| AZ | EN | RU


AZƏRBAYCANIN REGİONLARINDA MİKOZLARIN EPİDEMİOLOGİYASININ BİOSTATİSTİKASI
Mirzəyev A.H.


DOI: 10.61775/2413-3302.v2i36.12


XÜLASƏ
Təqdim edilmiş məqalənin məqsədi Azərbaycanda (müxtəlif şəhər və rayonlarda) ən çox rast gəlinən dərinin səthi göbələk xəstəliklərinin epidemiologiyasını öyrənmək, cari vəziyyəti qiymətləndirmək və proqnozunu qurmaq olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqat üçün Bakı, Gəncə, Lənkəran və Kürdəmir şəhərləri seçilmişdir. Bu şəhərlərin bir neçə müəssisəsi baş yığım kimi qəbul edilmişdir. Məqalədə trichophyton (T), candida (C), epidermifiton (E), mikrosporiya (M) səthi dəri xəstəlikləri araşdırılmışdır. Sorğunun mütəşəkkil aparılması üçün sorğu bülleteni və xəstələrin müayinə kartı işlənib hazırlanmışdır. Eksperimentlərdə 587 nəfər iştirak edib, təsadüfi seçim vasitəsilə Gəncədən 126 və Kürdəmirdən 81 nəfərdən patoloji material götürülərək laborator müayinə edilmişdir. Statistik işləmər zamanı Statistika-7 proqram paketindən istifadə edilmişdir. Nəticə və müzakirə. Araşdırma nəticəsində mikozların epidemiologiyasını monitorinq edən, zaman sıraları vasitəsi ilə cari vəziyyəti və proqnozunu verən bir sistem yaradılmışdır. Müəyyən olunmuşdur ki, iş şəraiti və sosial şəraiti qeyri-qənaətbəxş olan, immun sistemi zəif olan insanların dərinin səthi göbələk xəstəliklərinə tutulma riski daha çoxdur. Yekun. Proqnoz üçün qurulan elektron sistem iqlimə, əhalinin sayına, sosial vəziyyətinə və s. amillərə görə respublikanın müxtəlif bölgələrində, müvafiq məntəqələrdə tətbiq oluna bilər. Buna əsasən Azərbaycan Respublikası üzrə mikozların epidemiologiyasının elektron xəritəsini yaratmaq mümkündür. Belə bir xəritənin yaradılması dərinin göbələk xəstəliklərindən başqa digər ixtisas qrupundan olan həkimlər üçün də, ilk təcrübə kimi gələcəkdə müvafiq xəritələrin yaranması üçün nümunə ola bilər.
Açar sözlər: riyazi model, mikozlar, təsadüfi kəmiyyət, zaman sıraları, trend xətti, biostatistika üsulları


ƏDƏBİYYAT
  1. Самарский А.А, Михайлов А.П. Математическое моделирование: Идеи. Методы. Примеры. М.: Физмат, 2005, -320 с.
  2. Бакин А.Н., Хрипков С.Ю.Математическое моделирование динамики риска инфекционного заболевания // Проблемы риска. Т.6, 2009, №2, с.24-31
  3. Карякина О.Е. и др. Применение математических моделей в клинической практике // Экология человека. 2012, 7. С.103-106.
  4. Абдуллаева Г.Г., Шахинташ А., Имранов Ф.Б. Система диагностики функционального состояния гомеостаза в токсикологии (на примере укуса гюрзы) // Журнал вычислительной и прикладной математики, Киев, 2011, №3 (106).
  5. Юнкеров В.И., Григорьев С.Г. Математико-статистическая обработка данных медицинских исследований. Санкт-Петербург, 2002, 212 c.
  6. Гурьева В.М., Котов Ю.Б.. Анализ коротких отрезков временных рядов в медицинских задачах // ИПМ им. М.В.Келдыша РА Н, Москва, 2005. Работа выполнена при финансовой поддержке Российского фонда фундаментальных исследований (проект № 04-01-00434).
  7. Елисеева И.И., Юзбашев М.М. Общая теория статистики: учебник для вузов. Москва: Финансы и статистика, 2009. 656 с.