EKSPERİMENTAL STATİN HEPATİTİ MODELİNİN MÜALİCƏSİ ZAMANI FİTOKOMPLEKSİN QARACİYƏRİN FERMENT FƏALLIĞINA, LİPİDLƏRƏ VƏ ANTİOKSİDANT MÜDAFİƏSİNƏ TƏSİRİ
Qasımova S.V.
DOI: 10.61775/2413-3302.v1i39.11
XÜLASƏ
Məqalədə eksperimental statin hepatiti modelinin müalicəsi zamanı işlədilən fitokompleksin qaraciyərin ferment fəallığına, lipidlərə və antioksidant müdafiəsinə təsirinin öyrənilməsi araşdırılmışdır. Tadqiqatda təcrübəyə daxil edilən çəkisi 158-182 qr arasında hər iki cinsə aid olan siçovullar 4 qrupa bölünmüşdür. Birinci qrupa intakt vəziyyətində olan 5 baş siçovul, 2-ci qrupa 5 və 3-cü qrupa isə 15 eksperimental statin hepatit modeli yaradılan heyvanlar daxil edilmişdir. 15 baş eksperimental statin hepatiti modeli yaradılmış siçovullar 3 yarımqrupa ayrılmışdır. Statin hepatitinin modelləşdirildiyi 15 siçovuldan 3-cü qrupun birinci yarımqrupunda heyvanlar amvastatini 10 gün ərzində, ikinci yarımqrupunda 20 gün almış, üçüncü nəzarət alt qrupunda isə siçovullar yalnız fizoloji məhlul qəbul etmişlər. Tədqiqatdan aydın olmuşdur ki, eksperimental statin hepatitinin müalicəsi və qarşısının alınması üçün təklif olunan fitokompleks siçovullarda patogenetik səviyyədə hepatobiliar sistemin morfo-funksional vəziyyətinə faydalı təsir göstərir, qaraciyərin zədələnməsinin tədqiq edilmiş ferment fəallığı göstəricilərini, lipid mübadiləsi parametrlərini, lipidlərin peroksidləşmə məhsullarını və antiooksidant fəallığı indekslərini, Katalaza) optimal səviyyəyə gətirərək onların fiziki vəziyyətini və davraniş reaksiyalarını yaxşılaşdırır.
Açar sözlər: eksperiment, statin hepatiti, fitokomples, hepatotrop təsir
ƏDƏBİYYAT
- Bunchorntavakul Ch., Rajender Reddy K., Drug Hepatotoxicity: Newer Agents // Clinics in Liver Disease, 2017, v. 21, issue 1, p. 115-134. doi:10.1016/j.cld.2016.08.009.
- Shehu A., Ma X., Venkataramanan R. Mechanisms of Drug-Induced Hepatotoxicity // Clinics in Liver Disease, 2017, v. 21, issue 1, p. 35-54. doi:10.1016/j.cld.2016.08.002.
- Sultana B., Yaqoob S., Zafar Z., Bhatti H. Escalation of liver malfunctioning: A step toward Herbal Awareness // Journal of Ethnopharmacology, 2018, v.216, p. 104-119. doi: 10.1016/j.jep.2018.01.002.
- Dhiman A., Nanda A., Ahmad S. A quest for staunch effects of flavonoids: Utopian protection against hepatic ailments // Arabian Journal of Chemistry, 2016;9, Suppl. 2, Pages S1813-S1823. doi: 10.1016/j.arabjc.2012.05.001.
- Федерова A.B. Изменение coдержания молонового диальдегида молочной и пировиноградной кислот под валянием растительного средства «сбор гиполипидэмический» при экспериментальном тетрациклиновом гепатите / Тезисы докл. II Межд.научно-практ.конф. Формы и методы соцтальной работы в различных сферах жизнедеятельности, 2013. Улан-Уде. Изд-во Восточно-Сибирского госуд. Универ.Технологии и управления, с. 348-349.
- Горячковский Ф.М. Клиническая химия. Одесса: Астропринт, 1998, 364 с.
- Андреева Л.И., Кожемякин Я.А. Кушкин А.А. Модификация метода определения перекисей в тесте с тиобарбитуровой кислотой // Лабораторное дело, 1988, №11, с. 41-43. doi.org/10.37748/2686-9039-2023-4-2-3.
- Bergmeyer, H.U., Bernt, E. Methods of Enzymatic Analysis // VCH Weinhein, 1974, 2ed., v.3 p.1205-121.
- Cəfərova R.Ə., Qasımova S.V., Poluxova S.M., Abdullayeva R.M. Azərbaycan florası əsasında hepatitlərin müalicəsi ücün təklif olunan fitokompleksin toksikliyinin təyini / Azərbaycan xalq cümhüriyyətinin 100-illik yübileyinə həsr olunmuş Təbabətin aktual problemləri, elmi-praktiki konfransın materialları. Bakı, 2018, c 164.
|