| AZ | EN | RU


YANAŞI GEDƏN XƏSTƏLİKLƏRİN XOLESİSTİTİN CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİNƏ TƏSİRİ
Həsənov M.C., Ağakişiyev A.N., Qarayev Q.Ş.


DOI: 10.61775/2413-3302.v2i44.10


XÜLASƏ
Öd daşı xəstəliyi (ÖDX) hepatobiliar sistemin ən geniş yayılmış patologiyalarından biridir və onun kəskinləşməsi, yanaşı xəstəliklər və ağırlaşmalar cərrahi taktikanın seçilməsinə və müalicənin nəticələrinə təsir göstərə bilər. Xüsusilə ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə perioperativ riskin artması ilə müşayiət olunur. Məqsəd. ÖDX ilə yanaşı gedən xəstəliklərin strukturunu, xəstəliyin ağırlaşmalarını və müxtəlif cərrahi yanaşmalar fonunda müalicə nəticələrini retrospektiv qiymətləndirmək. Material və metodlar. 2015–2025-ci illərdə müxtəlif özəl tibb müəssisələrində ÖDX diaqnozu ilə müayinə və cərrahi müalicə olunmuş 2016 xəstənin tibbi sənədləri təhlil edilmişdir. Ağrıların kəskinləşməsi ilə əlaqələndirilən anamnestik amillər, yanaşı xəstəliklər, ağırlaşmalar, tətbiq edilən cərrahi taktika, əməliyyatdan sonrakı ağırlaşmalar və ölüm halları qiymətləndirilmişdir. Kateqorial göstəricilər mütləq say və faizlə təqdim edilmiş, inferensial statistik testlər aparılmamışdır. Nəticələr. Xəstələrin hamısında əsas şikayət sağ qabırğaaltı nahiyədə kəskin ağrı olmuşdur. Ağrıların kəskinləşməsi 40,0% halda emosional gərginlik, 25,5% halda yağlı və həddindən artıq qida qəbulu, 21,0% halda yağlı qida ilə birlikdə spirtli içki qəbulu ilə əlaqələndirilmişdir. Xəstələrin 60,0%-i oturaq həyat tərzi keçirmiş, 23,0%-də artıq bədən çəkisi müəyyən edilmişdir. Yanaşı xəstəliklər 765 xəstədə (38,0%) qeydə alınmışdır: şəkərli diabet və ya hiperqlikemiya 13,0%, arterial hipertenziya 10,4%, piylənmə 8,5%, ürəyin işemik xəstəliyi 5,0%, bronxial astma 1,3% təşkil etmişdir. Ürəyin işemik xəstəliyi olan təcili əməliyyat edilmiş xəstələrdə ölüm 3,2% olmuş, planlı müalicə qrupunda ölüm qeydə alınmamışdır. Şəkərli diabetli xəstələrdə ikimərhələli müdaxilədən sonra ölüm 15,0%, birmərhələli təcili və planlı əməliyyatlardan sonra müvafiq olaraq 3,0% və 6,0% olmuşdur. Mexaniki sarılıq 32,0%, xroniki pankreatitin kəskinləşməsi 8,0% hallarda müşahidə edilmişdir. Yekun. Yanaşı kardiometabolik xəstəliklər və ÖDX-nin ağırlaşmaları müalicə taktikasının fərdiləşdirilməsini tələb edir. Təsviri nəticələr əməliyyatdan əvvəl komorbid vəziyyətlərin stabilləşdirilməsinin və multidissiplinar yanaşmanın vacibliyini göstərir.
Açar sözlər: öd daşı xəstəliyi, xolesistit, yanaşı xəstəliklər, xolesistektomiya, cərrahi nəticələr


ƏDƏBİYYAT
  1. Ивашкин В.Т., Маев И.В., Шульпекова Ю.О., Баранская Е.К. и др. Клинические рекомендации Российской гастроэнтерологической ассоциации по диагностике и лечению дискинезии желчевыводящих путей // Рос. журналь гастроэнтерологии, гепатологии и колопроктологии 2018, 28 (3), с.63-80. https://doi.org/10.22416/1382-4376-2018-28-3-63-80
  2. Хацко В.В., Мамисашвили 3.С., Коссе Д.М., Захарова В.В. и др. Современные тенденции диагностики холедохолитиаза // Вестник гигиены и эпидемиологии 2020, Том 24, №3, C.356-360
  3. Шербеков У.А., Алиева С.К. Вохидов Ж.Ж. Тактика ведения больных желчнокаменный болезнью с сопутствующей сердечно-сосудистой патологией // Аcademy. 2018, 2(6), с.85-89
  4. Григорьева И.Н., Логвиненко Е.В. Роль ожирения, как компонента метаболического синдрома при желчнокаменной болезни // Сибирский вестник гепатологогии и гастроэнтерологии, 2010, (24), С.37-39
  5. Менюк Т. Роль метаболических нарушений в патогенезе внутрипеченочного холестаза беременности // Клиническая и экспериментология, 2018, Т.4, № 4, С.217-221
  6. Абдуллозода Д.А., Гуломов Л.А. Сафарзода A.M. Особенности тактика лечения больных острым обтурационным холециститом «Высокого риска» // Вестник Авиценны 2020, 22(2), с.269-274. https://doi.org/10.25005/2074-0581-2020-22-2-269-274
  7. Назаров 3.Н. Дифференцированный подход к хирургии острого холецистита у пожилых: Снижение осложнений и затрат // Экономика и социум, 2025, № 7 (134), С.911-921
  8. Abdinov E.A. Bariatrik cərrahiyyədə troakar yeri yırtıqları: Risk faktorları, profilaktika və müasir yanaşma // Sağlamliq, 2026, № 1, C.33-38. https://doi.org/10.36719/2706-6614/1/33-38
  9. Lirici MM, Tierno SM, Ponzano C. Single-incision laparoscopic cholecystectomy: does it work? A systematic review. Surg Endosc. 2016;30(10):4389–4399. https://doi.org/10.1007/s00464-016-4757-5
  10. Батиг Е.В., Гольцов В.Р., Савелло В.Е., Перунова Д.Н. Особенности лечения холедохолитиаза при остром билиарном панкреатите // Сетовое электронное научное издание. 2015, Т.16, C.885-903. www.medline.ru
  11. Shen F., Pawlik T.M. Surgical Managament of Coledo-Cholithiasis: A Disappearing Skill // JAMA Surg. 2016, Vol 151, №12, P.1130-1131. https://doi.org/10.1001/jamasurg.2016.2087