XÜLASƏ
Məqsəd. Azərbaycanda Ramazan ayında oruc tutan şəkərli diabet tip 2 (ŞD2) xəstələrində şəkərendirici terapiyanın təhlükəsizliyini və effektivliyini qiymətləndirmək olmuşdur.
Material və metodlar. Tədqiqat Baku Medical Plaza xəstəxanasında aparılmışdır. Ümumilikdə 123 xəstə tədqiqata cəlb edilmiş, 4 xəstə sonradan xaric edilmiş və yekun analiz 119 xəstə üzərində aparılmışdır. Əsas qrup DPP-4 inhibitorları ilə müalicə olunan 68 xəstədən, nəzarət qrupu isə bu preparatları qəbul etməyən 51 xəstədən ibarət olmuşdur. Bütün iştirakçılarda antropometrik göstəricilər, arterial təzyiq və laborator parametrlər qiymətləndirilmişdir.
Nəticələr. Tədqiqat nəticələrinə əsasən, HbA1c ≥9,0%, insulinoterapiya, sulfaniluriya preparatlarının istifadəsi, həmçinin IDF/DAR şkalasının >3 olması hipoqlikemiya və ağır hipoqlikemiya riskini əhəmiyyətli dərəcədə artırmışdır. DPP-4 inhibitorlarının istifadəsi isə hipoqlikemiya riskinin azalması ilə əlaqəli olmuş və qoruyucu faktor kimi qiymətləndirilmişdir. Yaş, cins, şəkərli diabetin müddəti, bədən çəkisi, arterial hipertenziya, ALT, TyG, TyG×BMI, SHR1, SHR2 və Glycemic Gap indeksləri ilə hipoqlikemiya riski arasında statistik əhəmiyyətli əlaqə aşkar edilməmişdir.
Yekun. Nəticələr göstərir ki, Ramazan ayında ŞD2 xəstələrinin təhlükəsiz idarə olunması üçün fərdi risk qiymətləndirilməsi, IDF/DAR şkalasının tətbiqi və uyğun farmakoterapiya seçimi mühüm əhəmiyyət daşıyır.
Açar sözlər: şəkərli diabet tip 2, Ramazan, oruc, hipoqlikemiya, DPP-4 inhibitorları, insulinoterapiya, IDF/DAR şkalası
ƏDƏBİYYAT
- Mirzəzadə V.A., Əliyeva T.T., Ömərova M., İbrahimova N.V. və b. Şəkərli Diabet və Müqəddəs Ramazan Ayı. Müqəddəs Ramazan ayında diabetin idarə edilməsi üzrə xəstələr üçün tövsiyələr. Bakı 2012; s.28.
- Ahmed MH, Husain NE, Elmadhoun WM, Noor SK, et al. Diabetes and Ramadan: A concise and practical update // J Family Med Prim Care. 2017 Jan-Mar;6(1):11-18. doi: 10.4103/2249-4863.214964
- Al-Arouj M, Assaad-Khalil S, Buse J, Fahdil I, et al. Recommendations for management of diabetes during Ramadan: update 2010 // Diabetes Care. 2010 Aug;33(8):1895-902. doi: 10.2337/dc10-0896
- Rahmatullah, Ahmedani M, Basit A. Evidence-based risk factors for major complications during Ramadan fasting in people with diabetes grouped under IDF-DAR risk categories // Diabetes Research and Clinical Practice, 2022; Vol.185: 109234. doi: 10.1016/j.diabres. 2022.109234
- Hassanein M, Al-Arouj M, Hamdy O, Bebakar WMW, et al; International Diabetes Federation (IDF), in collaboration with the Diabetes and Ramadan (DAR) International Alliance. Diabetes and Ramadan: Practical guidelines // Diabetes Res Clin Pract. 2017 Apr;126:303-316. doi: 10.1016/j.diabres.2017.03.003
- Diabetes and Ramadan. Practical Guidelines. International Diabetes Federation (IDF), in collaboration with the Diabetes and Ramadan (DAR) International Alliance. Publication date: January 2021. 333 p. ISBN: 978-2-930229-99-7
- Salti I, Bénard E, Detournay B, Bianchi-Biscay M, et al; EPIDIAR study group. A population-based study of diabetes and its characteristics during the fasting month of Ramadan in 13 countries: results of the epidemiology of diabetes and Ramadan 1422/2001 (EPIDIAR) study // Diabetes Care. 2004 Oct;27(10):2306-11. doi: 10.2337/diacare.27.10.2306
- Hassanein M, Afandi B, Yakoob Ahmedani M, Mohammad Alamoudi R, et al. Diabetes and Ramadan: Practical guidelines 2021 // Diabetes Res Clin Pract. 2022 Mar;185:109185. doi: 10.1016/j.diabres.2021.109185
- Gad H, Al-Muhannadi H, Purra H. The effect of Ramadan focused education on patients with type 2 diabetes: A systematic review and meta-analysis // Diabetes Res Clin Pract. 2020; Vol.162: 108122. doi: 10.1016/j.diabres. 2020.108122
- Ibrahim M, Davies MJ, Ahmad E, Annabi FA, et al. Recommendations for management of diabetes during Ramadan: update 2020, applying the principles of the ADA/EASD consensus // BMJ Open Diabetes Res Care. 2020 May;8(1):e001248. doi: 10.1136/bmjdrc-2020-001248
- Wan Seman WJ, Kori N, Rajoo S, Othman H, et al. Switching from sulphonylurea to a sodium-glucose cotransporter2 inhibitor in the fasting month of Ramadan is associated with a reduction in hypoglycaemia // Diabetes Obes Metab. 2016 Jun;18(6):628-32. doi: 10.1111/dom.12649