SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN RADİKAL CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏSİ Musayev T.N. DOI: 10.61775/2413-3302.v2i36.15
XÜLASƏ 2008-2017-ci illər ərzində AR SN Milli Onkologiya Mərkəzində əzələyə invaziyası olan sidik kisəsi xərçəngi diaqnozuna görə ardıcıl icra olunmuş 257 müxtəlif sidik derivasiyası ilə radikal sistektomiya əməliyyatlarının bilavasitə (intraoperative, erkən əməliyyatdan sonrakı ağırlaşmalar) və uzaq nəticələr (ümumi, kanserspesifik və residivsiz sağ qalma göstəriciləri), həmçinin xəstələrin həyat keyfiyyəti təhlil edilmişdir. Fəsadların tezliyinə və xüsüsiyyətlərinə və sağ qalma nisbətlərinə əhəmiyyətli təsir göstərən amillər də müəyyən edilmişdir. İntraoperativ letallıq 0,4%, ağırlaşma faizi 13,2% təşkil etmişdir. Əməliyyatdan sonrakı erkən dövrdə 111 (43,2%) xəstədə müxtəlif dərəcəcdə 191 ağırlaşma qeydə alınıb. Multivariantlı analizdə radikal sistektomiyadan sonra hər hansı postoperativ ağırlaşmanın müstəqil prediktorları kimi şişin yerli yayılması (cT4) (OR 4,52; p=0,002), yaş (OR 1,87; p=0,017), sidiyin müsbət bakterioloji analizi (OR 2,16; p=0,032) və cərrah tərəfindən icra olunan radikal sistektomiyaların sayı (OR 0,89; p=0,038) təyin olunmuşdular. Residivsiz 5 illik sağ qalma göstəricisi 63,1% (SE 3,2%) idi. 5 illik kanserspesifik sağ qalma göstərici 65,3% (SE 3,2%) təşkil edib. 5 illik ümumi sağ qalma göstəricisi 54,1% (SE 3,2%), mediana 65,7 ay təşkil edib. Tədqiqatımızda, radiakl sistektomiya sonrası ağırlaşmaların inkişaf riski ilə statistik əhəmiyyətli dərəcədə əlaqəli müstəqil amillər cT4 şişinin yerli yayılması, yaş, müdaxilədən əvvəl müsbət sidik analizi və cərrah tərəfindən edilən az sayda cərrahi əməliyyatlar və ya müsbət sidik əkilməsi və müvafiq olaraq yaş idi. Demoqrafik göstəricilərə (cins və yaş) və şiş prosesinin göstəricilərinə əlavə olaraq, sağ qalma göstəricilərinə Çarlson komorbid indeksi (p<0,01) və cərrahi komandanın təcrübəsi (p<0,01) kimi amillər əhəmiyyətli dərəcədə təsir göstərir. Açar sözlər: sidik kisəsi xərçəngi, radikal sistektomiya, fəsad, yaşama müddəti ƏDƏBİYYAT
|