Rzaquliyeva L.M., Aslanova R.A.
EKSTRAKORPORAL MAYALANMADAN SONRA BAŞ VERƏN PERİNATAL FƏSADLAR
Xülasə: Məqalədə ekstrakorporal mayalanmanın aparılmasından sonra baş verən perinatal fəsadların müxtəlif məsələlərini əks etdirən ədəbiyyat icmalı təqdim olunmuşdur. Bu problem üzrə aparılan tədqiqatların aşkar edilməsi üçün elmi ədəbiyyatın sistematik axtarışı PubMed/MEDLINE, EMBASE, COCHRANE və eLIBRARY («yardımçı reproduktiv texnologiyalar», «ekstrakorporal mayalanma», «perinatal fəsadlar» açar sözlər üzrə) məlumatlar bazasında həyata keçirilmişdir.
Keywords: yardımçı reproduktiv texnologiyalar, ekstrakorporal mayalanma, perinatal fəsadlar
Mehrəliyev O.Ş.
ÜMUMİ ƏHALİ VƏ YÜKSƏK RİSK QRUPLARINDA ARİTMİYALARIN YAYILMASI
Xülasə: Məqalədə müxtəlif ədəbiyyat mənbələri əsasında göstərilir ki, aritmiyaların rastgəlmə tezliyi və klinik növləri ayrı-ayrı ölkələrdə fərqlidir. Əhali arasında ritm pozğunluqlarının rastgəlmə tezliyi həmin ölkənin insan populyasiyasının xüsusiyyətlərindən, yaşam tərzindən, ürək-damar və yanaşı xəstəliklərin erkən profilaktikasından asılı olmaqla yanaşı, həm də aritmiyaların diaqanostikası üçün hansı metodun seçilməsindən çox asılıdır.Tədqiqatlar göstərir ki, müayinə müddəti çox olan metodlarda, aritmiyaların rastgəlmə tezliyinin yüksək olması ilə yanaşı, vacib məsələlərdən biri də hansı tip aritmiyaların daha çox klinik əhəmiyyət kəsb etməsinin aydınlaşdırılmasıdır.
Keywords: ürəyin ritm pozğunluğu, qulaqcıqların səyriməsi, elektrokardioqramma, Holter monitorinqi
Khaitov K.N., Abidov Kh.A., Abidov A.M., Karimov B.B., Yunusova Kh.R.
UŞAQLARDA ATOPİK DERMATİTİN KLİNİK XÜSUSİYYƏTLƏRİ
Xülasə: Məqalədə uşaqlarda atopik dermatitlə əlaqəli fərqli klinik xüsusiyyətlər ətraflı araşdırılır. Məqalədə klinik mənzərənin hərtərəfli təqdim olunur, uşaqlarda bu ümumi dəri xəstəliyinin daha dərindən anlaşılmasına kömək edən əsas cəhətlər vurğulanır. Məqalədə qaşınma, eritema və dəri zədələnmələrinin paylanmasının xarakterik mənzərəsi daxil olmaqla atopik dermatitin ilkin klinik təzahürləri ətraflı müzakirə olunur. Müəlliflərin hərtərəfli araşdırmaları, atopik dermatitin təzahürlərinin körpəlikdən yeniyetməyə necə inkişaf etdiyinə dair dəyərli məlumatlar təqdim edərək, simptomların yaşa bağlı dəyişikliklərinə nəzər salmaqla səthi əhatə dairəsindən kənara çıxır. Bundan əlavə, məqalədə atopik dermatit və digər allergik səbəblər arasındakı əlaqə araşdırılır, daha geniş bir uşaq allergik həssaslığının arxasındakı kompleks əlaqələr vurğulanır. Son tədqiqat nəticələrinə və klinik müşahidələrə əsaslanan bu izahlı məqalə, uşaqlarda atopik dermatitlə əlaqəli klinik nüanslar haqqında hərtərəfli bir fikir əldə etmək istəyən səhiyyə işçiləri, tədqiqatçılar və fərdlər üçün əvəzolunmaz bir qaynaqdır. Bu, yalnız bir tədqiqat kimi xidmət etmir, həm də uşaq dermatologiyasının bu kritik sahəsində effektiv diaqnoz, müalicə və gələcək tədqiqatların potensial istiqamətləri barədə davam edən müzakirəyə kömək edir.
Keywords: atopik dermatit, uşaqlıq, klinik təzahürlər, səfeh, SCORAD, dermatologiya
Nəzərova G.E.
İDİOPATİK KİŞİ SONSUZLUĞUNDA ENDOKRİNOLOJİ AMİLLƏRİN ROLU
Xülasə: İdiopatik kişi sonsuzluğunun etiologiyasında hormonal disbalansın mühüm rolu vardır. Tədqiqat işinin məqsədi idioaptik kişi sonsuzluğu olan şəxslərin qan serumunda bəzi hormonların (follikulstimuləedici hormon – FSH, lüteinstimuləedici hormonun – LH, testosteron və prolaktin) konsentrasiyasının öyrənilməsidir. Bu məqsədlə 101 nəfər 20-46 yaş hədlərində idiopatik kişi sonsuzluğu olan şəxsin qan və sperma nümunələri analiz edilmişdir. Tədqiqat işində astenozoospermiyalı kişilərin qanında FSH-nın konsentrasiyası 57,7%, oliqozoospermiyalı kişilərdə 2,4 dəfə, qeyri-obstruktiv azoospermiyalı kişilərdə 8,8 dəfə, obsruktiv azoospermiyalı kişilərdə 2,1 dəfə kontrola nisbətən artmışdır. LH-nın konsentrasiyasının əsasən oliqozoospermiyalı kişilərdə 39,3%, qeyri-obstruktiv azoospermiyalı kişilərdə 2,9 dəfə artması müşahidə edilmişdir. Prolaktinin konsentrasiyası qeyri-obstruktiv azoospremiyalı kişilərdə 89,0% əhəmiyyətli dərəcədə artmışdır. Testoseronun konsentrasiyası tədqiq edilən qruplarda əhəmiyyətli dərəcədə dəyişməsədə, qeyri-obstruktiv azospremiyalı kişilərdə azalmağa meyil müəyyən edilmişdir. Qeyri-obstruktiv azospermiyalı kişilərdə FSH (4,2 dəfə) və LH-nın (2,2 dəfə) konsentrasiyasının obstruktiv azospremiyalı kişilərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müəyyən edilmişdir. Beləliklə, idiopatik kişi sonsuzluğu zamanı ciddi hormonal disbalans müəyyən edilmişdir, bu disbalans qeyri-obstruktiv azoospermiyalı xəstələrdə daha qabarıq şəkildə müşahidə edilmişdir.
Keywords: kişi sonsuzluğu, follikulstimuləedici hormon, lüteinləşdirici hormon, testosteron, prolaktin
Şükürov R.T.
177Lu-DOTA-TATE RADİOAKTİV DƏRMAN PREPARATININ SİNTEZİ VƏ KEYFİYYƏTİNİN TƏYİNİ ÜSULLARI
Xülasə: Məqalədə regionda ilk dəfə olaraq ölkəmizdə Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Radionuklid Terapiya şöbəsində neyroendokrin şişlərin hədəfə yönəlik radionuklid müalicəsində tətbiq olunan 177Lu-DOTA-TATE radioaktiv dərman preparatına dair optimal şərtlər seçilməklə preparatın sintezi və keyfiyyətinin təyini üsullarının işlənməsinə dair tədqiqatların nəticələri verilir. Təklif edilən şərtlər əsasında preparatın sintezi mövcud istehsal müəssisəsində müvəffəqiyyətlə tətbiq edilmişdir. Sintez prosesi yüksək çıxım faizi ilə müşayiət olunmuşdur. Eyni zamanda, tədqiq olunan preparatın keyfiyyətinin təyini üçün tətbiq olunan müasir analiz üsullarının müsbət nəticələrinə əsaslanaraq, preparatın etibarlı, güvənilir və təhlükəsiz şəkildə klinik təcrübədə neyroendokrin şişlərin müalicəsində istifadə olunabiləcəyi qənaətinə gəlinmişdir.
Keywords: Radioaktiv dərman preparatları, 177Lu-DOTA-TATE, NTX, YEMX
Əliyeva G.R., Axundova İ.M., Kərimova K.M., Hacıyeva R.S., Əliyeva G.F.
AĞCİYƏRLƏRİN XRONİKİ OBSTRUKTİV XƏSTƏLİYİNDƏ BƏZİ HEMOSTAZ PARAMETRLƏRİNİN XARİCİ TƏNƏFFÜS FUNKSİYASI İLƏ ƏLAQƏSİ
Xülasə: Məqalədə ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX) zamanı bəzi hemostaz parametrlərinin xarici tənəffüs funksiyası (XTF) ilə əlaqəsi və bazis müalicə ilə birlikdə antikoaqulyant və antiaqreqantların tədbiqinin xəstəliyin kliniki-funksional gedişatına təsiri 132 xəstənin kliniki-laborator və funksional materialları üzərində öyrənilmişdir. Araşdırmada FEV1 göstəricisinin trombosit miqdarı, trombositokrit, laxtalanma müddəti, protrombin indeksi və fibrinogen göstərisi ilə əhəmiyyətli korrelyasion əlaqə aşkar edilməmişdir (0˂r˂0,2). FEV1 göstəricisinin eritrositlərin miqdarı, hemoqlobin və hematokrit göstəriciləri arasında etibarlı (p<0,05) zəif mənfi korrelyasion əlaqə təyin edilmişdir (-0,304˂r˂-0,173). Antikoaqulyant və ya antiaqreqantların istifadəsi XTF göstəricilərinə əhəmiyyətli dərəcədə təsir etməsə də, ACXOX-lu xəstələrin hospitalizasiya günlərinin azalmasına imkan verir (p<0,05).
Keywords: ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), hemostaz, xarici tənəffüs funksiyası (XTF)
Məmmədbəyli A.K., Mürsəlova Ü.Q.
KƏLLƏDAXİLİ TRAVMATİK QANSIZMALARIN ANANIN YAŞINDAN VƏ YENİDOĞULMUŞUN BƏDƏN KÜTLƏSİNDƏN ASILILIĞI
Xülasə: Məqsəd. Kəllədaxili travmatik qansızmaların ananın yaşından və yenidoğulmuşun bədən kütləsindən asılılığını qiymətləndirmək. Tədqiqatın materialları və metodları. Respublika Perinatal Mərkəzində prospektiv tədqiqat aparılmış, bütün yenidoğulmuş uşaqlar hərtərəfli nevroloji müayinə və neyrosonoqrafiya edilmişdir (996). Tədqiq olunan əhali qruplara bölünmüşdür: kəllədaxili qeyri-travmatik qanaxmaları olan və olmayan uşaqlar, həmçinin bu patologiyaya görə perinatal dövrdə ölənlər. Bu qruplar ana yaşının strukturuna, doğuşların seriya nömrələrinə, hamiləlik dövrünə, bədən çəkisinə, yeni doğulmuş uşaqların cinsinə və doğuş üsullarına görə müqayisə edilmişdir. Ananın yaşına görə alt qruplar yeni doğulmuş körpələrin bədən çəkisinə uyğun olaraq bölüşdürülmüş və bu alt qruplarda tezlik müəyyən edilmişdir. Dölün çəkisinin rolunu bərabərləşdirmək üçün standartlaşdırma aparılmışdır. Anaların yaş qruplarında qeyri-travmatik kəllədaxili qanaxmanın standartlaşdırılmış dərəcələri müqayisə edilmişdir. Nəticələr. Kəllədaxili qeyri-travmatik qanaxmanın faktiki və standart halı 20 yaşa qədər 11,7 və 16,6%, 20-24 yaşda 12,1 və 14,7%, 25-29 yaşda 14,5 və 14,6%, 30-34 yaşda 13,2 və 12,9%, 35 və yuxarı yaşda 32,1 və 24,8% təşkil etmişdir. Yekun. 20 yaşdan aşağı, 35 və daha yuxarı ananın yaşı yeni doğulmuşlarda kəllədaxili qeyri-travmatik qanaxmalar üçün müstəqil risk faktorudur.
Keywords: kəllədaxili qeyri-travmatik qanaxma, ana yaşı, bədən çəkisi, yeni doğulmuş
İsgəndər M.A.
NORMAL KARBOHİDRAT MÜBADİLƏSİ QRUPUNDA
“130/80-139/89 mm Hg” ARTERİAL TƏZYİQ DİAPAZONUNUN ÜRƏK-DAMAR RİSKİNƏ TƏSİRİ
Xülasə: Tədqiqatın məqsədi. Normal karbohidrat mübadiləsi olan şəxslərdə “130/80-139/89 mm Hg” arterial təzyiq diapazonunun ürək-damar riskinə təsirini qiymətləndirmək idi. Bu məqsədlə, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının arxivində olan 597 pasiyentin ambulator kartlarının retrospektiv təhlili əsasında normal karbohidrat mübadiləsi olan şəxslərdə arterial hipertenziya üçün ACC/AHA (2017) və ESC/ESH (2018) diaqnostik meyarlarından eləcə də, ürək-damar riskini qiymətləndirmək üçün PROCAM risk skoru, lipid profilinə əsaslanmış Framigham risk skoru, Bədən kütlə indeksinə əsaslanmış Framigham risk skoru, QRISK 2 skoru, ASCVD risk skoru, Pooled Cohort Equations risk skorundan istifadə olunmuşdur. Ürək-damar riski kalkulyatorlarının istər tək-tək, istərsə də kompleks şəklində tətbiqi zamanı Normal karbohidrat mübadiləsi olan şəxslərdə sistolik arterial təzyiqin 130-139 mm Hg və/və ya diastolik arterial təzyiqin 80-89 mm Hg qədər yüksəlməsi ürək-damar riskinin artması ilə nəticələndi. Arterial təzyiqin daha artıq yüksəlməsi bu riski daha da yüksəldir.
Keywords: normal karbohidrat mübadiləsi, arterial hipertenziya, ürək-damar riski, ürək-damar xəstəlikləri
Qafarov T.Ə., Haqverdi E.R.
ŞİZOFRENİYA XƏSTƏLƏRİNİN STASİONAR MÜALİCƏSİNİN DİNAMİKASINA UZUNMÜDDƏTLİ PSİXOGENİYALARIN TƏSİRİ
Xülasə: Məqalə uzun sürən psixogen amillərin şizofreniya xəstələrinin stasionar müalicəsinin dinamikasına təsirinin öyrənilməsinə həsr edilmişdir. Bu məsələ psixiatriyanın əsas məsələlərdən biridir. Belə ki, şizofreniya prosesinin inkişafı və müalicəsində endogen və ekzogen amillərin əlaqəsini anlamaq üçün vacibdir. Tədqiqat materialı şizofreniyadan əziyyət çəkən, Qarabağ münaqişəsi nəticəsində öz daimi yaşayış yerlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlər, bu kontekstdə hələ də unikal psixopatogen vəziyyətdə olan 82 xəstə idi. Əsas qrup şizofreniya xəstələrinin (qaçqınlar və məcburi köçkünlər) stasionar müalicəsinin dinamikasının ümumiləşdirilmiş qiymətləndirilməsi onun təkcə şizofreniya prosesinin kliniki və dinamik xüsusiyyətləri ilə deyil, həm də digər amillərlə müəyyən edildiyini düşünməyə əsas verir. Bu həm müəyyən edilmiş psixogen, həm də ətraf mühit, ailə və əlavə aydınlaşdırma tələb edən diqər səbəblərdir.
Keywords: şizofreniya, Qarabağ münaqişəsi, qaçqınlar, uzun sürən psixopatogen vəziyyət, stasionar müalicənin dinamikası
Səlimova N.A.
VƏRƏM ETİOLOGİYALI EKSUDATİV PLEVRİTDƏ PLEVRAL MAYENİN TƏDQİQİNİN DİAQNOSTİK İMKANLARI
Xülasə: Vərəm mənşəli eksudativ plevrit qanın və plevra ekssudatının biokimyəvi statusunda əhəmiyyətli dəyişikliklərlə xarakterizə olunmasına baxmayaraq, əksər hallarda bu dəyişikliklər qeyri-spesifik xarakter daşıyır və ədəbiyyat məlumatlarının təhlili belə nəticəyə gəlir ki, diaqnoz və müxtəlif mənşəli plevritin differensial diaqnostikası hələ də aktualdır və həll olunmamış qalır. Diaqnostik imkanları və onların effektivliyini müəyyən etmək üçün laboratoriya üsullarının hərtərəfli müqayisəli təhlilini aparmaq vacibdir.
Keywords: vərəm, ekssudativ plevrit, diaqnostika
Qurbanova N.F., Abdiyeva Y.D., Məhərrəmova S.M.
AÇIQ BUCAQLI QLAUKOMALI XƏSTƏLƏRDƏ "QURU GÖZ" SİNDROMUNUN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ
Xülasə: İşin məqsədi açıq bucaqlı qlaukomalı bir qrup xəstələrdə ambulator müşahidə zamanı quru göz sindromunun (QQS) baş vermə tezliyini öyrənmək və müalicə strategiyasını hazırlamaq olmuşdur. Birincili açıq bucaqlı qlaukomalı (POAG) xəstəliyi 3-5 il davam etmiş 60 xəstədə göz səthində klinik və funksional dəyişikliklər tədqiq edilmişdir. Tədqiqat üçün cins və yaş baxımından oxşar xəstələrdən ibarət 2 tədqiqat qrupu yaradılmışdır. Tədqiqat göstərdi ki, antihipertenziv dərmanların tərkibində az miqdarda konservant olan və ya konservantsız preparatlardan istifadə etmək vacibdir. Xəstələrə gözyaşıəvəzedici preparatları vəlubrikantları vaxtında təyin etmək lazımdır. Xüsusilə qarışıq antihipertenziv dərmanlara üstünlük verilməlidir.
Keywords: qlaukoma, quru göz sindromu, hipotenziv preparatlar
Alimova D.D.
POLİPOZ RİNOSİNUSİTİN MÜXTƏLİF FENOTİPLƏRİNİN PİLLƏLİ MÜALİCƏ-DİAQNOSTİK ALQORİTMİ
Xülasə: Son illərdə burun boşluğunun və paranazal sinusların xəstəliklərinin strukturunda polipoz rinosinusitin xüsusi çəkisində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilmişdir ki, bu da bir sıra amillərlə bağlıdır: ekoloji vəziyyətin dəyişməsi, bakterial, viral və peşə patogen agentlərin sayının artması. Müasir zamanda yerli və sistem kortikosteroidlərdən istifadə edərək kombinasiyalı müalicə sxemlərinin istifadəsi ümidverici nəticələr göstərir, lakin dərmanların seçimi və onların qəbul müddəti və təhlükəsizliyinin monitorinqi ilə bağlı əlavə standartlaşdırma tələb edir. Bu tədqiqatın məqsədi polipoz rinosinusitli xəstələrin diaqnostikası və müalicəsi üsullarını təkmilləşdirmək olmuşdur.
Keywords: polipoz rinosinusit, klinik müayinə üsulları, funksional endoskopik sinus cərrahiyyəsi
Məmmədov İ.İ.
DİVERTİKUL MƏNŞƏLİ YOĞUN BAĞIRSAQ QANAXMALARININ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ
Xülasə: Divertikulyar qanaxması olan 13 xəstənin müalicəsinin nəticələri təhlil edilmişdir. Divertikul ətrafında iltihab səbəbindən endoskopik hemostaz kifayət qədər effektiv olmamışdır. Birinci cəhddən sonra təkrar qanaxma nisbəti 38,5%, ikinci cəhddən sonra isə 40% təşkil etmişdir. 1 xəstə 3-cü təkrar qanaxma səbəbindən təcili əməliyyatdan sonra dünyasını dəyişib. İltihab və antikoaqulyantlar təkrar qanaxma üçün risk faktorları kimi qiymətləndirilmişdir. Bununla belə, müalicənin nəticələrinə mənfi təsir göstərən risk faktorları artıq bədən çəkisi və xroniki böyrək xəstəliyi olmuşdur.
Keywords: qanaxma, divertikul, endoskopik hemostaz, residiv
Bayramova L.Q., Mehtiyeva Ş.N., Məmmədbəyli A.K.
2005-2009-CU İLLƏRDƏ GƏNCƏ ŞƏHƏRİNDƏ QEYDƏ ALINAN MÜƏYYƏN QRUP EPİLEPSİYALI XƏSTƏLƏRİN EPİDEMİOLOGİYASININ ÖYRƏNİLMƏSİ
Xülasə: Epilepsiya təkrarlanan, səbəbsiz qıcolmalarla xarakterizə olunan nevroloji xəstəlikdir. Bu qıcolmalar beynin normal elektrik fəaliyyətinin pozulması nəticəsində yaranır. Epilepsiyanın spesifik səbəbi fərqli ola bilsə də, genetika, baş travması, beynin vəziyyəti, yoluxucu xəstəliklər, prenatal zədə və ya inkişaf pozulmaları kimi müxtəlif amillərlə əlaqələndirilə bilər. Qıcolmalar müxtəlif yollarla özünü göstərə bilər və onların şiddəti insandan insana fərdi olaraq dəyişə bilər. Bəzi insanlar qıcolmadan huşunu itirə bilər, digərlərində isə bir nöqtətə baxma seyrləri və ya müvəqqəti çaşqınlıq halları müşahidə oluna bilər. Tutmalar, həmçinin müəyyən fərdlərdə yuxunun olmaması, stress və ya digər spesifik amillərlə də tətiklənə bilər. Epilepsiya xroniki bir xəstəlik olsa da, dərman müalicəsi, cərrahiyyə və bəzi hallarda pəhriz dəyişiklikləri də daxil olmaqla müxtəlif müalicələrlə idarə oluna bilər. Epilepsiya xəstələri düzgün idarə və qayğı ilə normal həyat sürə bilərlər. Epilepsiya xəstələrinin xüsusi ehtiyaclarına uyğun hərtərəfli müalicə planı hazırlamaq üçün tibb işçiləri ilə yaxından işləmələri çox vacibdir. Eyni zamanda müəyyən ərazidə epilepsiya xəstələrinin sayının, onlarda olan klinik formaların müəyyən olunması həmin xəstələrə daha keyfiyyətli xidmət göstərməyə yardım edir. Cari tədqiqat işi Gəncə şəhərində 2005-2009-cu illər üzrə qeydə alınan arxiv materiallarına əsaslanan epilepsiyalı 322 xəstənin öyrənilməsini əhatə edir. Tədqiqatımızda 0 yaşdan 70 yaşa qədər xəstələr cinslərə, yaş qruplarına bölünərək öyrənilmiş və xəstəliyin dinamikası izlənilmişdir. Eyni zamanda bu araşdırmada etiologiyaya görə ən çox rast gəlinən epilepsiya növləri müəyyən edilmişdir.
Keywords: epilepsiya, epidemiologiya, epilepsiyanın kliniki formaları
Kazımova A.U., Hüseynova G.A., Poluxova Ş.M., Məcidova Ü.M., Abdullayeva R.M.
KALSİUM ANTAQONİSTLƏRİNİN QANIN PLAZMASINDA ESTRADIOLUN QATILIĞINA TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
Xülasə: Təqdim edilmiş məqalədə kalsium antaqonistlərinin uzunmüddətli qəbulunun qanda estradiolun qatılığına təsiri öyrənilmişdir. Tədqiqatlar Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində laboratoriya şəraitində yetişdirilmiş, çəkisi 180-230 qram olan, cinsi yetkinliyə çatmış 82 baş dişi ağ siçovul üzərində aparılıb. Tədqiqat zamanı Verapamil 5, 25 mq/kq (Isoptin, Abbot Laboratories S.A., İtaliya), nifedipin 5, 10 mq/kq (Farmadipin, Farmak Ukrayna), diltiazem 5, 20 mq/kq (Diltizem-L, MNIS-İstanbul) istifadə edilmişdir. Qan plazmasında estradiolun qatılığı BioScreen MS-500 cihazından istifadə edərək immunoferment müayinəsi üsulu ilə müəyyən edilmişdir. Efir anesteziyası altında eksperimental heyvanların ürəyindən qan götürülmüşdür. Qanda estradiol hormonunun qatılığını təyin etmək üçün "Eliza Kit Estradiol" reagentləri dəsti istifadə edilmişdir. Nifedipin 5 mq/kq ilə xroniki müalicə alan dişilərdə estradiol səviyyəsi nəzarət qrupu ilə müqayisədə 3,9% aşağı, verapamil qrupu (5 mq/kq) ilə müqayisədə 40,4% yüksək olmuşdur. Diltiazemin 5 mq/kq dozada uzunmüddətli qəbulu fonunda estradiolun qatılığı 3,3% (p>0,05) fərqləndiyi qeydə alınmışdır. Dozaların müvafiq artması ilə estradiolun qatılığı nifedipin 10 mq/kq (65,0±2,4) > diltiazem 20 mq/kq (39,3±0,7) > verapamil 25 mq/kq (34,3±0,7) ardıcıllığı ilə dəyişmişdir.
Keywords: kalsium antaqonistləri, hamiləlik, estradiol, reproduktiv funksiya
Quliyev F.A., Nazirova V.B., Qafarov İ.A.
ARTERİAL HİPERTENZİYANIN MÜXTƏLİF FENOTİPLƏRİNDƏ İNTEQRİN VƏ FİBRİNOGEN GENLƏRİNİN POLİMORFİZMİ
Xülasə: Təqdim edilmiş məqalədə kalsium antaqonistlərinin uzunmüddətli qəbulunun qanda estradiolun qatılığına təsiri öyrənilmişdir. Tədqiqatlar Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində laboratoriya şəraitində yetişdirilmiş, çəkisi 180-230 qram olan, cinsi yetkinliyə çatmış 82 baş dişi ağ siçovul üzərində aparılıb. Tədqiqat zamanı Verapamil 5, 25 mq/kq (Isoptin, Abbot Laboratories S.A., İtaliya), nifedipin 5, 10 mq/kq (Farmadipin, Farmak Ukrayna), diltiazem 5, 20 mq/kq (Diltizem-L, MNIS-İstanbul) istifadə edilmişdir. Qan plazmasında estradiolun qatılığı BioScreen MS-500 cihazından istifadə edərək immunoferment müayinəsi üsulu ilə müəyyən edilmişdir. Efir anesteziyası altında eksperimental heyvanların ürəyindən qan götürülmüşdür. Qanda estradiol hormonunun qatılığını təyin etmək üçün "Eliza Kit Estradiol" reagentləri dəsti istifadə edilmişdir. Nifedipin 5 mq/kq ilə xroniki müalicə alan dişilərdə estradiol səviyyəsi nəzarət qrupu ilə müqayisədə 3,9% aşağı, verapamil qrupu (5 mq/kq) ilə müqayisədə 40,4% yüksək olmuşdur. Diltiazemin 5 mq/kq dozada uzunmüddətli qəbulu fonunda estradiolun qatılığı 3,3% (p>0,05) fərqləndiyi qeydə alınmışdır. Dozaların müvafiq artması ilə estradiolun qatılığı nifedipin 10 mq/kq (65,0±2,4) > diltiazem 20 mq/kq (39,3±0,7) > verapamil 25 mq/kq (34,3±0,7) ardıcıllığı ilə dəyişmişdir.
Keywords: kalsium antaqonistləri, hamiləlik, estradiol, reproduktiv funksiya
İsayev C.P., Məmmədova H.H., Tağıyeva N.C.
COVID-19 İNFEKSİYASINDAN SONRAKI KOQNİTİV VƏ ASTENİK POZULMALAR HAQQINDA
Xülasə: COVID-19 infeksiyası tez-tez bir sıra davamlı nevroloji ağırlaşmalara səbəb olur ki, bunlardan da ən çox rast gəlinənlərdən koqnitiv və astenik əlamətlər göstərilə bilər. Məqalədə keçirilmiş COVID-19 infeksiyasından sonra bu əlamətlərin rast gəlmə tezliyi və klinik xüsusiyyətləri, biruzə verməsinin xəstəliyin ağırlığından asılılığı, klinik əhəmiyyəti və xəstənin həyat tərzinə təsiri haqqında məlumatlar verilir. COVID-19 infeksiyası zamanı koqnitiv və astenik əlamətlərin inkişaf mexanizmləri müzakirə olunur. O cümlədən törədici virusun beyin maddəsinə birbaşa təsiri, koronavirus mənşəli immun-metabolik pozulmalar, serebral hipoksiya və serebrovaskulyar xəstəliklərin rolu araşdırılır. Ürək-damar xəstəlikləri olan xəstələrdə təkrarlanan işemik hadisələrin qarşısını almaq üçün təyin olunan antiplatelet terapiyanın COVID-19-un gedişatına və nevroloji fəsadlarına təsiri təhlil edilir. Göstərilən faktorların, o cümlədən serebral hipoksiyanın, karantinlə əlaqəli xəstələrin sosial təcrid olunmasının, yanaşı gedən xəstəliklərin dekompensasiyasının astenik əlamətlərin və koqnitiv pozulmaların meydana çıxmasında rolu təhlil olunur. Məqalədə həmçinin koronavirus infeksiyasının nevroloji fəsadlarının qarşısının alınması və müalicəsi məsələlərinə də yer verilmişdir. Eyni zamanda orta ağır formada COVID-19 infeksiyası olan xəstədə davamlı və ağır koqnitiv pozulmanın klinik müşahidəsi təqdim olunur.
Keywords: COVID-19 infeksiyası, post-COVID sindromu, koqnitiv pozğunluq, asteniya, serebrovaskulyar xəstəliklər
Qasımova F.N., Babayeva L.K., Quliyeva İ.M., İsmayılova N.R., Musayeva A.V.
KAVASAKİ XƏSTƏLİYİ (2021 Amerika Revmatoloqlar Kolleci (ACR)/Vaskulit Fondu (VF) Kavasaki xəstəliyinin klinik tövsiyələri)
Xülasə: Təqdim olunmuş icmalda kiçik və orta ölçülü damarları zədələyən və əsasən 5 yaşdan kiçik uşaqlarda inkişaf edən sistem vaskulit olan Kavasaki xəstəliyinə dair Amerika Revmatoloqlar Kollecinin (2021) tövsiyələrinin cari müddəaları təqdim olunmuşdur. Xəstəliyin inkişafının və daxili orqanların zədələnməsinin qarşısını almaq üçün mövcud diaqnostika və müalicə alqoritmləri əhatə edilmişdir.
Keywords: Kavasaki xəstəliyi, tövsiyələr, diaqnostika, müalicə alqoritmləri
Cavadzadə V.N.
SEN VƏ TTV İNFEKSİYALARI HAQQINDA
Xülasə: Məqalədə SEN və TTV infeksiyalarından bəhs edilir. SEN və TTV infeksiyalarının etiologiyası, epidemiologiyası, klinikası və diaqnoz prinsipləri haqqında məlumat verilir. Xəstəliklərin patogezi və patoloji anatomiyaları hələ ki, tam öyrənilməyib və bu sahədə elmi-tədqiqat işləri davam etməkdədir. Spesifik diaqnostika məksədilə Polimeraza Zəngirvari Reaksiyadan (PZR) istifadə edilir. Xətəliklərin törədicilərinə qarşı spesifik antiviral preparatlar mövcud deyil, infeksiyalara qarşı peyvənd işlənib hazırlanmayıb.
Keywords: virus, genotip, klinika, hepatit, diaqnoz, müalicə
Mehdi Məmmədbağır oğlu Quliyev – 100
YUBİLEY
Namazov N.C.
AZƏRBAYCANDA TİBBİ ENTOMOLOGİYA ELMİNİN 100 İLLİK İNKİŞAFI: QARŞIDA DURAN VƏZİFƏLƏR VƏ ELMİ NAİLİYYƏTLƏRİ