XÜLASƏ
Məqsəd. Tədqiqat müxtəlif hərbi kontingentlər arasında göz travmaları haqqında məlumatlılıq səviyyəsini, ilkin yardım bacarıqlarını, eləcə də refraktiv cərrahiyyə və əməliyyatdan sonrakı qulluqla əlaqəli bilik fərqlərini qiymətləndirmək məqsədilə aparılmışdır.
Material və metodlar. Araşdırmaya ümumilikdə 450 respondent cəlb edilmişdir. Onlardan 205 nəfəri hərbi-tibbi təhsil almış, 245 nəfəri isə bu istiqamətdə hazırlıq keçməmişdir. İştirakçıların orta yaşı müvafiq olaraq 25,9 və 25,0 il təşkil etmişdir. Statistik təhlil SPSS proqramında aparılmış, kəmiyyət göstəriciləri Styudentin t-meyarı, nisbi göstəricilər isə Pirsonun χ² meyarı ilə qiymətləndirilmişdir. p<0,05 statistik əhəmiyyətlilik həddi qəbul edilmişdir.
Nəticələr. Məlumatların təhlili göstərmişdir ki, hərbi-tibbi hazırlığı olan şəxslər nüfuzedici, kontuzion, termiki, kimyəvi və fotokimyəvi göz zədələnmələri üzrə bütün bölmələrdə əhəmiyyətli dərəcədə daha çox düzgün cavab vermişlər (p<0,001). Hərbi-tibbi təhsili olmayan iştirakçılar arasında isə yanlış və potensial təhlükəli cavabların payı nəzərəçarpacaq dərəcədə yüksək olmuşdur. Hərbi-tibbi hazırlığı olan respondentlərin 71,2%-i bu məlumatları formal tədris və xüsusi kurslar vasitəsilə əldə etdiyi halda, digər iştirakçılar əsasən ümumi məlumat mənbələrinə istinad etmişlər.
Yekun. Tədris proqramlarının təkmilləşdirilməsi, simulyasiya əsaslı məşğələlərin tətbiqi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi hərbi qulluqçular arasında göz zədələnmələri riskinin azalmasına, onların döyüş hazırlığının və tibbi təhlükəsizliyinin yüksəldilməsinə təsir göstərə bilər.
Açar sözlər: göz travmaları, hərbi qulluqçular, hərbi-tibbi hazırlıq, ilkin yardım, məlumatlılıq səviyyəsi, refraktiv cərrahiyyə
ƏDƏBİYYAT
- Li C, Fu Y, Liu S, Yu H, et al. The global incidence and disability of eye injury: an analysis from the Global Burden of Disease Study 2019 // EClinicalMedicine. 2023 Aug 9;62:102134. doi: 10.1016/j.eclinm.2023.102134
- Rüstəmova N.M. Travmatizmlə bağli göz patologiyalarının səbəb olduğu əlillik riski və onun tibbi-sosial yükü // The Azerbaijan Journal of Ophthalmology. 2012, 8, 32–35.
- Lee I, Davis B, Purt B, DesRosiers T. Ocular Trauma and Traumatic Brain Injury on the Battlefield: A Systematic Review After 20 Years of Fighting the Global War on Terror // Mil Med. 2023 Aug 29;188(9-10):2916-2923. doi: 10.1093/milmed/usac226
- Shakarchy-Kaminsky N, Megreli J, Kaminsky D, Tsur AM, et al. Combat-related ocular injuries in the Israel Defense Forces during the years 2013 to 2019 // J Trauma Acute Care Surg. 2021 Aug 1;91(2S Suppl 2):S241-S246. doi: 10.1097/TA.0000000000003233
- Amro MY. Visual outcomes associated with delay from trauma to surgery for open globe eye injury in Palestine: a retrospective chart review study // Lancet. 2021 Jul;398 Suppl 1:S14. doi: 10.1016/S0140-6736(21)01500-2
- McMaster D, Clare G. Incidence of ocular blast injuries in modern conflict // Eye (Lond). 2021 Dec;35(12):3451-3452. doi: 10.1038/s41433-020-01359-z
- Rana V, Patra VK, Bandopadhayay S, Raj B, et al. Combat ocular trauma in counterinsurgency operations // Indian J Ophthalmol. 2023 Dec 1;71(12):3615-3619. doi: 10.4103/IJO.IJO_609_23
- Lau JJ, Thach AB, Burden JH, Ward TP, et al. Eye injuries in the U.S. Armed Forces // Mil Med. 2000 Sep;165(9):683-6
- Reynolds ME, Gu W. Trend of Incidence of Ocular Injury in Service Members of the U.S. Armed Forces in 2016-2019 // Ophthalmic Epidemiol. 2023 Aug;30(4):434-440. doi: 10.1080/09286586.2022.2129697
- Namazova H.K. “Механическая травма глаза и ее особенности в группе пациентов старшего возраста” — AMEA-nın Xəbərləri, Biologiya və Tibb Elmləri, 2015, cild 70, №1, səh. 61–66.
- Skruodyte J, Sveikataite M, Sveikatiene J, Serpytis P. Public Awareness of Ocular Chemical Injuries: A Cross-Sectional Study in Lithuania // Clinics and Practice. 2025; 15(2):35. doi: 10.3390/clinpract15020035
- Trend.az. Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb [Internet]. 2017 Nov 3 [cited 2025 December 21]. Available from: https://az.trend.az/azerbaijan/society/2815470.html
- Rehman Parrey MU, Alanazi SS, Alanazi SR, Alenazi M, et al. Understanding of First Aid for Ocular Trauma Among Medical Students: A Cross-Sectional Study // Journal of Pioneering Medical Sciences. 2025 Jun;14(6):163-168. doi: 10.47310/jpms2025140622