XÜLASƏ
Son illər dünyada vərəmin ÇDD və GDD formaları kəskin artır. Problemin yaranma səbəbi ilkin vərəm xəstələrinin vaxtında aşkar olunmaması və müalicənin effektliyinin aşağı olmasıdır.
Məqsəd. Elmi araşdırmada məqsəd müalicənin effektliyinin öyrənilməsidir.
Metod və müzakirə. Müalicənin effektliyi müalicə kursunun sonuna TDM-in kəsilməsi, dağılma boşluğunun bağlanması, təmas yoluxması və xəstələrdə residiv kimi kriteriyalarla dəyərləndirilmişdir. Araşdırmada müalicə kursunun sonuna aylar üzrə TDM və dağılma boşluğunun bağlanmasının xüsusi çəkisi, uşaq və yeniyetmə təmasları arasında yoluxmanın infeksion allergiyanın “tuberkulinin ötən ilə nisbətən nəticələrinin artması, viraj və hiperergiya” formalarının xüsusi çəkisi müəyyənləşdirilmişdir. Təhlil göstərir ki, müalicənin intensiv mərhələsini stasionarda davamedici mərhələsini isə ambulator alan xəstələr arasında uğurlu nəticə 80%, dağılma boşluğunun bağlanması 50% halda baş vermişdir. Dağılma boşluğu bağlanmayan xəstələr arasında iki il sonra residiv 54.5% halda olmuşdur. Təmaslar arasında yoluxmanın infeksion allergiyanın “tuberkulinin ötən ilə nisbətən nəticələrinin artması, viraj və hiperergiya” formaları optimal səviyyədən 8 dəfə yüksək olur.
Açar sözlər: birtərəfli spesifik zədələnmə, turşuya davamlı mikobakteriya (TDM) ifrazı, dağılma boşluğu (CV)
ƏDƏBİYYAT
- Axundova İ. “Dünyada və Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və ölkədə vərəmə qarşı aparılan tədbirlər”. İllik hesabat. Bakı 2022 səh 3-19.
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 20.12.2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmiş “Vərəm xəstələrinin aşkarlanması üzrə kliniki protokol”. Bakı 2010.
- Qədirova H. “Dünyada və Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və ölkədə vərəmə qarşı aparılan tədbirlər”. İllik hesabat. Bakı 2021 səh 3-10.
- Şıxəliyev Y.Ş., Abbasova A.S., Osmanova R.R., Qasımov İ.Ə. “Vərəmin passiv aşkarlanmasında bronxioloji müayinələrin rolu”. Təbabətin Aktual problemləri, Bakı 2022.
- Аксенова В. А., Барышникова Л. А., Клевно Н. И., Кудлай Д. А. Скрининг детей и подростков на туберкулезную инфекцию в России ‒ прошлое, настоящее, будущее // Туб. и болезни легких. ‒ 2019. № 9. ‒ Ст. 59-67. doi:10.21292/2075-1230-2019-97-9-59-67.
- Гусейналиева В.Н., Влияние лечения и наблюдения под строгим контролем лиц с высоким риском заболевания на туберкулез в первичном медицинском звене на эпидемиологические показатели. /Сборник трудов XXXI Национального Конгресса по болезням органов дыхания, ноябрь 2021 год ст. 77-78.
- Стерликов С.А., Казыкина Т.Н. “Система иммунодиагностики туберкулеза: анализ возможных потерь пациентов для регистрации” Туберкулёз и болезни лёгких, 2022, № 2, с. 18-23. doi:10.21292/2075-1230-2022-100-2-18-23.
- Шихалиев Я.Ш. “Cовершенствование методов выявления и лечения рецидивов туберкулеза” автореферат диссертации на соискание ученой степени доктора медицинских наук. Москва 2001.
- An evaluation of traditional directly observed therapy (DOT) and electronic DOT for TB treatment. https://clinicaltrials.gov/ct2/show/NCT03266003.
- Browne S. H., Umlauf A., Tucker A. J., Low J., Moser K., Gonzalez Garcia J., Peloquin C. A., Blaschke T., Vaida F., Benson C.A. Wirelessly observed therapy compared to directly observed therapy to confirm and support tuberculosis treatment adherence: A randomized controlled trial // PLoS Med. - 2019. - Vol. 16, № 10. - Р. doi: 10.1371/journal.pmed.1002891.