QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA REPRODUKTİV YAŞLI QADINLARIN HƏKİM MAMA-GİNEKOLOQLARA İLKİN MÜRACİƏTLƏRİNİN TEZLİYİ VƏ SƏBƏBLƏRİNİN SƏCİYYƏLƏRİ
Bağırova L.H.
DOI: 10.61775/2413-3302.v2i44.06
XÜLASƏ
Məqsəd. Quba–Xaçmaz iqtisadi rayonu nümunəsində reproduktiv yaşlı qadınların həkim mama-ginekoloqlara ilkin müraciətlərinin tezliyini və nozoloji səbəblərini qiymətləndirmək. Tədqiqatın material və metodlar. Tədqiqatın materialları 2024-cü ildə Quba-Xaçmaz iqtisadi həkim mama-ginekoloqlara ilkin müraciətlərin məlumat bazası istifadə olunmuşdur. Müraciətlər pasiyentlərin yaşına görə dörd qrupa (15-19; 20-29; 30-39; 40-49), yaşadığı rayona görə (bölünmüşdür. Müraciətlərin səbəbləri XBT-10-n üçrubrikalı kodları ilə və onların uyğun gəldiyi siniflərə görə qruplaşdırılmışdır. Toplanmış materialların statistikası keyfiyyət əlamətlərinin statistikası metodları ilə aparılmışdır, reproduktiv yaşlı qadın əhalisinin hər 1000 nəfərinə düşən ümumi müraciətlərin sayı, bütün üçrubrikalı müraciətlərin səbəblərinin sayı hesablanmışdır. Nəticələr. Reproduktiv yaşlı qadınların ilkin müraciətlərin tezliyi Quba rayonunda nisbətən yüksək, Siyəzəndə isə nisbətən aşağı səviyyədə olmuşdur və bir-birindən statistik əhəmiyyətli fərqlənməmişdir (P=0,01). Rayonların bir-biri ilə bu göstəriciyə görə müqayisəsi Quba ilə bütün digər rayonların fərqinin statistik əhəmiyyətli olmasını (P<0,05) sübut edir, yalnız Şabran və Siyəzənin müqayisəsi əhəmiyyətli fərq aşkarlamağa əsas verməmişdir. İlkin müraciətlərin qadınların yaşından asılı dinamikası oxşar olmuş və statistik əhəmiyyət kəsb etmişdir. Göstərici 15-19 yaşlarda aşağı səviyyədədir, bu həmin yaş qrupunda reproduktiv sağlamlıq xidmətinə tələbatın az olması ilə bağlıdır. Sonrakı yaşlarda tələbat çoxaldığına görə müraciətlər intensiv artır. Yekun. Quba-Xaçmaz regionunda reproduktiv yaşlı qadınların mama-ginekoloqa müraciətlərin tezliyi 346,8±5,2–391,8±2,7‰ imtervalındadır, regionun inzibati rayonlarında bir-birindən əhəmiyyətli fərqlənir, Qubada nisbətən çoxdur, Siyəzəndə nisbətən azdır. Mama-ginekoloqa reproduktiv yaşlı qadınların ilkin müraciətləri yaşdan asılı çoxalır, dinamikanı təsvir edən reqressiya modelinin dəqiqliyi 100%-ə yaxındır (R2=1,0). Mama-ginekoloqa ilkin müraciətlərin ən çox rast gəlinənsəbəblərinə aiddir: hamiləlik, doğuş və zahılıq dövrü (O00-O99) problemləri, normal hamiləliyin gedişi üzərində müşahidə və nəzarət, qadın cinsiyyət orqanlarının qeyri-iltihabi və iltihabi xəstəlikləri. Hamiləlik, doğuş və zahılıq dövrünün problemləri ilə müraciətlərin əksəriyyəti zahılıq dövrü ilə bağlı ağırlaşmalar, ananın hamiləliklə baglı xəstəlikləri, döl azadetmə, dölün, amniotik boşluğun vəziyyəti və döl azadetmədə rast gəlinən çətinliklərinin payına düşür.
Açar sözlər: reproduktiv yaş, mama-ginekoloqa müraciət, region
ƏDƏBİYYAT
- Григорьянц А.А., Бурова Н.А., Авруцкая В.В., Левкович М.А., и др. Эндометриоз и фертильность: современное состояние вопроса // Акушерство и гинекология: новости, мнения, обучение. 2025. Т. 13, № 1. С. 86–92. doi: 10.33029/2303-9698-2025-13-1-86-92
- Al-Lami, AA, Taha SA, Jalloul RJ, Taylor HS. Women with endometriosis in the United States: National Survey of Family Growth, 2011–2019 // Journal of Endometriosis and Uterine Disorders, 2024, 8, doi: 10008110.1016/j.jeud.2024.100081
- Armour M, Ciccia D, Yazdani A, Rombauts L, et al. Endometriosis research priorities in Australia // Aust N Z J Obstet Gynaecol. 2023 Aug;63(4):594-598. doi: 10.1111/ajo.13699
- Glantz, S.A. Primer of Biostatistics. 2012. 7th ed. New York: McGraw Hill. https://www.accessscience.com/content/book/9780071781503
- Kristjansdottir A, Rafnsson V, Geirsson RT. Comprehensive evaluation of the incidence and prevalence of surgically diagnosed pelvic endometriosis in a complete population // Acta Obstet Gynecol Scand. 2023; 102: 1329-1337. doi: 10.1111/aogs.14556
- Ávalos Marfil A, Barranco Castillo E, Martos García R, Mendoza Ladrón de Guevara N, et al. Epidemiology of Endometriosis in Spain and Its Autonomous Communities: A Large, Nationwide Study // Int J Environ Res Public Health. 2021 Jul 25;18(15):7861. doi: 10.3390/ijerph18157861
- Medina-Perucha L, Pistillo A, Raventós B, Jacques-Aviñó C, et al. Endometriosis prevalence and incidence trends in a large population-based study in Catalonia (Spain) from 2009 to 2018 // Womens Health (Lond). 2022 Jan-Dec; 18:17455057221130566. doi: 10.1177/17455057221130566
- Moradi Y, Shams-Beyranvand M, Khateri S, Gharahjeh S, et.al. A systematic review on the prevalence of endometriosis in women // Indian J Med Res. 2021 Mar;154(3):446-454. doi: 10.4103/ijmr.IJMR_817_18
- Parasar P, Ozcan P, Terry KL. Endometriosis: Epidemiology, Diagnosis and Clinical Management // Curr Obstet Gynecol Rep. 2017 Mar;6(1):34-41. doi: 10.1007/s13669-017-0187-1
- Rozati R, Tabasum W, Ahmed SM., Khan AA, et al. Prevalence, Surgical, and Medical Management of Patients with Endometriosis amongst Indian Women // European Journal of Medical and Health Sciences, 2023;5(6), 101-106. doi: 10.24018/ejmed.2023.5.6.1985
- Salmanov AG, Maidannyk IV, Chorna OO, Zabudskyi OV, et al. Epidemiology of endometriosis in female evacuated from the Eastern Ukrainian military conflict regions: results a multicenter study (2022-2024) // Wiad Lek. 2025;78(4):694-701. doi: 10.36740/WLek/203835
- Shen DY, Li J, Hu P, Qi C., et al. Global, regional, and national prevalence and disability-adjusted life-years for endometriosis in 204 countries and territories, 1990-2019: Findings from a global burden of disease study // Eur J Obstet Gynecol Reprod Biol X. 2024 Dec 28;25:100363. doi: 10.1016/j.eurox.2024.100363
- Smolarz B, Szyłło K, Romanowicz H. Endometriosis: Epidemiology, Classification, Pathogenesis, Treatment and Genetics (Review of Literature) // International Journal of Molecular Sciences. 2021; 22(19):10554. doi: 10.3390/ijms221910554
- Swift B, Taneri B, Becker CM, Basarir H, et al. Prevalence, diagnostic delay and economic burden of endometriosis and its impact on quality of life: results from an Eastern Mediterranean population // European Journal of Public Health, Volume 34, Issue 2, April 2024, P.244–252, doi: 10.1093/eurpub/ckad216
|