| AZƏRBAYCAN RESPUBLİKASINDA ANKİLOSTOMİDOZLAR: PRAKTİKİ LƏĞVDƏN ƏVVƏL VƏ SONRAKI DÖVR VƏ YAXIN GƏLƏCƏK ÜÇÜN PROQNOZLAR Bəndəlizadə G.S., Canəhmədova Ş.N., Baxşiyeva S.H. DOI: 10.61775/2413-3302.v2i44.03
XÜLASƏ Tədqiqatın məqsədi. Azərbaycan Respublikasında ankilostomidozların yayılma dinamikasını onların ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsindən əvvəl və sonra qiymətləndirmək, müasir risk amillərini müəyyən etmək və tarixi və müasir məlumatlar əsasında epidemioloji vəziyyətin perspektivlərini dəyərləndirmək. Material və metodlar. 1956–1960-cı illərdə aparılmış əhali müayinələri ankilostomidozların yüksək yayılmasını göstərmişdir; yoluxma səviyyəsi Lənkəran rayonunda 59,7±0,8%, Zaqatala rayonunda isə 56,8±0,9% təşkil etmişdir. Əksər hallarda invaziyanın intensivliyi aşağı və orta səviyyədə olsa da, yüksək parazitar yüklənmə ilə xarakterizə olunan ocaqlar da aşkar edilmişdir ki, bu da epidemioloji prosesin qeyri-bərabərliyini göstərirdi. 1960–1986-cı illərdə həyata keçirilmiş kompleks əks-ankilostomidoz tədbirləri – əhalinin kütləvi degelmintizasiyası, sanitar-maarifləndirmə işi və sanitariya şəraitinin yaxşılaşdırılması — nəticəsində əhali arasında yoluxma səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, səkkiz endemik rayondan beşində infeksiya praktik olaraq ləğv edilmişdir ki, bu da həyata keçirilən tədbirlərin effektivliyini təsdiq etmişdir. Nəticələr. Əldə olunmuş uğurlara baxmayaraq, son 30–35 ildə qalıq ocaqlar qalmaqda davam edir və əhali arasında kütləvi müayinələr aparılmamışdır. Müasir sosial və ekoloji dəyişikliklər, o cümlədən əhali miqrasiyasının artması, kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi və endemik rayonlarda turizm istiqamətlərinin inkişafı invaziyanın yenidən yayılması riskini artırır. 1990–2025-ci illər ərzində hər il 6-dan 148-ə qədər ankilostomidoz hadisəsinin qeydə alınması qalıq infeksiya ocaqlarının mövcudluğunu və daimi epidemioloji nəzarətə ehtiyac olduğunu təsdiq edir. Yekun. Gələcək tədqiqatların məqsədi ankilostomidozların yayılmasının real mənzərəsini dəqiqləşdirmək, risk amillərini kompleks şəkildə qiymətləndirmək və infeksiyanın yenidən ötürülməsinin qarşısını almağa yönəlmiş məqsədli profilaktik tədbirlər hazırlamaqdır. Bu, əhalinin davamlı sanitariya-epidemioloji rifahının təmin edilməsi və xəstəliyin endemik regionlarda yenidən yayılmasının qarşısının alınması üçün vacibdir. Açar sözlər: ankilostomidoz, endemik rayonlar, subtropik iqlim, epidemiologiya, qalıq ocaqlar, profilaktika, dehelmintizasiya ƏDƏBİYYAT
|