. Use of high-performance polymers as dental implant abutments and frameworks: A case series report. J. Prosthodont, 2019; (28):365-372. https://doi.org/10.1111/jopr.12639.
- Tsolakis I., Gizani S., Panayi N., Antonopoulos G., Tsolakis A. Three-dimensional printing technology in orthodontics for dental models: A systematic review. Children. 2022; (9):1106-1121. https://doi.org/10.3390/children9081106.
- Loges K., Tiberius V. Implementation challenges of 3D printing in prosthodontics: a ranking-type delphi. Materials. 2022; (15):431-441. https://doi.org/10.3390/ma15020431
- Rakov D.L., R.Y. Sukhorukov. Classification and analysis of additive technologies based on the morphological approach. J. Mach. Manuf. Reliab. 2021; (50):616-621. https://doi.org/10.3103/S1052618821070116.
- Wang C., Huang W., Zhou Y., He L., et al. 3D printing of bone tissueengineering scaffolds. Bioact. Mater. 2020; (15):82-91. https://doi.org/10.1016/j.bioactmat.2020.01.004.
- Mitin N.E, Tixonov V.E., Vasilieva T.A., Grişin M.I. - Stomatoloji müalicənin estetik nəticəsinin müasir qiymətləndirmə kriteriyaları (ədəbiyyat icmalı) // Yeni Tibbi Texnologiyalar Bülleteni, elektron jurnal [Elektron resurs]. https//doi.org/10.12737/11944
- Schweiger, J. Edelhoff, D. Güth, J.-F. 3D Printing in Digital Prosthetic Dentistry: An Overview of Recent Developments in Additive Manufacturing. J. Clin. Med. 2021; (10):2010-2034. https://doi.org/10.3390/jcm10092010.
- Al-Fodeh R.S., AlWahadni A., Otman B., Almasri M. An update of additive manufacturing (3D printing) in dentistry. International Arab Journal of Dentistry (IAJD). 2023; (14):57-66. https://doi.org/10.70174/iajd.v14i1.862.
|