| AZ | EN | RU


KORONAVİRUS İNFEKSİYASI OLAN QADINLARDAN DOĞULAN YENİDİĞULMUŞLARIN SAĞLAMLIQ VƏZİYYƏTİ
Mikayılzadə P.N., Əkbərova A.S., Rzaeva L.A., Dadaşova D.T., Azhdarova B.T.


DOI: 10.61775/2413-3302.v1i43.07


XÜLASƏ
Tədqiqatın məqsədi. Koronavirus infeksiyası ilə yoluxmuş analardan doğulan yenidoğulmuşların sağlamlıq vəziyyətini öyrənmək. Tədqiqatın materialları və üsulları. Tədqiqata 268 hamilə qadın daxil edilmişdir ki, onlardan 222-də (82,8%) SARS-CoV-2 infeksiyası laborator şəkildə təsdiqlənmişdir. Bütün iştirakçılara anamnestik, klinik, laborator-diaqnostik və instrumental müayinələr aparılmışdır. COVID-19 diaqnozunun təsdiqi üçün burun-udlaq və ağız-udlaq yaxmalarında SARS-CoV-2 virusunun RNT-sini müəyyən etməyə yönəlmiş polimeraz zəncirvari reaksiya (PZR) üsulundan istifadə olunmuşdur. Nəticələr. Tədqiqata hamiləliyin müxtəlif dövrlərində SARS-CoV-2 ilə yoluxmuş 222 hamilə qadın daxil edilmişdir. Onlardan 117 (52,7%-də) COVID-19-un yüngül, 84 (37,8%-də) orta ağırlıqlı, 21 (9,5%-də) isə ağır forması müşahidə edilmişdir. Yoluxmuş qadınların ümumi sayından (n=222) 76-sı (34,2%) doğuşla nəticələnmişdir. Müşahidə dövründə 19 (25%) halda hamiləliyin inkişafdan qalması, 7(9,2%) halda dölün antenatal ölümü və 4 (5,3%) hallarda spontan abort qeydə alınmışdır. Yenidoğulmuşların arasında 34-ü (44,7%) vaxtından əvvəl, 42-si (55,3%) isə vaxtında doğulmuşdur. Yekun. Aparılmış tədqiqatın nəticələri göstərir ki, SARS-CoV-2 ilə yoluxmuş analarda perinatal ağırlaşmaların tezliyi artmışdır. Yoluxmuş analardan doğulan yenidoğulmuşlarda ən çox rast gəlinən klinik problemlər bunlar olmuşdur: bətindaxili hipoksiya – 35,5%; perinatal hipoksik mərkəzi sinir sistemi zədələnməsi – 22,4%; respirator distres sindromu (RDS) – 6,6%; asfiksiya – 5,3%; dölün bətindaxili inkişafının ləngiməsi (IUGR) – 3,9%.
Açar sözlər: koronavirus infeksiyası, COVID-19, hamiləlik, virus infeksiyası, SARS-CoV-2


ƏDƏBİYYAT
  1. Allotey J., Stallings E., Bonet M., Yap M., et al. Clinical manifestations, risk factors, and maternal and perinatal outcomes of coronavirus disease 2019 in pregnancy: living systematic review and meta-analysis // BMJ. 2020;370:m3320. doi:10.1136/bmj.m3320.
  2. Kotlyar A.M., Grechukhina O., Chen A., Popkhadze S., et al. Vertical transmission of COVID-19: a systematic review and meta-analysis // American Journal of Obstetrics & Gynecology: MFM. 2021;3(3):100121. doi: 10.1016/j.ajogmf.2020.100121.
  3. Hecht J.L., Quade B., Deshpande V., Mino-Kenudson M., et al. SARS-CoV-2 can infect the placenta and is not associated with specific placental histopathology: a series of 19 cases // Placenta. 2020; 102:27-34. doi: 10.1016/j.placenta.2020.08.014.
  4. Knight M., Bunch K., Vousden N., Morris E., et al. Characteristics and outcomes of pregnant women admitted to hospital with confirmed SARS-CoV-2 infection in UK: national population-based cohort study // BMJ. 2020;369:m2107. doi:10.1136/bmj.m2107.
  5. Pediatric Research / Nature. Systematic review and meta-analysis: COVID-19 vaccination during pregnancy and neonatal outcomes. // Pediatric Research. 2022. doi:10.1038/s41390-022-02005-8
  6. Jaswa E.G., Huddleston H.G., Lindquist K.J., Goldhaber-Fiebert J.D., et al. In Utero Exposure to Maternal COVID-19 and Offspring Neurodevelopment Through Age 24 Months // JAMA Network Open. 2024;7(10):e2439792. doi:10.1001/jamanetworkopen.2024.39792.