XÜLASƏ
Məqsəd. Azərbaycan əhalisi arasında xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm səviyyəsini yaşa, cinsə, təhsilə və daimi yaşayış yerinə görə qiymətləndirmək.
Tədqiqatın material və metodları. 2023-cü il ərzində Azərbaycanda baş vermiş bütün ölüm halları (398 hadisə) təhlil edilmişdir. Ölüm hallarının tezliyi cins, təhsil səviyyəsi, yaş və yaşayış yeri üzrə müəyyən edilmişdir.
Nəticələr. Azərbaycanda hər 100 min nəfərə 3,9±0,19 ölüm halı düşür. Ölüm riski cinsə, yaşa, təhsilə və yaşayış yerinə görə dəyişir.
Yekun. Xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm səviyyəsində gender fərqi əhəmiyyətli deyil (kişilərdə 4,3±0,260⁄0000) qadınlarda 3,6±0,260⁄0000). Orta və ibtidai təhsilli əhali arasında ölüm səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir (6,9±0,370⁄0000). Yaş artdıqca xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm hallarının tezliyi dinamik şəkildə artır (0,1-dən 32,80⁄0000-dək). Respublika əhəmiyyətli şəhərlər, bölgələr və rayonlar arasında bu xəstəlikdən ölüm riskinə görə bərabərsizlik müşahidə olunur.
Açar sözlər: xroniki böyrək xəstəliyi, böyrək patologiyaları, risk amili, ölüm, regional xüsusiyyət
ƏDƏBİYYAT
- Гланц С. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.
- Румянцева Е.И. Хроническая болезнь почек как глобальная проблем для общественного здоровья: динамика заболеваемости и смертности // Проблемы стандартизации в здравоохранении. 2021; 1-2: 41-49. doi: 10.26347/1607-2502202101
- Шамхалова М.Ш., Викулова О.К., Железнякова А.В., Исаков М.А. и др. Эпидемиология хронической болезни почек у пациентов с диабетом в Российской Федерации по данным Федерального регистра сахарного диабета (2010–2022 гг.) // Сахарный диабет, 2023; Т. 26, №5: С. 404-417. doi: 10.14341/DM13090
- Helve J, Haapio M, Groop PH, Finne P. Primary kidney disease modifies the effect of comorbidities on kidney replacement therapy patients' survival // PLoS One. 2021 Aug 20;16(8):e0256522. doi: 10.1371/journal.pone.0256522
- Maki K.C., Wilcox M.L., Dicklin M.R., Kakkar R., et al. Left ventricular mass regression, all-cause and cardiovascular mortality in chronic kidney disease: a meta-analysis // BMC Nephrol. 2022 Jan 16;23(1):34. doi: 10.1186/s12882-022-02666-1
- Martins P., Marques E.A., Leal D.V., Ferreira A., et al. Association between physical activity and mortality in end-stage kidney disease: a systematic review of observational studies // BMC Nephrol. 2021 Jun 18;22(1):227. doi: 10.1186/s12882-021-02407-w
- Mathers C.D., Lo1Аncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030 // PLoS Med. 2006 Nov;3(11):e442. doi: 10.1371/journal.pmed.0030442
- Mokdad A.H., Dwyer-Lindgren L., Bertozzi-Villa A., Stubbs R.W., et al. Trends and patterns of disparities in diabetes and chronic kidney disease mortality among US counties, 1980-2014 // Popul Health Metr. 2022 Feb 22;20(1):9. doi: 10.1186/s12963-022-00285-4
- Okamura K., Tanaka S., Kitamura H., Hiyamuta H., et al; Fukuoka Kidney Disease Registry (FKR) Study Collaboration Group. Relationships of weight change from 20 years of age with the risks of all-cause and cardiovascular mortality in patients with chronic kidney disease // J Atheroscler Thromb. 2024 Jul 1;31(7):1072-1086. doi: 10.5551/jat.64571
- Swartling O., Rydell H., Stendahl M., Segelmark M., et al. CKD Progression and Mortality Among Men and Women: A Nationwide Study in Sweden // Am J Kidney Dis. 2021 Aug;78(2):190-199.e1. doi: 10.1053/j.ajkd.2020.11.026
- Wang B., Luo Q., Zhang W., Yu S., et al. The involvement of chronic kidney disease and acute kidney injury in disease severity and mortality in patients with COVID-19: A Meta-Analysis // Kidney Blood Press Res. 2021;46(1):17-30. doi: 10.1159/000512211
- Zhou C., Gu Y., Mei C., Dai B., et al. Dialysis modality and mortality in polycystic kidney disease // Hemodial Int. 2018 Oct;22(4):515-523. doi: 10.1111/hdi.12673