| AZ | EN | RU


VƏRƏMİN EPİDEMİOLOJİ VƏZİYYƏTİNİN TƏHLİLİNDƏ KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN ROLU
Şıxəliyev Y.Ş., Kazımova L.H., İsmayılova A.S., Əliyev C.Q., Abbasova A.S.


DOI: 10.61775/2413-3302.v2i44.08


XÜLASƏ
Giriş. Vərəmin epidemioloji vəziyyətinin düzgün qiymətləndirilməsi yalnız xəstələnmə, xəstəlik və ölüm kimi kəmiyyət göstəricilərinə deyil, həm də klinik struktur, mikobakteriya ifrazı, dərmanlara davamlılıq və təmaslar arasında yoluxma kimi keyfiyyət göstəricilərinə əsaslanmalıdır. Məqsəd. İlkin fəal vərəm xəstələri arasında son beş ildə xəstələnmənin yaş və cins üzrə xüsusiyyətlərini, dərmanlara həssaslıq və davamlılığın rastgəlmə tezliyini, həmçinin təmaslar arasında xəstələnmə və yoluxma göstəricilərini qiymətləndirmək. Material və metodlar. Tədqiqat Azərbaycan Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “Vərəm haqqında” 8 saylı statistik forma və Bakı şəhərinin iki rayonunda ilkin qeydiyyata alınmış fəal vərəm xəstələrinin tibbi sənədləri əsasında aparılmışdır. Yaş, cins, klinik formalar, turşuya davamlı mikobakteriyaların (TDM) ifrazı, ağciyərlərdə dağılma mərhələsi, spesifik dərmanlara həssaslıq və davamlılıq, həmçinin təmaslar arasında tuberkulin reaksiyalarının dinamikası təhlil edilmişdir. Nəticə. Ümumilikdə 786 ilkin fəal vərəm xəstəsi qeydiyyata alınmış, onların 74,9%-də ağciyər vərəmi müəyyən edilmişdir. Xəstələrin 63,1%-i kişi, 36,9%-i qadın olmuşdur. Ağciyər vərəmi xəstələri arasında infiltrativ forma 80,8%, dağılma mərhələsi 49,7%, TDM ifrazı isə 65,9% təşkil etmişdir. Ümumi xəstələrdə dərmanlara həssaslıq 79,0%, spesifik dərmanlara davamlılıq 21,0% olmuşdur. Dərmana davamlı vərəmli 83 xəstə arasında izoniazidə davamlılıq 30,1%, rifampisinə davamlılıq 45,7%, izoniazid və rifampisinə birgə davamlılıq 22,9% təşkil etmişdir. Müşahidə olunan 1993 uşaq və yeniyetmə təmas arasında tuberkulin reaksiyası 76% halda müsbət olmuş, 53 yeni xəstə aşkar edilmişdir. Yekun. Vərəmin epidemioloji vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün kəmiyyət göstəriciləri klinik, bakterioloji, dərmana davamlılıq və təmas göstəriciləri ilə birlikdə təhlil edilməli və əksepidemik tədbirlər bu kompleks qiymətləndirməyə əsaslanmalıdır.
Açar sözlər: vərəm, xəstələnmə, intensiv və ekstensiv göstəricilər, dərmana davamlılıq, skrinninq, epidemioloji gərginlik


ƏDƏBİYYAT
  1. План "Остановить ТБ" для 18 наиболее приоритетных стран Европейского региона ВОЗ, 2007–2015 гг. Копенгаген: Всемирная организация здравоохранения, 2007
  2. Marx FM, Atun RA, Jakubowiak W, McKee M, et al. Reform of tuberculosis control and DOTS within Russian public health systems: an ecological study // European Journal Public Health. 2007; 17(1):98-103. doi: 10.1093/eurpub/ckl098
  3. Global Tuberculosis Report 2016. Geneva: World Health Organization: 2016 WHO/HTM/TB/2016.13
  4. Thomas-Reilly RG, Tozija F, Soltan V, Nikovska DG, et al. Multidrug-resistant tuberculosis in Moldova and the former Yugoslav Republic of Macedonia: the importance of health system governance // SEEJPH/ 2016; 5:4-13. doi: 10.56801/seejph.vi.75
  5. Şıxəliyev Y.Ş., Məmmədbəyov E.N., Şıxlinskaya M.A., Qurbanova.M.B. Turşuya davamlı mikrobakteriyaların aşkarlanması üçün mikroskopik tədqiqatın aparılması üsulları. Metodik təlimat. Bakı, 2006
  6. Şıxəliyev Y.Ş. Vərəm Xəstəliyinin erkən aşkarı, müalicəsi və profilaktikası. Dərs vəsaiti. Bakı Elm, 2015-ci il, s 490-540
  7. Şıxəliyev Y.Ş. Vərəm xəstəlikləri. Dərslik. Bakı Elm, 2016-cı il, s 635-656
  8. Axundova İ.M., Şıxəliyev Y.Ş., Kərimova K.M., Hüseynova A.M., və b. Vərəmin diaqnostikası və müalicəsi üzrə kliniki protokol. Bakı, 2025.