| AZ | EN | RU


TROMBOSİTOPENİYASI OLAN HAMİLƏ QADINLARDA KLİNİK XÜSUSİYYƏTLƏR VƏ NƏTİCƏLƏR
Mahmudbəyova Z.F.


DOI: 10.61775/2413-3302.v3i41.09


XÜLASƏ
Aktuallıq. Trombositopeniya hamilə qadınlarda tez-tez rast gəlinən bir problem olup, ana və döl üçün ciddi fəsadlara yol aça bilir. Tədqiqatın məqsədi hamiləlik dövründə trombositopeniyası olan qadınlarda klinik xüsusiyyətləri qiymətləndirmək və bu vəziyyətin döl-ana nəticələrinə olan təsirini müəyyən etməkdir. Material və metodlar. Tədqiqata trombosit sayı 150×10³/mkl-dən az olan, doğuşdan əvvəl 100 gün ərzində müşahidə edilən 54 hamilə qadın daxil edilmişdir. Bütün xəstələrdə ümumi qan analizi, qaraciyər fermentləri, koaquloqram, antinuklear anticisimlər, viral serologiya (hepatit B, C, HİV), sidik müayinəsi aparılmışdır. Qarın boşluğu və çanaq orqanlarının USM-i həyata keçirilmişdir. Trombositopeniyanın şiddəti: yüngül (100–149×10³/mkl), orta (50–99×10³/mkl) və ağır (<50×10³/mkl) olaraq təsnif edilmişdir. Statistik təhlil SPSS v.22 proqramı ilə aparılmış, t-test və Pearson χ² testindən istifadə edilmişdir (p<0,05). Nəticələr. Tədqiqata trombosit sayı 150×10³/mkl-dən az olan 54 hamilə qadın (21–38 yaş, orta yaş 28,8±3,16 il) daxil edilmişdir. Trombositopeniyanın ən çox yayılmış səbəbi hestasional trombositopeniya (58,6%), ardınca preeklampsiya (22,2%) və immun trombositopenik purpura (7,4%) olmuşdur. Şiddət baxımından: 59,3%-də yüngül, 25,9%-də orta, 14,8%-də ağır trombositopeniya müşahidə edilmişdir. Doğuşların 53,7%-i vaginal, 46,3%-i isə abdominal yolla (qeysəriyyə) baş vermişdir. Ana fəsadları: doğuşdan sonrakı qanaxma (16,7%), epiziotomiya hematoması (9,2%), cift ayrılması (7,4%). Ana ölümü qeydə alınmamışdır. Neonatal nəticələr: 18,5%-də aşağı doğum çəkisi (orta 2,52±0,30 kq), 15%-də bətndaxili inkişaf ləngiməsi, 18,5%-i reanimasiya şöbəsinə qəbul edilmişdir. Yekun. Hamiləlik dövründə trombositopeniyanın əsas səbəbi hestasional trombositopeniya olsa da, digər səbəblər (preeklampsiya, İTP, HELLP sindromu) mütləq istisna edilməlidir. Ətraflı anamnez, laborator müayinə, qan yaxmasının analizi və dinamik izlənmə vacibdir. Qadın məsləhətxanalarında prenatal müşahidə çərçivəsində trombosit sayının mütəmadi monitorinqi tövsiyə olunur.
Açar sözlər: trombositopeniya, hestasion trombositopenuiya, hamiləlik, doğuşdan sonrakı qanaxma, yenidoğulmuşlar


ƏDƏBİYYAT
  1. Fogerty AE. Thrombocytopenia in Pregnancy: Mechanisms and Management // Transfus Med Rev. 2018;32(4):225-229. doi: 10.1016/j.tmrv.2018.08.004.
  2. Goldman BG, Hehir MP, Yambasu S, O'Donnell EM. The presentation and management of platelet disorders in pregnancy // Eur J Haematol. 2018;100(6):560-566. doi: 10.1111/ejh.13049.
  3. Habas E, Rayani A, Alfitori G, Eldin Ahmed G, Elzouki AY. Gestational Thrombocytopenia: A Review on Recent Updates // Cureus 2022;14(3): e23204. doi:10.7759/cureus.23204
  4. Reese JA, Peck JD, Deschamps DR, McIntosh JJ, Knudtson EJ, Terrell DR, et al. Platelet Counts during Pregnancy // N Engl J Med. 2018;379(1):32-43. doi: 10.1056/NEJMoa1802897
  5. Rottenstreich A, Israeli N, Levin G, Rottenstreich M, Elchalal U, Kalish Y. Clinical characteristics, neonatal risk and recurrence rate of gestational thrombocytopenia with platelet count <100 × 109/L // Eur J Obstet Gynecol Reprod Biol. 2018;231:75-79. doi: 10.1016/j.ejogrb.2018.10.026.
  6. ACOG Hypertension in pregnancy. Report of the American college of obstetricians and gynecologists’ task force on hypertension in pregnancy // Obstet Gynecol 2013; 122:1122–1131.
  7. Zutshi V, Gupta N, Arora R, Dhanker S. Prevalence of gestational thrombocytopenia and its effect on maternal and fetal outcome // Iraqi J Hematol 2019;8:21-4. doi: 10.4103/ijh.ijh_17_18
  8. Roy M, Kyal A, Donga P, Das I. Thrombocytopenia in pregnancy and its correlation with fetomaternal outcome in a tertiary care hospital // Nep J Obstet Gynecol. 2022;17(34):23-27. doi: 10.3126/njo g.v17i34.48044
  9. Fogerty AE, Dzik W. Gestational thrombocytopenia: a case-control study of over 3,500 pregnancies // Br J Haematol. 2021;194(2):433-438. doi: 10.1111/bjh.17611.
  10. Kumari R, Sharma M, Rajkumar. Maternal and fetal outcome among pregnant women presenting with thrombocytopenia // International Journal of Clinical Obstetrics and Gynaecology 2022; 6(5): 16-19. doi: 10.33545/gynae. 2022.v6.i5a.1204
  11. Abro KJ, Soomro S, Moosa S, lakhan H, Mahjabeen Saboor R. Thrombocytopenia In Pregnancy; Characteristic, Risk Factors and Outcomes // J Soc Obstet Gynaecol Pak. 2023; 13(1):32-36
  12. Singh P, Anushree, Tiwari N, Rani M. Study on maternal and fetal outcome in pregnant women presenting with thrombocytopenia at GMC, Haldwani // Int J Acad Med Pharm 2023; 5(2); 1440-1445. doi: 10.47009/jamp.2023.5.2.301
  13. Nazeer RM, Patil MA. Thrombocytopenia in pregnancy and its correlation with maternal and fetal outcome // Journal of Critical Reviews. 2020;7(12):749-52.
  14. Sumathy V, Devi C, Padmanaban S. Prospective study of thrombocytopenia in pregnancy // International Journal of Clinical Obstetrics and Gynaecology 2019; 3(1): 17-21. doi: 10.33545/gynae.2019.v3.i1a.05
  15. Arora M, Goyal L, Khutan H. Prevalence of Thrombocytopenia during Pregnancy & Its Effect on Pregnancy & Neonatal Outcome // Ann. Int. Med. Den. Res. 2017; 3(2):ME04-ME06. doi: 10.21276/aimdr.2017.3.2.ME2
  16. Thakkar P, Desai D, Verma R. Fetomaternal outcome of women with thrombocytopenia in labour // Int J Reprod Contracept Obstet Gynecol 2023;12:701-5 doi: 10.18203/2320-1770.ijrcog20230541
  17. Elveđi-Gašparović V, Beljan P, Gverić-Ahmetašević S, Schuster S, Škrablin S. Fetal-maternal complications and their association with gestational thrombocytopenia // Ginekol Pol. 2016;87(6):454-9. doi: 10.5603/GP.2016.0025.
  18. Kadiyala T, John LB, Karthikeyan K. Fetal and maternal outcomes of gestational thrombocytopenia: an observational study // Int J Reprod Contracept Obstet Gynecol. 2025;14:75- 9. doi: 10.18203/2320-1770.ijrcog20243927