VAXTINDAN ƏVVƏL DOĞULANLARDA TƏNƏFFÜS ÇATIŞMAZLIĞI ZAMANI SURFAKTANT ZÜLALI D-nin SƏVİYYƏSİ Mirzəyeva İ.Ə. DOI: 10.61775/2413-3302.v3i37.02
XÜLASƏ Tədqiqatın məqsədi. Vaxtından əvvəl doğulan uşaqlarda (VƏDU) tənəffüs çatışmazlığı (TÇ) zamanı qanda və traxeobronxial lavajda (TBL) surfaktant zülalı D-nin (SP-D) səviyyəsini müəyyənləşdirmək. Materiallar və metodlar. Tədqiqata tənəffüs çatışmazlığı olmayan 20 VƏDU (nəzarət qrupu – I), tənəffüs çatışmazlığı olan 80 çox az çəkili VƏDU [IIa – respirator disstres sindrom (RDS), IIb – pnevmaniya yarımqrupları] və 42 ekstremal az çəkili VƏDU (IIIa – RDS və IIIb – pnevmoniya yarımqrupları) daxil edilib. VƏDU-nun orta hestasiya yaşı 29,83±2,37, min. 23, max. 32, doğum çəkisi isə 1202,42±254,96 qr, min. 500 qr, max. 1550 qr olmuşdur. Qan zərdabı (bütün uşaqlarda) və TBL (yalnız invaziv ventilyasiyada olan) körpələrdən götürülərək, SP-D səviyyələri Sun Red Bio-dan (Çin) Human SP-D ELISA Kit-dən istifadə etməklə müəyyən edilib, statistika isə SPSS 20 paketi vasitəsi ilə araşdırılıb. Nəticələr. SP-D-nin səviyyəsi I qrupda erkən neonatal dövrdə 22,9±12,46 nq/ml müəyyən edilmişdir. IIb qrupunda SP-D 244,41±236,55 nq/ml I qrupla müqayisədə 10,6 dəfə (p<0,001), II qrupun yarımqrupları arasında Iıb-də 244,41±236,55 nq/ml və IIa-da 65,18±120,35 nq/ml, fərq 3,7 dəfə (p<0,01), III qrupun yarımqrupları arasında IIIb-də 198,82±254,47 nq/ml IIIa qrupunda 117,87±190,62 nq/ml, müqayisədə 1,7 dəfə yüksəlmişdi. İnvaziv ventilyasiyada tənəffüs dəstəyində olan 17 xəstədə TBL aspiratında SP-D IIIa yarımqrupunda 116,58±38,64 nq/ml, IIa–da 56,50±17,67 nq/ml müqayisədə 2 dəfə çox müəyyən edilmişdir. Yekun. RDS-li xəstələrlə müqayisədə pnevmoniya olan xəstələrin qan və TBL-da SP-D-nin səviyyəsinin yüksəlməsi, ölən uşaqlarda SP-D-nin qan zərdabında dinamik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməsi tənəffüs xəstəliklərində diferensial diaqnostik və proqnostik meyar kimi qiymətləndirilir Açar sözlər: respirator disstres sindrom, vaxtından əvvəl doğulanlar, surfaktant zülalları, SP-D ƏDƏBİYYAT
|