| AZ | EN | RU


HEMOFİLİYA VƏ ONUN AZƏRBAYCAN RESPUBLİKASINDA YAYILMA XÜSUSİYYƏTLƏRİ
Kazımova M.M., Qədimova E.Ə., Yusifova N.Y., Əlizadə G.Ə., Hüseynov Q.A.


DOI: 10.61775/2413-3302.v2i40.08


XÜLASƏ
Məqsəd. Azərbaycanın regionlarında, xüsusən iqtisadi və inzibati rayonlarında hemofiliyanın yayılmasının öyrənilməsi. Material və metodlar. Tədqiqatın təqdim olunan hissəsi Azərbaycanın 4 iqtisadi (Naxçıvan, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz) və 17 inzibati (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) rayonunun məlumat bazasına əsaslanmışdır. İlkin məlumat kimi Respublika Klinik xəstəxanasının hematologiya şöbəsində və onun bazasında yerləşən ADHTİ-nin hematologiya kafedrasının hemofiliya registrinin məlumatları istifadə olunmuşdur. Nəticələr və müzakirə. İqtisadi rayonlar üzrə hemofiliyanın bütün əhali arasında yayılma səviyyəsinin nisbətən aşağı göstəricisi Lənkəranda (7,5±0,90/0000; 95% etibarlılıq intervalı 5,7-9,30/0000), yüksək göstəricisi isə Quba-Xaçmaz bölgəsində (10,8±1,40/0000; 95 % etibarlılıq intervalı 8,0-13,60/0000) qeydə alınmışdır. Azərbaycanın Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz və Naxçıvan iqtisadi rayonlarında əhali arasında hemofiliya xəstəliyinin yayılması (müvafiq olaraq: 7,8±1,1; 7,5±0,9; 10,8±1,4 və 7,7±1,30/0000) ölkə üzrə ümumi səviyyədən (17,2±0,40/0000) statistik dürüst azdır və Belarusiyanın regionları səviyyəsinə (7,6-10,20/0000) yaxındır. Bu iqtisadi rayonlar Azərbaycanda hemofiliya xəstəliyinin nisbətən az yayıldığı rayonlarına aiddirlər. Amma iqtisadi rayonlardan fərqli olaraq inzibati rayonlar arasında hemofiliya xəstəliyinin yayılmasının səviyyəsi daha geniş intervalda (1,8-22,20/0000) dəyişir. Hemofiliyanın ən az müşahidə olunduğu rayonlara Balakən, Qax, Astara, Lənkəran və Qusar aiddir (≤6,30/0000). Yekun. Hemofiliya xəstəliyinin nisbətən az yayıldığı Şəki-Zaqatala (7,8±1,10/0000), Lənkəran (7,5±0,90/0000), Quba-Xaçmaz (10,8±1,40/0000) və Naxçıvan (7,7±1,30/0000) iqtisadi rayonları bir-birindən xəstəliyin yayılma səviyyəsinə görə dürüst fərqlənirlər (p<0,05). İnzibati rayonlar arasında hemofiliya xəstəliyinin yayılmasına görə fərq daha böyükdür (1,80/0000-dən 22,20/0000-ə qədər), xəstəliyin riski Şəki, Yardımlı, Şabran və Siyəzən rayonlarında (≥11,80/0000) əhəmiyyətli dərəcədə yüksəkdir.
Açar sözlər: hemofiliya, yayılma xüsusiyyətləri, registr, inzibati və iqtisadi rayonlar


ƏDƏBİYYAT
  1. Кудрявцева Л.М., Плющ О.П., Копылов К.Г. и др. Характеристики алгоритмов гемостатической терапии гемофобии // Проблема гематологии и переливание крови. 2006, №2, с. 41-46.
  2. Дашкевич Э.В., Ольковик Ю.В., Рудб М.С. и др. Анализ распространенности гемофилии в республике Беларусь // Медицинские новости, 2014, №9, с. 29-30.
  3. Стентон Г. Медико-биологическая статистика. Москва. Практика. 1999. 459 с.
  4. Sackson S.C., Yang M., Minuk Z. et al. Prophylaxis in order Canadian adults with hemophilia A: lessons and more questions// BMC Hematology, 2015, 15:4.
  5. Zozulya N.J., Phyushch O.P., Kopylov K.G., Severova T.V. Russian register of patients with inhibitor hemophilia // XXVIII International Congress of the World Federation of Hemophilia 2006,12,2:07 p. 21. Hemofiliyanın müalicəsinə dair Ümumdünya Hemofiliya Federasiyasının təlimatları, 3-cü nəşr, Bakı, 2023, http://dx.doi.org/10111/hae14046