| AZ | EN | RU


İLKİN SƏHİYYƏDƏ AĞ CİYƏRLƏRİN XRONİKİ OBSTRUKTİV XƏSTƏLİYİNİN DİAQNOSTİKASI
Hətəmzadə E.M., İsgəndərova G.N.


DOI: 10.61775/2413-3302.v2i36.14


XÜLASƏ
Tədqiqatın məqsədi - ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin (ACXOX) hipodiaqnostikasının qiymətləndirilməsi və onunla əlaqədar mümkün faktorların müəyyən edilməsindən ibarətdir. Materiallar və metodlar. Poliklinikada xəstələrin seçimi spontan gündəlik və ya planlı müayinələr zamanı aparılmışdır, nəticədə obstruktiv tənəffüs pozulmaları olan 122 xəstə seçilmiş və növbəti müayinələr üçün dəvət edilmidilər. Nəzarət qrupu ACXOX-u və digər ağ ciyər və ağır somatik xəstəliyi olmayan 20 könüllü şəxsdən ibarət olmuşdur. Tədqiqatdan iştirak edənlərin cinsiyyəti, yaşı, siqaret çəkmək faktoru, ACXOX-un ağırlıq dərəcəsi kimi göstəricilər təhlil edilmişdir. Portativ ultrasəs spirometri vasitəsilə spirometriya müayinəsi aparılmışdır. Nəticələr. ACXOX-lu xəstəlrin orta yaşı 55,9±4,4 olmuşdur, xəstələrin 59,0%-ini kişilər, 41,0%-ni qadınlar təşkil etmişdir. Tədqiqat anında siqaret çəkənlər 57,4% təşkil etmişdir. 41,8% xəstənin spirometriya nəticələri mövcud olmuşdur, 58,2% xəstələr spirometriya müayinəsindən keçməmişdilər. Spirometriya müayinəsindən sönra ACXOX-un ağırlıq dərəcələri yenidən qiymətləndirilmişdir: 36,1% xəstədə I dərəcəli, 32,0% xəstədə - II dərəcəli, 6,5% xəstədə isə III dərəcəli ACXOX təsnif edilmişdir. 25,4% hallarda spirometriyadan sonra qoyulan diaqnoz yenidən qiymətləndirilmişdir 40-45 yaş qrupunda ACXOX riskinin aşkar edilməsi şansı 0,208, nəzarət qrupunda- 0,250 (p>0,05), 46-49 yaş qrupunda: müvafiq olaraq 0,326 və 0,333 (p>0,05), 50-55 yaş qrupunda: müvafiq olaraq 0,402 və 0,538 (p>0,05), 56-60 yaş qrupunda: müvafiq olaraq 0,419 və 0,250 (p>0,05) olmuşdur. 56-60 yaşlı xəstələrdə OR=1,674 (95% Eİ 0,523-5,356, р<0,05), siqaret çəkənlər qrupunda OR=1,645 (95% Eİ 0,636-4,260, р<0,05) olmuşdur. Siqaret çəkənlər arasında əsas qrupda risk faktorunun aşkar edilmə şansı 1,346, nəzarət qrupunda - 0,818 (р<0,05) təşkil etmişdir. Yekun. Risk qrupunda xəstələrin aşkar edilməsi ailə təbabəti praktikasında mümkündür. Spirometriyanın tətbiq edilməsi aşkar edilməmiş ACXOX-un erkən diaqnostikasına və xəstəliyin ağırlıq dərəcəsinin düzgün təsnifatına imkan verir.
Açar sözlər: ağ ciyrin xroniki obstruktiv xəstəliyi, diaqnostika, spirometriya, şansların nisbəti, ilkin səhiyyə


ƏDƏBİYYAT
  1. Lamprecht B, Soriano JB, Studnicka M, Kaiser B, Vanfleteren LE, Gnatiucet L. et al. Determinants of underdiagnosis of COPD in national and international surveys // Chest 2015; 148: 971-985. doi:10.1378/chest.14-2535
  2. Casas Herrera C, Montes de OcaM, López Varela ML, Aguirre C, Schiavi E, Jardim JR, PUMA Team.COPD underdiagnosis and misdiagnosis in a high-risk primary care population in four Latin American countries. A key to enhance disease diagnosis: the PUMA study.PLoS One. 2016;11:e0152266. doi:10.1371/journal.pone.0152266
  3. Laucho-Contreras ME, Cohen-Todd M. Early diagnosis of COPD: myth or a true perspective // European Respiratory Review.2020;29:200131. doi: 10.1183/16000617.0131-2020
  4. Talamo C, Montes de Oca M, Halbert R, Perez-Padilla R, Jardim JR, Muiño A, et al. Diagnostic labeling of chronic obstructive pulmonary disease in five Latin American Cities // Chest 2007;131:60-7.
  5. Caramori G, Bettoncelli G, Tosatto R, Arpinelli F, Visonà G, Invernizzi G, et al. Underuse of spirometry by general practitioners for the diagnosis of COPD in Italy // Monaldi Arch Chest Dis 2005;63:6-12. doi: 10.4081/monaldi.2005.651
  6. de Miguel Díez J, Izquierdo Alonso JL, Molina París J, Rodríguez González-Moro JM, de Lucas Ramos P, Gaspar Alonso-Vega G. Reliability of chronic obstructive pulmonary disease diagnosis by primary care physicians and pneumologists in Spain. Predictive factors // Arch Bronconeumol 2003;39:203-8. doi: 10.1016/s0300-2896(03)75362-9
  7. Diab N, Gershon AS, Sin DD, Tan WC, Bourbeau J, Boulet L-P. et al. Underdiagnosis and overdiagnosis of chronic obstructive pulmonary disease // Am J RespirCrit Care Med. 2018; 198: 1130-1139. doi: 10.1164/rccm.201804-0621CI.
  8. Global strategy for diagnosis, management and prevention of COPD. February 2020, Availablefrom: http://www.goldcopd.org.
  9. Ho T, Cusack RP, Chaudhary N, Satia I, Kurm OP. Under- and over-diagnosis of COPD: a global perspective // Breathe (Sheff). 2019; 15(1): 24-35. doi: 10.1183/20734735.0346-2018
  10. Lee TA, Bartle B, Weiss KB. Spirometry use in clinical practice following diagnosis of COPD // Chest. 2006;129:1509-15. doi: 10.1378/chest.129.6.1509
  11. Han MK, Kim MG, Mardon R, Renner P, Sullivan S, Diette GB, et al. Spirometry utilization for COPD: how do we measure up? // Chest. 2007;132:403-9. doi: 10.1378/chest.06-2846
  12. Löfdahl C-G, Tilling B, Ekström T, Jörgensen L, Johansson G, Larsson K. COPD health care in Sweden - a study in primary and secondary care // Respir Med. 2010;104:404-11.doi: 10.1016/j.rmed.2009.10.007
  13. Arne M, Lisspers K, Ställberg B, Boman G, Hedenström H, Janson C, et al. How often is diagnosis of COPD confirmed with spirometry? // Respir Med. 2010;104:550-6. doi: 10.1016/j.rmed.2009.10.023
  14. Miravitlles M, de la Roza C, Naberan K, Lamban M, Gobartt E, Martin A. Use of spirometry and patterns of prescribing in COPD in primary care // Respir Med. 2007;101:1753-60. doi: 10.1016/j.rmed.2007.02.019
  15. Caramori G, Bettoncelli G, Tosatto R, Arpinelli F, Visonà G, Invernizzi G, et al. Underuse of spirometry by general practitioners for the diagnosis of COPD in Italy // MonaldiArchChestDis. 2005;63. doi: 10.4081/monaldi.2005.651
  16. Joo MJ, Sharp LK, Au DH,Lee TA,Fitzgibbon ML.Use of spirometry in the diagnosis of COPD: a qualitative study in primary care // COPD. 2013;10:444-9. doi: 10.3109/15412555.2013.766683.
  17. Yu WC, Fu SN, Tai EL, Yeung YC, Kwong KC, Chang Y, et al. Spirometry is underused in the diagnosis and monitoring of patients with chronic obstructive pulmonary disease (COPD) // Int J Chron Obstruct Pulmon Dis 2013;8:389-95. doi: 10.2147/COPD.S48659
  18. Fang L, Gao P, Bao H, Tang X, Wang B, Feng Y, et al. Chronic obstructive pulmonary disease in China: a nationwide prevalence study // Lancet Respir Med. 2018;6:421-30. doi: 10.1016/S2213-2600(18)30103-6
  19. Wang C, Xu J, Yang L, Xu Y, Zhang X, Bai C, et al. Prevalence and risk factors of chronic obstructive pulmonary disease in China (the China pulmonary health [CPH] study): a national cross-sectional study // Lancet. 2018;391:1706-17. doi: 10.1016/S0140-6736(18)30841-9