| AZ | EN | RU


AZƏRƏBAYCANDA ƏHALİNİN QİDALANMA DAVRANIŞINI FORMALAŞDIRAN AMİLLƏR
Ələkbərov M.M., Rəsulova R.İ., Babayev P.N., Musayev R.H., Süleymanlı G.Q., Göyüşova N.C.


DOI: 10.61775/2413-3302.v2i40.10


XÜLASƏ
Son illərdə qidalanma davranışlarında müşahidə olunan dəyişikliklər sosial mühitin, psixoloji gərginliyin və informasiya təsirlərinin qidalanma vərdişlərinə artan təsirini ön plana çıxarmışdır. Bu mövzunun araşdırılması, ölkə kontekstində qidalanma davranışlarının formalaşmasında rol oynayan sosial və psixoloji faktorların elmi müstəvidə qiymətləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından aktualdır. Məqsəd. Bu tədqiqatın məqsədi Azərbaycanda qidalanma davranışlarını formalaşdıran sosial və psixoloji amillərin strukturunu müəyyən etməkdir. Material və metodlar. Tədqiqat 320 nəfər respondentlə aparılıb. İştirakçılar 18-65 yaş aralığında olub, müxtəlif sosial-iqtisadi təbəqələri təmsil edirlər. Anket vasitəsilə məlumat toplanmışdır. Sorğu 34 maddədən ibarət olub, 5 ballı Likert şkalası ilə qiymətləndirilmişdir. Faktor analizi üçün Principal Component Analysis (PCA) metodu və Varimax rotasiyası istifadə edilmişdir. Məlumatlar SPSS 25 və Python vasitəsilə analiz edilmişdir. Nəticələr. Tədqiqatın nəticələri, qidalanma davranışlarına təsir edən dörd əsas faktoru müəyyən etmişdir: psixoloji amillər (emosional qidalanma, stress, özünü tənbeh); sağlam davranışı (balanslı, meyvə və tərəvəz istifadəsi); zərərli vərdişlər (fast-food istehlakı, şəkərli içkilər); sosial təsir (sosial media, bədən imici təzyiqləri). Bu dörd faktor ümumi variasiyanın 65,7%-ini izah edir. Psixoloji amillərlə zərərli vərdişlər arasında müsbət korrelyasiya (r=0,64) və sosial təsir ilə psixoloji amillər arasında orta səviyyəli əlaqə (r=0,48) müşahidə olunmuşdur. Yekun. Bu tədqiqat göstərir ki, Azərbaycanda qidalanma davranışları sosial və psixoloji amillərin qarşılıqlı təsiri ilə formalaşır. Sosial media və bədən imici təzyiqləri, emosional vəziyyət və stress, qidalanma davranışlarına əhəmiyyətli təsir göstərir. Bu nəticələr, gələcək müdaxilə və profilaktika proqramları üçün mühüm məlumatlar təqdim edir. Tədqiqatın nəticələri, ictimai sağlamlıq sahəsindəki müdaxilələrin effektivliyini artırmaq üçün nəzərə alınmalı olan sosial və psixoloji amilləri müəyyən edir.
Açar sözlər: davranışları, emosional, bədən imici


ƏDƏBİYYAT
  1. Al-Bisher MM, Al-Otaibi HH. Eating Concerns Associated with Nutritional Information Obtained from Social Media among Saudi Young Females: A Cross-Sectional Study // Int J Environ Res Public Health. 2022 Dec 7;19(24):16380. doi: 10.3390/ijerph192416380
  2. Barakat S, McLean SA, Bryant E, Le A, Marks P; National Eating Disorder Research Consortium; Touyz S, Maguire S. Risk factors for eating disorders: findings from a rapid review // J Eat Disord. 2023 Jan 17;11(1):8. doi: 10.1186/s40337-022-00717-4
  3. El-Zayat A, Sultan S, Alharthi S, Jamal D, et al. The relationship between perceived stress and emotional eating among university students in Saudi Arabia // Discov Ment Health. 2025 Jul 17;5(1):107. doi: 10.1007/s44192-025-00215-4
  4. Filippone L, Shankland R, Hallez Q. The relationships between social media exposure, food craving, cognitive impulsivity and cognitive restraint // J Eat Disord. 2022 Nov 25;10(1):184. doi: 10.1186/s40337-022-00698-4
  5. Frayn M, Livshits S, Knäuper B. Emotional eating and weight regulation: a qualitative study of compensatory behaviors and concerns // J Eat Disord. 2018 Sep 14;6:23. doi: 10.1186/s40337-018-0210-6
  6. Reichenberger J, Schnepper R, Arend AK, Blechert J. Emotional eating in healthy individuals and patients with an eating disorder: evidence from psychometric, experimental and naturalistic studies // Proc Nutr Soc. 2020 Aug;79(3):290-299. doi: 10.1017/S0029665120007004.
  7. van Strien T, Cebolla A, Etchemendy E, Gutiérrez-Maldonado J, et al. Emotional eating and food intake after sadness and joy // Appetite. 2013 Jul;66:20-5. doi: 10.1016/j.appet.2013.02.016
  8. Wardle J. Eating style: a validation study of the Dutch Eating Behaviour Questionnaire in normal subjects and women with eating disorders // J Psychosom Res. 1987;31(2):161-9. doi: 10.1016/0022-3999(87)90072-9