| AZ | EN | RU


CROWE TƏSNİFATINA GÖRƏ DİSPLASTİK BUD-ÇANAQ OYNAQLARINDA TOTAL ARTROPLASTİKANIN KLİNİK VƏ FUNKSİONAL NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ
Məmmədov N.Y.


DOI: 10.61775/2413-3302.v4i38.13


XÜLASƏ
Giriş. Displastik koksartroz bud-çanaq oynağının inkişaf anomaliyası fonunda inkişaf edən və erkən yaşlardan etibarən ciddi ağrı, deformasiya və funksional məhdudiyyətlərlə müşayiət olunan ağır ortopedik patologiyadır. Total artroplastika (TA) bu xəstələrdə son mərhələ müalicə kimi tətbiq olunur. Lakin çıxıq tipinin əməliyyat nəticələrinə təsiri barədə məlumatlar ziddiyyətlidir. Məqsəd. Bu tədqiqat Crowe təsnifatına görə müxtəlif çıxıq dərəcələrində (tip I-III) aparılmış total bud-çanaq artroplastikasından sonra oynaq hərəkət həcmi, funksional, klinik və ağrı göstəricilərinin müqayisəli təhlilini və çıxıq tipinin bu nəticələrə statistik təsirini qiymətləndirmək məqsədi daşıyır. Material və metodlar. Tədqiqat 2018-2020-ci illərdə displastik koksartrozlu 129 xəstədə (135 bud-çanaq oynağı) aparılmış TA əməliyyatlarını əhatə edir. Xəstələr Crowe I-III tiplərinə bölünmüş, əməliyyatdan əvvəl və 6-12 ay sonra qoniometriya, Merle d’Aubigné-Postel (MAP), Harris bud çanaq şkalası, WOMAC, Vizual ağrı şkalası (VAŞ) və SF-36 göstəriciləri ilə qiymətləndirilmişdir. Statistik analiz üçün Wilcoxon, Kruskal-Wallis, Bonferroni və χ² testlərindən istifadə olunmuşdur. Nəticələr. Bütün çıxıq tiplərində əməliyyatdan sonra hərəkət həcmi, funksional və sağlamlıq göstəricilərində statistik əhəmiyyətli yaxşılaşma (p<0,001) müşahidə olunmuşdur. Ən əhəmiyyətli qruplararası fərqlər bükmə bucağı (Tip III > Tip II), deformasiya (Tip I > Tip II ≈ Tip III) və aşağı ətraf uzunluq fərqi (Tip I < Tip II < Tip III) üzrə qeydə alınmışdır. Digər göstəricilər üzrə isə postoperativ nəticələr əsasən bərabərləşmişdir. Yekun. TA displastik bud-çanaq oynaqlarında çıxıq tipindən asılı olmayaraq funksional və klinik baxımdan uğurlu nəticələr verir. Bununla belə çıxıq dərəcəsi əməliyyatdan əvvəlki deformasiya və uzunluq fərqinə təsir göstərsə də, düzgün cərrahi texnika ilə bu fərqlər postoperativ mərhələdə aradan qaldırıla bilir.
Açar sözlər: displastik koksartroz, Crowe təsnifatı, total bud-çanaq artroplastikası, oynaq hərəkət həcmi, funksional nəticələr, ağrı


ƏDƏBİYYAT
  1. Nunley RM, Prather H, Hunt D, Schoenecker PL, et al. Clinical presentation of symptomatic acetabular dysplasia in skeletally mature patients // J Bone Joint Surg Am. 2011 May; 93 Suppl 2:17-21. doi: 10.2106/JBJS.J.01735
  2. Greber EM, Pelt CE, Gililland JM, Anderson MB, et al. Challenges in Total Hip Arthroplasty in the Setting of Developmental Dysplasia of the Hip // J Arthroplasty. 2017 Sep;32(9S):S38-S44. doi: 10.1016/j.arth.2017.02.024
  3. Qian H, Wang X, Wang P, Zhang G, et al. Total Hip Arthroplasty in Patients with Crowe III/IV Developmental Dysplasia of the Hip: Acetabular Morphology and Reconstruction Techniques // Orthop Surg. 2023 Jun;15(6):1468-1476. doi: 10.1111/os.13733
  4. Jia, CQ., Pan, HF., Wu, YJ. et al. Mid-term outcomes after total hip arthroplasty in 106 Crowe II/III hips: different hip center positions // Eur J Med Res 27, 282 (2022). https://doi.org/10.1186/s40001-022-00936-0
  5. Mu W, Yang D, Xu B, Mamtimin A, et al. Midterm Outcome of Cementless Total Hip Arthroplasty in Crowe IV-Hartofilakidis Type III Developmental Dysplasia of the Hip // J Arthroplasty. 2016 Mar;31(3):668-75. doi: 10.1016/j.arth.2015.10.011
  6. Berninger MT, Hungerer S, Friederichs J, Stuby FM, et al. Primary Total Hip Arthroplasty in Severe Dysplastic Hip Osteoarthritis With a Far Proximal Cup Position // J Arthroplasty. 2019 May;34(5):920-925. doi: 10.1016/j.arth.2019.01.032
  7. Zachary C. Lum, Lawrence D. Dorr, Restoration of center of rotation and balance of THR // Journal of Orthopaedics, Volume 15, Issue 4,2018, Pages 992-996,ISSN 0972-978X, doi: 10.1016/j.jor.2018.08.040.
  8. Bahardoust M, Hajializade M, Amiri R, Mousazadeh F, et al. Evaluation of health-related quality of life after total hip arthroplasty: a case-control study in the Iranian population // BMC Musculoskelet Disord. 2019 Jan 31;20(1):46. doi: 10.1186/s12891-019-2428-0.