| HİDROSEFALİYANIN VENTRİKULO-PERİTONEAL ŞUNTLAMA ÜSULU İLƏ CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ HAQQINDA Novruzov E.H., Qarayev İ.C., Əliyev R.R. DOI: 10.61775/2413-3302.v4i42.14
XÜLASƏ Tədqiqatın məqsədi: hidrosefaliyanın müxtəlif formalarından əziyyət çəkən müxtəlif yaşda olan xəstələrin ventrikulo-peritoneal şuntlama əməliyyatının nəticələrini təhlil etmək. Material və metodlar. Bu iş Azərbaycan tibb Universitetinin Tədris-cərrahiyyə klinikasında "hidrosefaliya" diaqnozu ilə 60 xəstənin 2014-cü ildən 2025-ci ilə qədər müalicə olunan klinik vəziyyətinin öyrənilməsinə və hərtərəfli təhlilinə əsaslanır. Bütün xəstələrə ventrikulo-peritoneal şuntlama əməliyyatı olunub. Xəstələr arasında 39 (65%) kişi 21 (35%) qadın olub. Xəstələrin yaşı 1 aydan 76 yaş arasında olub. Hidrosefaliyanın müalicəsi və nəticələr. Hidrosefaliya cərrahi patologiyadır. Hidrosefaliya üçün ən çox istifadə olunan və effektli müalicə ventrikulo-peritoneal şuntlama əməliyyatıdır. Bu üsul beynin lateral mədəciyinin (daha çox sağ) kateterizasiyasına və qarın boşluğu ilə əlaqə yaradılmasına əsaslanır. İntrakranial təzyiqi tənzimləmək üçün şunt kateterləri arasında bir pompa (klapan mexanizmi) quraşdırılır və kəllə tağı sümüklərinə fiksə edilir. 60 belə əməliyyatın nəticələri əməliyyatdan sonrakı dövrdə xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması idi. Yekun. Hidrosefaliyanın (baş beyin KT və MRT müayinəsi) erkən diaqnostikası beyin atrofiyasının intensiv böyüməsinin və geridönməz nevroloji simptomların inkişafının qarşısını almaq üçün əsas amildir. Şunt əməliyyatlarının vaxtında aparılması beyin parenximasının quruluşu və funksiyalarının pozulmasının qarşısını alaraq xəstənin ali sinir fəaliyyətinin daha erkən bərpasının zaminidir. Açar sözlər: hidrosefaliya, beyin-onurğabeyin mayesi, kəllədaxili hipertenziya ƏDƏBİYYAT
|