XÜLASƏ
Məqsəd. Erkən menopauzası olan və densitometriya (DXA) üsulu ilə osteoporoz diaqnozu təsdiqlənmiş qadınlarda amilin və osteokalsin hormonların səviyyələri ilə sümük mineral sıxlığı göstəriciləri arasındakı əlaqəni qiymətləndirmək.
Material və metodlar. Yaşları 18–46 olan (orta yaş 35,11±9,29 il) erkən menopauzalı 37 qadın müayinə olunmuşdur. Bütün pasiyentlərdə paratiroid hormonu (PTH), osteokalsin və amilin səviyyələri müəyyən edilmiş, həmçinin ultrasəs densitometriyası aparılmışdır. Tədqiqat obyekti topuq (kalkaneus) sümüyü olmuşdur. Aşağıdakı göstəricilər qiymətləndirilmişdir: SOS, BUA, BQI, T- və Z-kriteriləri.
Nəticələr və müzakirə. Pasiyentlərin 18,9%-də T-kriteri –0,8-dən –0,9-a qədər (sərhəd göstərici) olmuşdur. Pasiyentlərin 67,6%-də T-kriteri –1-dən –2,3-ə qədər (osteopeniya), 13,5%-də isə –2,6-dan –3,0-a qədər (osteoporoz) dəyişmişdir. Amilin səviyyəsi sərhəd qrupunda 29,35 pmol/L, osteopeniya qrupunda 33,36 pmol/L, osteoporoz qrupunda isə 26,39 pmol/L olmuşdur. Osteokalsin səviyyəsi sərhəd göstəriciləri olan qadınlarda 17,13 ng/mL, osteopeniyada 24,53 ng/mL, osteoporozda isə 21,43 ng/mL təşkil etmişdir. Amilinlə SOS arasında (r=0,501, P<0,01), həmçinin amilinlə BUA arasında (r=–0,719, P<0,001) korrelyasiya aşkar edilmişdir. Osteokalsin isə BUA (r=–0,838, P<0,001) və Z-kriteri (r=0,660, P<0,001) ilə korrelyasiya göstərmişdir.
Yekun. Bizim seçimdə amilin erkən menopauzalı qadınlarda sümük metabolizmi pozğunluqlarının daha həssas markeridir. Onun səviyyəsi osteopeniya mərhələsində sümük yenilənməsinin kompensator aktivləşməsini, osteoporoz inkişaf etdikdə isə tənzimləyici mexanizmlərin tükənməsini əks etdirir. Osteokalsin yalnız ifadəli osteoporoz zamanı azalma meyli göstərir, halbuki amilin sümük keyfiyyətinin pisləşmə mərhələlərini daha dəqiq diferensiasiya edir. Təsdiqlənmiş osteoporozu olan pasiyentlərdə sümük dağılımının ən informativ hormonal markerini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac vardır: amilin və ya osteokalsin çatışmazlığı sümük toxumasının destruksiyasının proqnoz göstəricisi kimi çıxış edə bilər və osteoporozun inkişafına töhfə verə bilər.
Açar sözlər: erkən menopauza, osteokalsin, amilin, ultrasəs densitometriyası, osteopeniya, osteoporoz
ƏDƏBİYYAT
- Səfərova S.S., Məmmədhəsənov R.M. İslamzadə F.İ., İbrahimova Ş.S. Yumurtaliq polikistozu sindromu olan yaşli qadinlarda anti-müller hormonu və sümük remodelləşməsi markerləri arasinda əlaqə // Azərbaycan Tibb Jurnalış – 2024, (4): 35-39. doi:10.34921/amj.2024.4.006.
- Сафарова С.С. Роль амилина в развитии диабетической остеопатии // Казанский медицинский журнал. – 2017. 98(5), - 813-816. doi:10.17750/KMJ2017-813.
- Gözaydın H., Küçükercan İ., Ökte M., Baloğlu G. et al. Can β-C Terminal Telopeptide and Osteocalcine Be Usefull in Diagnosis of Osteoporosis? // Türk Klinik Biyokimya Derg, - 2004. 2(1): 35-40.
- Kuo T.R., Chen C.H. Bone biomarker for the clinical assessment of osteoporosis: recent developments and future perspectives // Biomark Res, - 2017. 18;5: 18. doi:10.1186/s40364-017-0097-4.
- Li C.I., Liu C.S., Lin W.Y., Meng N.H. et al. Glycated Hemoglobin Level and Risk of Hip Fracture in Older People with Type 2 Diabetes: A Competing Risk Analysis of Taiwan Diabetes Cohort Study // J Bone Miner Res, - 2015. 30(7): 1338-46. https://doi.org/10.1002/jbmr.2462.
- Cornish J., Callon K.E., Bava U., Kamona S.A. et al. Effects of calcitonin, amylin, and calcitonin gene-related peptide on osteoclast development // Bone, - 2001. 29(2):162-8. https://doi.org/10.1016/s8756-3282(01)00494-x.
- Bala Y., Bui Q.M., Wang X.F,, Iuliano S. et al. Trabecular and cortical microstructure and fragility of the distal radius in women // J Bone Miner Res, - 2015. 30(4):621-9. doi:10.1002/jbmr.2388.
- Hewston P., Deshpande N. Falls and balance impairments in older adults with type 2 diabetes: thinking beyond diabetic peripheral neuropathy // Can. J. Diabetes, - 2016. 40 (1) 6–9. https://doi.org/10.1016/j.jcjd.2015.08.005.
- Sànchez-Riera L., Carnahan E., Vos T., Veerman L. et al. The global burden attributable to low bone mineral density // Ann Rheum Dis, - 2014. 73(9):1635-45. doi: 10.1136/annrheumdis-2013-204320.
- Yu E.W., Putman M.S., Derrico N., Abrishamanian-Garcia G. et al. Defects in cortical microarchitecture among African-American women with type 2 diabetes // Osteoporos Int, -. 2015.;26(2):673-9. https://doi.org/10.1007/s00198-014-2927-7.
- Вавилова Т.П. Биохимия тканей и жидкостей полости рта. Учебное пособие. 2-е изд., испр. и доп. М.: ГЭОТАР-Медиа. 2011. 208 с.
- Zaidi M., Datta H.K., Bevis P.J., Wimalawansa S.J. et al. Amylin-amide: a new bone-conserving peptide from the pancreas // Exp Physiol, - 1990. 75(4):529-36. Doi:10.1113/expphysiol. 1990.sp003429.
- Farlay D., Armas L.A., Gineyts E., Akhter M.P. et al. Nonenzymatic Glycation and Degree of Mineralization Are Higher in Bone From Fractured Patients With Type 1 Diabetes Mellitus // J Bone Miner Res, - 2016. 31(1):190-5. https://doi.org/10.1002/jbmr.2607.