XÜLASƏ
Əhalinin yaşlanması fonunda osteoporotik fəqərə sınıqlarının tezliyi və yaratdığı ağrı, deformasiya, funksional məhdudiyyət və nevroloji ağırlaşmaların artması bu patologiyanın diaqnostika və müalicə yanaşmalarının təkmilləşdirilməsini aktual edir.
Tədqiqat məqsədi. Fəqərə sütununun osteoporotik sınıqları olduqda spondiloqrafiya, densitometriya, komputer tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya müayinələrinin bir sıra vacib əlamətlərinin diferensial diaqnostikada və cərrahi müalicə taktikasının seçilməsində rolunu araşdırmaq.
Material və metodlar. Tədris Cərrahiyyə Klinikası və Bakı Sağlamlıq Mərkəzində osteoporotik fəqərə sınıqları ilə əlaqədar 2015-2024-cü illərdə operativ müalicə edilmiş 93 xəstənin xəstəlik tarixi araşdırılmışdır.
Nəticə. 74 xəstədə (79,6%) əsas əlamət onurğanın müxtəlif nahiyyələrində lokal ağrılar, kifoz və başqa deformasiyalar, ümumi zəiflik psixo-emosional pozğunluqlar, 19 xəstədə (20,4%) isə nevroloji əlamətlər hərəki, hissi və çanaq üzvləri funksiyalarının pozğunluqları müşahidə edilmişdir. Xəstələrin müayinəsi üçün radioloji üsullar – spondiloqrafiya bütün xəstələrə (93 xəstə 100%), komputer tomoqrafiyası müayinəsi 54 xəstəyə (58%), maqnit-rezonans tomoqrafiya müayinəsi 89 xəstəyə (95%) aparılmışdır. Müayinələrin nəticələri müqayisəli şəkildə təhlil edilmişdir.
Yekun. Aparılmış kompleks klinik və instrumental müayinələr osteoporoz nəticəsində əmələ gəlmiş potoloji sınıqları müəyyən etməyə, zədələnmələrin xarakterik xüsusiyyətlərini, diferensial diaqnostikasını aparmağa, yanaşı somatik xəstəliklər olduğunu və ağırlıq dərəcəsini təyin etməyə imkan verməklə yanaşı, keyfiyyətli əməliyyatönü planlaşdırmaya və müalicənin nəticələrinin yaxşılaşmağına zəmin yaradır.
Açar sözlər: osteoporoz, fəqərə sınıqları, diaqnostika
ƏDƏBİYYAT
- Беневоленская Л.И. Руководство по остеопорозу.- М.: Бином, 2003. - 524 с.
- Котельников Г.П., Королюк И.П., Шехтман А.Г. Лучевая диагностика стеоророза: Современное состояние и переспективы // Клин. геронтология. 2003. N9. с. 9-11.
- Лесняк О.М. Остеопороз. Диагностика, профилактика и лечения. / под ред. О.М. Лесняк, Л.И. Беневоленской. М.: ГЭОТАР- Медиа; 2009. 272 с.
- Педаченко Е.Г., Кищаев С.В. Пунционная вертебропластика. Киев. 2005, 520 с.
- McCarthy J. Davis A. Diagnosis and management of vertebral compression fractures // Am Fam Physician, 2016; 94:44-50
- Cosman F, de Beur SJ, LeBoff MS, et al. Clinician’s Guide to Prevention and Treatment of Osteoporosis [published correction appears in Osteoporos Int. 2015 Jul;26(7):2045-7] // Osteoporos Int., 2014;25(10):2359-2381
- Camacho PM, Petak SM, Binkley N, et al. American association of clinical endocrinologists and american college of endocrinology clinical practice guidelines for the diagnosis and treatment of postmenopausal osteoporosis – 2016 // Endocr Pract., 2016;22(Suppl 4):l-42.
- Camacho PM Petak SM Binkley N Clarke BL Harris American Association of Clinical Endocrinologists. American College of Endocrinology Clinical Practice Guidelines for the diagnosis and treatment of postmenopausal osteoporosis // Endocrine Practice. 2016; 22:1111-1118.
- Genev IK, Tobin MK, Zaidi SP, Khan SR, Amirouche FML, Mehta AI. Spinal Compression Fracture Management: A Review of Current Treatment Strategies and Possible Future Avenues // Global Spine J. 2017; 7:71-82.
- Hedderich DM, Maegerlein C, Baum T, et al. Differentiation of acute/subacute versus old vertebral fractures in multislice detector computed tomography: is magnetic resonance imaging always needed? // World Neurosurgery. 2019;122:e676–e683. doi: 10.1016/j.wneu.2018.10.121.
- Kutsal FY, Ergin Ergani GÖ. Vertebral compression fractures: Still an unpredictable aspect of osteoporosis // Turk J Med Sci. 2021:51:393-399. doi: 10.3906/sag-2005-315
- Küçükler FK Simsek Y Turk AC Arduc A Guler S. Osteoporosis and silent vertebral, fractures in nursing home resident elderly men in Turkey // Journal of Clinical Densitometry. 2017;20:188-195.
- Link TM, Kazakia G. Update on imaging-based measurement of bone mineral density and quality // Curr Rheumatol Rep. 2020;22:13. doi: 10.1007/s11926-020-00892-w.
- Malgo F Hamdy NAT Ticheler CHJM. Smit F Kroon HM Value and potential limitations of vertebral fracture assessment (VFA) compared to conventional spine radiography: experience from a fracture liaison service (FLS) and a met analysis // Osteoporosis International. 2017; 28:2955-2965. doi: 10.1007/s00198-017-4137-6
- Nuti R, Brandi ML, Checchia G, Di Munno O, et al. Guidelines for the management of osteoporosis and fragility fractures. Intern Emerg Med. 2019 Jan;14(1):85-102. doi: 10.1007/s11739-018-1874-2
- Rosen HN, Walega DR. Osteoporotic thoracolumbar vertebral compression fractures: Clinical manifestations and treatment. In: Rosen CJ, Mulder JE, editors. UpToDate, 2020. [cited 20 January 2022].