XÜLASƏ
Məqsəd. Keysəriyyə əməliyyatından sonra uşaqlıqda formalaşmış çapığın vəziyyətini kompleks klinik-instrumental qiymətləndirmə əsasında təhlil etmək və optimal doğuş taktikasını müəyyənləşdirmək. Material və metodlar. Hestasiya müddəti 33–36 həftə olan uşaqlıqda çapığı mövcud 29 hamilə qadın müayinə olunmuşdur. Tədqiqat proqramına klinik-anamnestik analiz, akuşer müayinə, çapığın qalınlığının və strukturunun ultrasəs qiymətləndirilməsi, uşaqlıq-plasentar qan axınının dopplerometriyası, kardiotokoqrafiya və doğuşdan sonrakı dövrdə histeroskopiya daxil edilmişdir. Statistik emal Microsoft Excel və IBM SPSS Statistics 22.0 proqramlarından istifadə edilməklə təsviri analiz üsulu ilə aparılmışdır. Keyfiyyət göstəriciləri mütləq ədədlər və faiz (%) şəklində təqdim olunmuşdur. Nəticələr. Pasiyentlərin orta yaşı 28,6 il təşkil etmişdir. Bütün qadınların anamnezində bir dəfə keysəriyyə əməliyyatı olmuşdur. Hamiləlik dövründə ən çox rast gəlinən ağırlaşmalar dəmirdefisitli anemiya (86,2%), hamiləliyin pozulma təhlükəsi (13,8%) və preeklampsiya (10,3%) olmuşdur. Əksər hallarda uşaqlıq çapığının qalınlığı 3–7 mm arasında olmuş, konturları hamar və exostrukturu homogen xarakter daşıyırdı; 3 qadında çapığın funksional qeyri-kafi olmasına dair əlamətlər aşkar edilmişdir. Halların 89,7%-də doğuşlar təbii doğuş yolları ilə başa çatdırılmışdır. Alınan nəticələr göstərir ki, çapığın qalınlığı onun tam dəyərli olmasının yeganə göstəricisi deyil və klinik və dopplerometrik parametrlərlə birlikdə qiymətləndirilməlidir. Nəticə. Uşaqlıq çapığının vəziyyətinin kompleks qiymətləndirilməsi doğuş taktikasının fərdiləşdirilməsinə imkan yaradır və keysəriyyə əməliyyatından sonra vaginal doğuşa (VBAC) göstərişlərin təhlükəsiz şəkildə genişləndirilməsini təmin edir.
Açar sözlər: uşaqlıq çapığı, keysəriyyə əməliyyatı, VBAC, ultrasəs diaqnostikası, doğuşun aparılması taktikası
ƏDƏBİYYAT
- Rahman M., Qayyum S., Khan S.,et al. Prequency of Successful Vaginal Birth After Cesarean Section in Women With a Previous Uterine Scar: A Cross-Sectional Study. Cureus. 2025 Aug 8;17(8):e89637. doi: 10.7759/cureus.89637.
- FIGO Working Group on Labour and Delivery. Good Practice Recommendations for Vaginal Birth After Cesarean. Int J Gynaecol Obstet. 2025;169(1):12–20. doi: 10.1002/ijgo.70406.
- Golzareh P., Ahmadi N., Sabir S., et al. Investigating the Success Rate of Vaginal Delivery After Cesarean Section and Its Associated Factors in Afghan Women: Insights from a Maternity Hospital in Kabul. Int J Womens Health. 2025 Jun 6;17:1701-1710. doi: 10.2147/IJWH.S517179.
- Deshmukh U., Patel S., Ramaswamy R., et al. Trial of Labor After Cesarean and Vaginal Birth After Cesarean: Predictors and Outcomes in a Large Cohort. Am J Obstet Gynecol. 2024;231(3):275.e1–275.e9. doi: 10.1016/j.ajog.2022.08.040.
- Salehi M., Rahimi Z., Hosseini M., et al. Vaginal Birth After Two Cesarean Sections: A Retrospective Study. J Obstet Gynecol Cancer Res. 2024;9(1):37–45. doi: 10.30699/jogcr.9.1.37.
- Anand A. Predicting VBAC Outcomes from U.S. Natality Data Using Deep and Classical Machine Learning Models. ArXiv preprint. 2025; doi: 10.48550/arXiv.2507.21330
- Saleh S., Mohammed A., Hassan R. Chronic Endometritis in Cases with Cesarean Section Scar Defect. Zagazig Univ Med J. 2024;30(2):112–118. doi: 10.21608/zumj.2024.283802.3346
- World Health Organization. WHO Recommendations on Antenatal Care for a Positive Pregnancy Experience. Geneva: WHO; 2016.
- Vidal A., Laurent L., Dupont C. Higher Prevalence of Chronic Endometritis in Women with Cesarean Scar Defect: A Propensity Score-Matched Analysis. Reprod Sci. 2025;32(4):678–685. doi: 10.1007/s43032-024-01721-3.
- Wei L., Zhang J., Xu H., et al. Higher Prevalence of Chronic Endometritis in Women with Cesarean Scar Defect: A Case–Control Study. Front Med. 2022;9:986393. doi: 10.3389/fmed.2022.986393.
- Farooq S., Iqbal R., Malik H. Effect of Endometritis on Cesarean Section Scar Thickness: A Sonographic Study. J Med J. 2025;59(1):21–27. doi: 10.5455/jmj.2508.
- Wang Y., Chen X., Zhao L., et al. Caesarean Scar Endometrial Defects Contribute to Post-Caesarean Abnormal Uterine Bleeding and Chronic Endometritis. BJOG. 2025;132(3):512–520. doi: 10.1111/1471-0528.18089.
- Tsikouras P., Liberis A., Koukouli Z., et al. The Impact of Endometriosis on Pregnancy and Perinatal Outcomes: A Review. Medicina (Kaunas). 2024;60(2):275. doi: 10.3390/medicina60020275.
- Gruber T.M., Ussia A., Seracchioli R. Scar Endometriosis: Clinical Presentation and Management. Int J Environ Res Public Health. 2024;21(5):7690. doi: 10.3390/ijerph21057690.