XÜLASƏ
Tədqiqatın məqsədi. Hemodializ alan xəstələrdə pulmonal arteriya təzyiqi ilə hidratasiya statusu arasındakı əlaqəni qiyətləndirmək və optimal “quru çəki” nail olmağın pulmonal hipertenziya dinamikasına təsirini öyrənmək.
Material və metodlar. Tədqiqata 5-ci mərhələ xroniki böyrək xəstəliyi (XBX) olan və proqram hemodializ (HD) alan 52 xəstə (20 kişi və 32 qadın; orta yaş 55±12 il) prospektiv olaraq daxil edildi. Hidratasiya statusu və “quru çəki” çoxtəzlikli bioimpedans analizi ilə qiyətləndirildi (ABC-01 cihazı, MEDAS, Sport-5 proqramı). Pulmonal arteriya təzyiqi Avropa Kardiologiya Cəmiyyətinin meyarlarına uyğun olaraq ilkin və 12 aylıq HD müalicəsindən sonra Doppler-exokardioqrafiya ilə tədqiq edildi. Statistik analiz Student t-testi və tək dəyişənli korrelyasiya analizi vasitəsilə aparıldı; p<0,05 statistik cəhətdən mühüm hesab edildi.
Nəticələr. Xəstələrin 58%-ində pulmonal hipertenziya (PH) aşkar edildi. Bir illik HD-dən sonra sistolik pulmonal arteriya təzyiqi (SPAT) 46,3±16,1-dən 40,4±11,7 mm Hg-yə (p<0,01), sol mədəciyin miokardiyal kütlə indeksi (SMKI) isə 159,1±35,8-dən 129,1±42,2 q/m²-yə (p<0,05) azaldı, hemoglobin göstəricisi 106,5±18,7-dən 113,9±11,5 q/l-yə (p<0,01) artdı. Orta ümumi beden suyu 34,1±6,5 l, h üceyrəxarici maye (HXM) isə 21,5±4,4 l təşkil etdi. HXM ilə SPAT arasında mühüm müsbət korrelyasiya aşkar edildi (r=0,4; p<0,01). Arteriovənoz fistula qan axını ilə pulmonal arteriya təzyiqi arasında statistik cəhətdən mühüm əlaqə tapılmadı.
Yekun. HD-də olan xəstələrdə PH sol mədəcik hipertrofiyası, sistoli k funksiya pozğunluğu və anemiya ilə sıx əlaqəlidir. Bir illik proqram HD-dən sonra PH və sol mədəcik hipertrofiyasının mühüm reqressi müşahidə edildi. Arteriovənoz fistula funksiyası PH ağırlığına müstəqil təsir etmir. Bioimpedans analizi ilə hidratasiya statusunun izlənməsi bu xəstələrdə ürək-damar riskin azaldılması üçün vacib vasitədir.
Açar sözlər: hemodializ, pulmonal hipertenziya, bioimpedans analizi, hüceyrəxarici maye, sol mədəcik hipertrofiyası, hipervolemiya
ƏDƏBİYYAT
- Stoumpos S, Rankin A, Hall Barrientos P, Mangion K, et al. Interrogating the haemodynamic effects of haemodialysis arteriovenous fistula on cardiac structure and function // Scientific Reports. 2021;11:18102. doi: 10.1038/s41598-021-97625-5
- Patel S, Ashokkumar S, Green A. Modern tools for optimizing fluid management in dialysis patients: a comprehensive review // BMC Nephrology. 2024;25:464. doi: 10.1186/s12882-024-03856-9
- Pabst S, Hammerstingl C, Hundt F, Gerhardt T, et al. Pulmonary hypertension in patients with chronic kidney disease on dialysis and without dialysis: results of the PEPPER-study // PLoS One. 2012;7(4):e35310. doi: 10.1371/journal.pone.0035310
- Unal A, Duran M, Tasdemir K, Oymak S, et al. Does arterio-venous fistula creation affects development of pulmonary hypertension in hemodialysis patients? // Renal Failure. 2013;35(3):344–351. doi: 10.3109/0886022X.2012.760407
- Onofriescu M, Hogas S, Voroneanu L, Apetrii M, et al. Bioimpedance-guided fluid management in maintenance hemodialysis: a pilot randomized controlled trial // American Journal of Kidney Diseases. 2014;64(1):111–118. doi: 10.1053/j.ajkd.2014.01.420
- Cheng L, Chang L, Tian R, Zhou J, et al. The predictive value of bioimpedance-derived fluid parameters for cardiovascular events in patients undergoing hemodialysis // Renal Failure. 2022;44(1):1192–1200. doi: 10.1080/0886022X.2022.2095287
- Hur E, Usta M, Toz H, Asci G, et al. Effect of fluid management guided by bioimpedance spectroscopy on cardiovascular parameters in hemodialysis patients: a randomized controlled trial // American Journal of Kidney Diseases. 2013;61(6):957–965. doi: 10.1053/j.ajkd.2012.12.017
- Chen H-S, Chang Y-C, Hsieh M-H, Tseng F-L, et al. Application of bioimpedance spectroscopy in Asian dialysis patients (ABISAD-III): a randomized controlled trial for clinical outcomes // International Urology and Nephrology. 2016;48(11):1897–1909. doi: 10.1007/s11255-016-1415-8
- Malin J, Khan R, Martinez Manzano JM, Wattanachayakul P, et al. Association of arteriovenous fistulae with precapillary pulmonary hypertension: a single center retrospective analysis of invasive hemodynamic parameters // Heart & Lung. 2024;68:260–264. doi: 10.1016/j.hrtlng.2024.08.007
- Loutradis C, Sarafidis PA, Ekart R, Papadopoulos C, et al. The effect of dry-weight reduction guided by lung ultrasound on ambulatory blood pressure in hemodialysis patients: a randomized controlled trial // Kidney International. 2019;95(6):1505–1513. doi: 10.1016/j.kint.2019.02.018