| AZ | EN | RU


ƏZƏLƏ İNVAZİV SİDİK KİSƏSİ XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRİN MÜALİCƏ NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Musayev T.N.


DOI: 10.61775/2413-3302.v1i43.05


XÜLASƏ
Tədqiqatın məqsədi əzələ invaziv sidik kisəsi xərçəngi (ƏİSKX) olan xəstələrdə radikal sistektomiya (RS) və multimodalterapiyanın (MMT) uzunmüddətli onkoloji nəticələrinin müqayisəli təhlilinin aparılması, həmçinin RS-dən sonra residiv riskinin proqnozlaşdırılması üçün prognostik modelin hazırlanması olmuşdur. Material və metodlar. Tədqiqata ƏİSKX diaqnozu qoyulmuş 359 xəstə daxil edilmişdir. Onlardan 257 xəstəyə RS, 102 xəstəyə isə MMT tətbiq olunmuşdur. Sağqalım analizi Kaplan–Mayer üsulu ilə aparılmış, prognostik faktorlar isə Koksun proporsional risklər reqressiya modeli vasitəsilə qiymətləndirilmişdir. Nəticələr. RS qrupunda 5 illik residivsiz sağqalım (RFS), kanser-spesifik sağqalım (KSS) və ümumi sağqalım (ÜS) göstəriciləri müvafiq olaraq 63,1%, 65,3% və 54,1% təşkil etmişdir. MMT qrupunda isə 5 illik KSS və ÜS göstəriciləri müvafiq olaraq 33,7% və 31,4% olmuşdur. MMT tətbiq edilən xəstələrdə xərçənglə əlaqəli ölüm riski RS ilə müqayisədə statistik cəhətdən əhəmiyyətli dərəcədə yüksək olmuşdur (HR=2,37; 95% Eİ 1,73–3,25; p<0,001). RS-dən sonra əlverişsiz proqnozun müstəqil göstəriciləri kimi şişin mərhələsi, limfa düyünlərinin zədələnməsi, şişin histoloji tipi, Charlson komorbidlik indeksi və cərrahi briqadanın təcrübəsi müəyyən edilmişdir. Bu göstəricilər əsasında 1 və 3 illik residivsiz sağqalımı proqnozlaşdıran, yüksək proqnostik dəqiqliyə malik nomoqram hazırlanmışdır (c-index=0,834). Yekun. Əldə olunan nəticələr ƏİSKX müalicəsində radikal sistektomiyanın əsas müalicə üsulu kimi üstünlüyünü təsdiqləyir. Bununla yanaşı, əlverişli prognostik xüsusiyyətlərə malik diqqətlə seçilmiş xəstələrdə MMT və RS sonrası onkoloji nəticələrin müqayisə oluna biləcəyi müəyyən edilmişdir.
Açar sözlər: sidik kisəsi xərçəngi, əzələ invaziv sidik kisəsi xərçəngi, radikal sistektomiya, trimodal terapiya, sağqalım, nomoqram


ƏDƏBİYYAT
  1. Abudurexiti M, Ma J, Li Y, Hu C, et al. Clinical Outcomes and Prognosis Analysis of Younger Bladder Cancer Patients // Curr Oncol. 2022 Jan 28;29(2):578-588. doi: 10.3390/curroncol29020052.
  2. Advanced Bladder Cancer (ABC) Meta-analysis Collaboration. Adjuvant chemotherapy in invasive bladder cancer: a systematic review and meta-analysis of individual patient data Advanced Bladder Cancer (ABC) Meta-analysis Collaboration // Eur Urol. 2005 Aug;48(2):189-199; discussion 199-201. doi: 10.1016/j.eururo.2005.04.005.
  3. AlGizawy SM, Essa HH, Abdel-Wanis ME, Abdel Raheem AM. Trimodality bladder-sparing approach versus radical cystectomy for invasive bladder cancer // Journal of Radiotherapy in Practice. 2014;13(4):428-437. doi:10.1017/S1460396914000107.
  4. Cox D. Regression Models and Life-Tables // J. of the Royal Statistical Society, Series B., - 1972. v. 34, № 2, - p. 187-220. JSTOR 2985181.
  5. Hansen B, Bowers J. Covariate balance in simple, stratified and clustered comparative studies // Statistical Science, - 2008. № 2, - p. 219-236.
  6. Harrell F. Regression modeling strategies with applications to linear models, logistic regression, and survival analysis. New York: Springer Verlag, - 2001. - 568 p
  7. Fong KY, Lim EJ, Wong HC, Tay KJ, et al. Trimodality therapy versus radical cystectomy for muscle-invasive bladder cancer: A systematic review and meta-analysis // Urol Oncol. 2025 Jul;43(7):412-422. doi: 10.1016/j.urolonc.2025.01.012.
  8. Su X, Dong C, Liao W, Liu W. Oncological effectiveness of bladder-preserving trimodal therapy versus radical cystectomy for the treatment of muscle-invasive bladder cancer: a system review and meta-analysis // World J Surg Oncol. 2023 Aug 29;21(1):271. doi: 10.1186/s12957-023-03161-z.
  9. Ding H, Fan N, Ning Z, Ma D. Trimodal Therapy vs. Radical Cystectomy for Muscle-Invasive Bladder Cancer: A Meta-Analysis // Front. Oncol. 2020;10:564779. doi: 10.3389/fonc.2020.564779.
  10. International Bladder Cancer Nomogram Consortium; Bochner BH, Kattan MW, Vora KC. Postoperative nomogram predicting risk of recurrence after radical cystectomy for bladder cancer // J Clin Oncol. 2006 Aug 20;24(24):3967-72. doi: 10.1200/JCO.2005.05.3884.