| AZ | EN | RU


DAĞINIQ SKLEROZA ŞÜBHƏ ZAMANI MƏRHƏLƏLİ DİAQNOSTİK MARŞRUT: PRAKTİK HƏKİM ÜÇÜN YARDIMÇI ALQORİTM
Əliyev R.R.


DOI: 10.61775/2413-3302.v1i43.17


XÜLASƏ
Dağınıq sklerozun (DS) erkən diaqnostikası xəstəliyin gedişini dəyişən müalicələrin vaxtında başlanması və əlillik riskinin azaldılması baxımından mühüm klinik əhəmiyyət daşıyır. Xəstəliyin klinik debütü heterogen olduğuna görə praktik həkim üçün DS-ə şübhə yaradan əlamətlərin sistemli qiymətləndirilməsi vacibdir. Məqalənin məqsədi DS-ə şübhə zamanı ilkin klinik qiymətləndirmə, neyrovizualizasiya, McDonald 2024 reviziyasına uyğun diaqnostik dəstəkləyici müayinələr və alternativ diaqnozların istisnası mərhələlərini ümumiləşdirən yardımçı diaqnostik marşrut təqdim etməkdir. Məqalədə 2013–2022-ci illərdə müşahidə olunmuş DS xəstələrinin klinik məlumatları əsasında birinci və ikinci həmlə zamanı simptomatik profilin müqayisəsi də verilmişdir. Müqayisə göstərmişdir ki, ikinci həmlədə görmə pozuntusu, bulbar simptomatika və beyincik simptomlarının rastgəlmə tezliyi azalmış, nitq pozuntusu və kiçik çanaq orqanlarının disfunksiyası isə artmışdır. Hərəki və hissi pozuntular üzrə əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. Bu nəticələr DS-ə şübhə zamanı yalnız hazırkı klinik əlamətlərin deyil, əvvəlki nevroloji epizodların və simptomların zaman üzrə dəyişməsinin də nəzərə alınmasını əsaslandırır. Təklif olunan mərhələli diaqnostik marşrut klinik əlamətlərin tipikliyinin qiymətləndirilməsinə, maqnit-rezonans tomoqrafiya göstəricilərinin klinik mənzərə ilə əlaqələndirilməsinə, əlavə paraklinik müayinələrin mərhələli tətbiqinə və alternativ diaqnozların istisnasına əsaslanır. Bu yanaşma praktik həkimə DS ehtimalını vaxtında tanımağa və xəstəni uyğun ixtisaslaşmış yardıma yönləndirməyə kömək edə bilər.
Açar sözlər: dağınıq skleroz, klinik debüt, həmlə, diaqnostik marşrut, McDonald 2024, maqnit-rezonans tomoqrafiya


ƏDƏBİYYAT
  1. Walton C, King R, Rechtman L, Kaye W, et al. Rising prevalence of multiple sclerosis worldwide: insights from the Atlas of MS, third edition // Mult Scler. 2020;26(14):1816-1821. doi: 10.1177/1352458520970841
  2. McGinley MP, Goldschmidt CH, Rae-Grant AD. Diagnosis and treatment of multiple sclerosis: a review // JAMA. 2021;325(8):765-779. doi: 10.1001/jama.2020.26858
  3. Wattjes MP, Ciccarelli O, Reich DS, Banwell B, et al. 2021 MAGNIMS-CMSC-NAIMS consensus recommendations on the use of MRI in patients with multiple sclerosis // Lancet Neurol. 2021;20(8):653-670. doi: 10.1016/S1474-4422(21)00095-8
  4. Şirəliyeva R.K., Əliyev R.R. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” qüvvəyə mindikdən sonra və əvvəl dağınıq skleroz diaqnozu qoyulmuş xəstələrin klinik-epidemioloji xüsusiyyətlərinin müqayisəli təhlili // Əziz Əliyev adına elmi-praktik jurnal “Tibb və Elm”, №1 (31), 2023, 75-79
  5. Şirəliyeva R.K., Əliyev R.R. Dağınıq sklerozu imitasiya edən xəstəliklər // Əziz Əliyev adına elmi-praktik jurnal “Tibb və Elm”, №4 (22), 2020, 42-47
  6. Алиев Р.Р., Меликова Ш.Я. Характеристика симптомов при вероятной первой атаки рассеянного склероза в Азербайджане. Tezis materialı. 2026.
  7. Uher T, Adzima A, Srpova B, Noskova L, et al. Diagnostic delay of multiple sclerosis: prevalence, determinants and consequences // Mult Scler. 2023;29(11-12):1437-1451. doi: 10.1177/13524585231197076
  8. Petzold A, Fraser CL, Abegg M, Alroughani R, et al. Diagnosis and classification of optic neuritis // Lancet Neurol. 2022;21(12):1120-1134. doi:10.1016/S1474-4422(22)00200-9
  9. Montalban X, Lebrun-Frénay C, Oh J, Arrambide G, et al. Diagnosis of multiple sclerosis: 2024 revisions of the McDonald criteria // Lancet Neurol. 2025 Oct;24(10):850-865. doi: 10.1016/S1474-4422(25)00270-4
  10. Quliyeva A.İ., Şirəliyeva R.K., Əliyev R.R., Həsənov R.L. Dağınıq sklerozun erkən təzahürlərinin klinik xüsusiyyətləri // Milli Nevrologiya Jurnalı, 2 (14), 2018, səh. 34-38. doi: 10.61788/njn.v2i18.06
  11. Solomon AJ, Arrambide G, Brownlee WJ, Flanagan EP, et al. Differential diagnosis of suspected multiple sclerosis: an updated consensus approach // Lancet Neurol. 2023 Aug;22(8):750-768. doi: 10.1016/S1474-4422(23)00148-5
  12. Barkhof F, Reich DS, Oh J, Rocca MA, et al; Magnetic Resonance Imaging Network in Multiple Sclerosis; Consortium of Multiple Sclerosis Centers; North American Imaging in Multiple Sclerosis Cooperative MRI guidelines working group. 2024 MAGNIMS-CMSC-NAIMS consensus recommendations on the use of MRI for the diagnosis of multiple sclerosis // Lancet Neurol. 2025 Oct;24(10):866-879. doi: 10.1016/S1474-4422(25)00304-7
  13. Levraut M, Landes-Chateau C, Mondot L, Cohen M, et al. The Kappa Free Light Chains Index and Central Vein Sign: Two New Biomarkers for Multiple Sclerosis Diagnosis // Neurol Ther. 2025 Jun;14(3):711-731. doi: 10.1007/s40120-025-00737-7