PERSPEKTIV ACIÇİÇƏK NÖVLƏRİNİN FARMAKOQNOSTİK TƏDQİQİ
Qədimli A.İ., İsayev C.İ.
DOI: 10.61775/2413-3302.v3i37.10
XÜLASƏ
G. septemfida, G. asclepiadea, G. cruciata və G. gelida bitkiləri diod silsiləsi və elektrospray üçqat dördlü kütlə detektorlu yüksək effektli maye xromatoqrafiyası (HPLC-DAD-ESI-QQQ-MS) istifadə edilərək müqayisəli şəkildə araşdırılmış, 68 iridoid qlikozidi, 37 flavon C-, O-, C, O-qlikozidləri, 2 fenol O-qlikozidləri, 3 fenol karbon turşusu, 7 ksanton, 6 triterpen qlikozidləri və 3 karbohidrat olmaqla ümumilikdə 123 birləşmə aşkar edilmişdir. Sütun xromatoqrafiyası vasitəsilə G. septemfida kökündən gentiopikrozid və loqanin turşusu kimi iridoidlər və ursan tipli (2β, 3β)-3,25-epidioksi-2,24-dihidroksiurs-12,20 (30) dien-28-oik turşusu və (2β, 3β)-3,25-epidioksi-2,24-dihidroksiurs-12en-28-oik turşusu triterpenləri izolyasiya edilmişdir. G. asclepiadea bitkisinin otundan isə izoorientin və izoviteksin flavonoidləri və mangiferin ksanton qlikozidi izolyasiya edilmişdir. G. septemfida, G. asclepiadea, G. cruciata və G. gelida növlərinin ekstrakt, fraksiya və fərdi maddələrinin antioksidant, antimikorb, antifunqal və həzm fermentlərinə qarşı fəallığı öyrənilmişdir. G. septemfida otu və kökü üçün tərtib edilmiş farmakopeya məqalələri tərtib və təsdiq edilmişdir. Azərbaycanda yayılan perspektiv acıçiçək növlərindən alınmış ekstrakt və fərdi maddələr əsasında dərman vasitələrinin və bioloji fəallığa malik qida məhsullarının hazırlanması aktualdır.
Açar sözlər: acıçiçək növləri, antioksidant fəallıq, izolyasiya, efir yağları
ƏDƏBİYYAT
- İsayev, C.İ., Qədimli, A.İ. Azərbaycan florasından olan perspektiv acıçiçək növlərinin öyrənilməsi // Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans materialları toplusu, – Bakı: – 18-19 aprel, – 2019. – s. 245.
- İsayev, C.İ., Qədimli, A.İ. Gentiana septemfida Pall. (yeddidilim acıçiçək bitkisinin yayılma arealının və xammal ehtiyyatının öyrənilməsi // Tibb və Elm jurnalı, - Bakı: – 2020. 21 (3), – s. 48-52.
- İsayev, C.İ., Qədimli, A.İ., Əliyeva A.Ə. Gentiana gelida bitkisinin farmakoqnostik tədqiqi // Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, - Bakı: – 2019, № 2, – s. 148-153.
- Qədimli, A.İ. Dilimlikasacıq acıçiçək (Gentiana asclepiadea L.) xammalından alınan ekstraktların antioksidant fəallığının öyrənilməsi // Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, - Bakı: - 2020, 22 (2), - s. 29-33.
- Qədimli, A.İ., İsayev, C.İ. Yeddidilim acıçiçək bitkisinin farmakopeya məqaləsinin hazırlanması // Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023”, – Bakı: – 2023. – s. 385.
- Qədimli, A.İ., Süleymanova, T.H., İsayev, C.İ. Azərbaycanda yayılan bəzi acıçiçək növlərinin antibakterial və antifunqal təsir xüsusiyyətləri // Azərbaycan Tibb Jurnalı, - Bakı: - 2024, № 2, s. 131-135, doi: 10.34921/amj.2024.65.47.001
- Isaev, J.I., Gadimli A.I. Investigation on elements of Gentiana L. species growing in Azerbaijan // Farmamisyon journal, ‒ 2019, 8 (1), ‒ p. 79
- Olennikov, D.N. Caucasian Gentian Species: Untargeted LC-MS metabolic profiling, antioxidant and digestive enzyme inhibiting activity of six plants / Gadimli, A.I., Isaev, J.I., Kashchenko, N.I., Prokopyev, A.S., Kataeva, T.N., Vennos, C. // Metabolites journal, ‒ 2019, 9 (11), ‒ p. 271, doi: 10.3390/metabo9110271
- Olennikov, D.N., Kashchenko, N.I., Gadimli A.I., Isaev, J.I. Polysaccharides from Three Species of Gentiana // Chem. Nat. Comp., ‒ 2022, 58, ‒ p. 799-803, doi: 10.1007/s10600-022-03801-y
|