| AZ | EN | RU


THE IMPACT OF PREVIOUS SURGICAL INTERVENTIONS ON THE OUTCOMES OF TOTAL HIP ARTHROPLASTY
Məmmədov N.Y., Bağırlı M.V., Qasımov İ.A.


DOI: 10.61775/2413-3302.v3i37.08


XÜLASƏ
Bud-çanaq oynağının displastik artrozu (DKA) sirkə kasasının inkişaf anomaliyaları nəticəsində yaranan ağır degenerativ xəstəlikdir. Bu xəstələr uşaq yaşlarında tez-tez ortopedik əməliyyatlara (osteotomiya, tenotomiya və s.) məruz qalırlar ki, bu da gələcəkdə total bud-çanaq artroplastikası (TA) əməliyyatlarının texniki və funksional cəhətdən çətinləşməsinə səbəb olur. Məqsəd. Uşaq yaşlarında keçirilmiş ortopedik əməliyyatların displastik koksartrozlu xəstələrdə total bud-çanaq artroplastikasının klinik və funksional nəticələrinə təsirini qiymətləndirmək. Material və metodlar. 2018–2020-ci illər ərzində displastik koksartroz diaqnozu ilə 129 xəstəyə (cəmi 135 oynağa) TA əməliyyatı icra olunmuşdur. Xəstələr iki qrupa bölünmüşdür: Qrup A (n=107) – əvvəlki əməliyyat anamnezi olmayan xəstələr, Qrup B (n=28) – uşaq yaşlarında ortopedik cərrahiyyə keçirmiş xəstələr. Qiymətləndirmə Merle d’Aubigné–Postel, Harris bud-çanaq şkalası, WOMAC osteoartrit indeksi, VAŞ ağrı şkalası və SF-36 həyat keyfiyyəti anketi ilə aparılmışdır. Statistik analiz Wilcoxon, Kruskal–Wallis, χ² testi və Bonferroni korreksiyası ilə həyata keçirilmişdir. Nəticələr. Hər iki qrupda əməliyyatdan sonra bütün klinik və funksional göstəricilərdə statistik cəhətdən əhəmiyyətli yaxşılaşma qeydə alınmışdır (p<0,001). Lakin Qrup B-də Crowe tip III çıxıq, heterotopik ossifikasiya, daha ağır deformasiya və aşağı ətraf uzunluq fərqləri daha çox rast gəlinmiş, nəticələrin daha dəyişkən və nisbətən zəif olması ilə müşayiət olunmuşdur. Yekun. Əvvəlki ortopedik əməliyyatlar TA-nın nəticələrinə anatomik dəyişikliklər və yumşaq toxuma balansının pozulmasına görə mənfi təsir göstərə bilər. Bununla belə, müasir cərrahi texnikalar, fərdi planlama və strukturlaşdırılmış reabilitasiya protokolları ilə qənaətbəxş nəticələr əldə olunması mümkündür.
Açar sözlər: total bud-çanaq artroplastikası, displastik koksartroz, osteotomiya, funksional nəticələr, heterotopik ossifikasiya


ƏDƏBİYYAT
  1. Karachalios T, Hartofilakidis G. Congenital hip disease in adults // J Bone Joint Surg Br. 2010;92-B(7):914-921. doi:10.1302/0301-620X.92B7.24114
  2. Clohisy JC, Barrett SE, Gordon JE, Delgado ED, et al. Periacetabular osteotomy in the treatment of severe acetabular dysplasia. Surgical technique // J Bone Joint Surg Am. 2006 Mar;88 Suppl 1 Pt 1:65-83. doi: 10.2106/JBJS.E.00887
  3. Wu X, Li SH, Lou LM, Cai ZD. The techniques of soft tissue release and true socket reconstruction in total hip arthroplasty for patients with severe developmental dysplasia of the hip // Int Orthop. 2012 Sep;36(9):1795-801. doi: 10.1007/s00264-012-1622-6
  4. Engesaeter LB, Furnes O, Havelin LI. Developmental dysplasia of the hip--good results of later total hip arthroplasty: 7135 primary total hip arthroplasties after developmental dysplasia of the hip compared with 59774 total hip arthroplasties in idiopathic coxarthrosis followed for 0 to 15 years in the Norwegian Arthroplasty Register // J Arthroplasty. 2008 Feb;23(2):235-40. doi: 10.1016/j.arth.2007.03.023
  5. Boyle MJ, Singleton N, Frampton CM, Muir D. Functional response to total hip arthroplasty in patients with hip dysplasia // ANZ J Surg. 2013 Jul;83(7-8):554-8. doi: 10.1111/j.1445-2197.2012.06198.x
  6. Kargin D, İncesoy MA, Onaç O, Albayrak A, et al. The Effect of Previous Hip Surgery on the Outcome of Hip Arthroplasty in Young Patients // J Arthroplasty. 2018 Sep;33(9):2890-2892. doi: 10.1016/j.arth.2018.04.005
  7. Dorr LD, Malik A, Dastane M, Wan Z. Combined anteversion technique for total hip arthroplasty // Clin Orthop Relat Res. 2009 Jan;467(1):119-27. doi: 10.1007/s11999-008-0598-4
  8. Willburger RE, Brinkhoff F, Nottenkämper J, Krapp J, et al. Heterotopic ossification after total hip arthroplasty: When is development completed? // J Orthop Surg Res. 2022 Mar 5;17(1):147. doi: 10.1186/s13018-022-02959-z
  9. Eggli S, Woo A. Risk factors for heterotopic ossification in total hip arthroplasty // Arch Orthop Trauma Surg. 2001 Oct;121(9):531-5. doi: 10.1007/s004020100287
  10. Thillemann TM, Pedersen AB, Johnsen SP, Søballe K. Danish Hip Arthroplasty Registry. Implant survival after primary total hip arthroplasty due to childhood hip disorders: results from the Danish Hip Arthroplasty Registry // Acta Orthop. 2008 Dec;79(6):769-76. doi: 10.1080/17453670810016830