| AZ | EN | RU


HAMİLƏLƏRDƏ GİNGİVİTİN PROFİLAKTİKASININ NƏTİCƏLƏRİ
Kərimli N.К.


DOI: 10.61775/2413-3302.v3i41.11


XÜLASƏ
Parodontitin erkən mərhələsi olan gingivit, hamiləlik dövründə qadınların parodontunu zədələyən ən çox yayılmış diş əti xəstəliyidir. Məqsəd - hamilə qadınlarda gingivitin profilaktikası üçün istifadə edilən Traumeel S və “Lesnoy Balzam” müalicəvi-profilaktik vasitəsinin müştərək tədbiqinin effektivliyinin öyrənilməsi. Material və metodlar. Tədqiqata yaşları 18-35 intervalında olan 45 hamilə qadın daxil edilmişdir. Gingivitin profilaktikası üçün hamilə qadınlar 3 qrupa bölünmüşdür: I qrup – gigiyena+xlorgeksedinlə qarqara; II qrup – gigiyena+“Lesnoy Balzam”-la qarqara; III qrup – gigiyena + “Lesnoy Balzam”-la qarqara və “Traumel C” məlhəmi. Tədqiqatlar ikinci və üçüncü trimestrlərdə aparılmışdır. Nəticələr. OHI-S indeksinin dinamikası əhəmiyyətli dərəcədə yaxşılaşma göstərmişdir. PMA indeksi I qrupda III trimestrdə II trimestrlə müqayisədə iltihabın dərəcəsi 25,7% (P<0,001), II qrupda 58,8% (P<0,001), III qrupda isə 87,6% (Р<0,001) azalmışdır. SBI indeksinin təhlili göstərmişdir II və III qruplar arasında III trimestrdə əhəmiyyətli fərqlər aşkar olundu (P=0,0179). Yekun. Traumel S preparatının və «Lesnoy balzam» fitokompleksinin profilaktik sxemə daxil edilməsi ağız boşluğundakı iltihabi proseslərə modulyasiyaedici təsir göstərmiş, gingivitin ifadəliliyini azaltmış və diş ətinin ümumi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.
Açar sözlər: gingivit, hamilələr, profilaktika, Traumeel S, Lesnoy Balzam


ƏDƏBİYYAT
  1. Gare J, Kanoute A, Orsini G, Gonçalves LS. et al. Prevalence, Severity of Extension, and Risk Factors of Gingivitis in a 3-Month Pregnant Population: A Multicenter Cross-Sectional Study. J Clin Med. 2023;12(9):3349. doi: 10.3390/jcm12093349.
  2. Singh N, Verma U, Yadav P, Nigam A. et al. Prevalence of periodontal disease in pregnant women. Int J Reprod Contracept Obstet Gynecol 2025;14:1478-82 doi: 10.18203/2320-1770.ijrcog20251227
  3. Nannan M, Xiaoping L, Ying J. Periodontal disease in pregnancy and adverse pregnancy outcomes: Progress in related mechanisms and management strategies. Front Med (Lausanne). 2022; 9: 963956. doi: 10.3389/fmed.2022.963956.
  4. American Academy of Pediatric Dentistry. Oral health care for the pregnant pediatric dental patient. The Reference annual of Pediatric Dentistry. Chicago, Ill.: American Academy of Pediatric Dentistry. 2024:33-42.
  5. Соловьёва Ж.В., Запорожская-Абрамова Е.С., Адамчик А.А., Косырева Т.Ф. и соавт. Повышение эффективности вторичной профилактики кариеса у женщин во время беременности. Эндодонтия Today. 2020; 18(3): 4-9. doi: 10.36377/1683-2981-2020-18-3-4-9
  6. Adeniyi A, Donnelly L, Janssen P, Jevitt C. et al. Pregnant women’s perspectives on integrating preventive oral health in prenatal care. BMC Pregnancy Childbirth, 2021. 21(1): 271. doi: 10.1186/s12884-021-03750-4.