| AZ | EN | RU


AORTOKORONAR ŞUNTLAMA ƏMƏLİYYATINDAN SONRAKI ERKƏN DÖVRDƏ ÜRƏYİN İŞEMİYA XƏSTƏLİYİ VƏ ARTERİAL HİPERTENZİYASI OLAN XƏSTƏLƏRDƏ ENDOTEL DİSFUNKSİYASININ GÖSTƏRİCİLƏRİ
Əliyeva A.M., Quliyev F.Ə., Əliyev E.Ş.


DOI: 10.61775/2413-3302.v2i36.08


XÜLASƏ
Məqalədə yaxın dövrdə aortokoronar şuntlamadan (AKŞ) əvvəl və sonra arterial hipertenziyası (AH) olan ürəyin işemik xəstəliyi (ÜİX) xəstələrində endotel disfunksiyası markerlərinin səviyyəsinin müəyyənləşdirilməsinin nəticələri təqdim olunub. ÜİX və AH olan 50 xəstə müayinə edildi və iki müqayisə edilə bilən qrupa ayrıldı: I qrup ÜİX və AH olan AKŞ əməliyyatı keçirilən 30 xəstə, II qrup ÜİX və AH olan AKŞ aparılmayan 20 xəstə. Klinik müayinəyə şikayətlərin araşdırılması, anamnez, fiziki müayinə, EKQ, exokardiyografiya daxildir. Qanda endotelin-1 (ET-1) və azot oksidinin (NO) konsentrasiyaları müəyyən edilib. I qrup xəstələrdə orta hesabla ET-1 konsentrasiyası AKŞ-dan 12 ay sonra ilkin ilə müqayisədə 28,4% azalıb, lakin fərq əhəmiyyətli deyildi (t=1,84, p=0,071). I qrupda 12 aydan sonra ET-1 göstəricisi II qrupdakı göstərici ilə müqayisədə 43,0% aşağı olmuşdur (t=3,14, p=0,003). I qrup xəstələrdə AKŞ-dan sonra qanda NO metabolitinin miqdarı ilkin ilə müqayisədə 21,7% artmışdır (t=2,05, p=0,044). Eyni zamanda, I qrup xəstələrdə 12 aydan sonra NO konsentrasiyası II qrup xəstələrdəkindən 27,1% çox idi (t=2,68, p=0,010). Beləliklə, 12 aydan sonra əməliyyatdan sonrakı erkən dövrdə AKŞ-dan sonra AH olan ÜİX xəstələrində endotelin-1-in azalması və azot oksidinin artması ilə ifadə olunan endotel funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşması qeyd olunur. Tədqiqatın nəticələri ağırlaşmaların qarşısını almaq üçün AKŞ sonrası xəstələrdə ÜİX-nin müalicəsini optimallaşdırmaq üçün istifadə edilə bilər.
Açar sözlər: ürəyin işemiya xəstəliyi, arterial hipertenziya, endothelial disfunksiya, aortokoronar şuntlama, emndotelin-1, asot oksidi


ƏDƏBİYYAT
  1. Голиков П.П. Оксид азота в клинике неотложных заболеваний. Москва: МЕДПРАКТИКА-М, 2004. 179 с.
  2. Казак М.В., Суховей Н.А., Омельяненко М.Г., Томилова И.К., и др. Эндотелиальная дисфункция и прогноз после интервенционных вмешательств у пациентов с ишемической болезнью сердца в сочетании с артериальной гипертонией // Кардиоваскулярная терапия и профилактика, 2011, T.10, №5, c. 30-36. doi: 10.15829/1728-8800-2011-5-30-36.
  3. Сайганов С.А., Кузьмина-Крутецкая А.М. Динамика функции эндотелия при различных стратегиях лечения хронической ишемической болезни сердца // Вестник Северо-Западного государственного медицинского университета им. И.И. Мечникова, 2019, Т.11. №1. с. 5-12. doi: 10.17816/mechnikov20191115-12.
  4. Соколова Н.Ю., Шумков К.В., Голухова Е.З. Анализ ближайших результатов реваскуляризации миокарда у больных стабильной ишемической болезнью сердца // Кардиология и сердечно-сосудистая хирургия, 2017, v.10, №1, c. 28 32. doi: 10.17116/kardio201710128-32.
  5. Шлык И.Ф., Сидоров Р.В., Шлык С.В. Влияние дисфункции эндотелия на гемостаз у пациентов, перенесших коронарное шунтирование // Медицинский вестник Северного Кавказа, 2020, Т.15, №1, с. 28-31. doi: 10.14300/mnnc.2020.1500.
  6. Шукуров Ф.А., Табаров М.С., Тоштемирова З.М., Ходжаева М.Х. Исследование состояния эндотелия сосудов при разных формах ишемической болезни сердца // Вестник медицинского института «РЕАВИЗ: Реабилитация, Врач и Здоровье». 2023, Т 13, №4, с. 94-101. doi: 10.20340/vmi-rvz.2023.4.CLIN.12.
  7. Ambrosino P., Bachetti T., D'Anna S.E., Galloway B., Bianco A., D'Agnano V. et al. Mechanisms and Clinical Implications of Endothelial Dysfunction in Arterial Hypertension // J Cardiovasc Dev Dis. 2022, v.9 No 5, p. 136. doi: 10.3390/jcdd9050136.
  8. Banecki K.M.R.M., Dora K.A. Endothelin-1 in Health and Disease // Int. J. Mol. Sci, 2023, 24(14), p. 11295. doi: 10.3390/ijms241411295.
  9. Boen J.R.A., Gevaert A.B., De Keulenaer G.W., Van Craenenbroeck E.M., Segers V.F.M. The role of endothelial miRNAs in myocardial biology and disease // J. Mol. Cell. Cardiol, 2020, v.138, p. 75-87. doi: 10.1016/j.yjmcc.2019.11.151 7
  10. Chen Y., Zhou Z.F., Han J.M., Jin X., Dong Z.F., Liu L. et al. Patients with comorbid coronary artery disease and hypertension: a cross-sectional study with data from the NHANES // Ann Transl Med, 2022, v.10, №13, p. 745. doi: 10.21037/atm-22-2766.
  11. GBD 2019 Diseases, Injuries Collaborators. Global burden of 369 diseases and injuries in 204 countries and territories, 1990-2019: a systematic analysis for the Global Burden of Disease Study 2019 // Lancet (London, England). 2020, v.396 (10258), p. 1204-1222. doi: 10.1016/S0140-6736(20)30925-9.
  12. Hadem J., Rossnick R., Hesse B., Herr M., Hansen M., Bergmann A. et al. Endothelial dysfunction following coronary artery bypass grafting // Herz. 2020, v. 45, p. 86-94. doi: 10.1007/s00059-018-4708-0
  13. Kneževi D., Curko-Cofek B., Batinac T., Laškarin G., Raki M., Šoštari M. et al. Endothelial Dysfunction in Patients Undergoing Cardiac Surgery: A Narrative Review and Clinical Implications // J. Cardiovasc. Dev. Dis. 2023, v. 10, p. 213. doi: 10.3390/ jcdd1005021.
  14. Ladak S.S., McQueen L.W., Layton G.R., Aujla H., Adebayo A., Zakkar M. The Role of Endothelial Cells in the Onset, Development and Modulation of Vein Graft Disease // Cells. 2022, v.11, No 19, p. 3066. doi: 10.3390/cells11193066.
  15. Lanza G.A., Golino M., Villano A., Lanza O., Lamendola P., Fusco A., Leggio M. Cardiac Rehabilitation and Endothelial Function // J. Clin. Med, 2020. v. 9, p. 2487. doi: 10.3390/jcm9082487.
  16. Medina-Leyte D.J., Zepeda-García O., Domínguez-Pérez M., González-Garrido A., Villarreal-Molina T., Jacobo-Albavera L. Endothelial Dysfunction, Inflammation and Coronary Artery Disease: Potential Biomarkers and Promising Therapeutical Approaches // Int J Mol Sci, 2021, v.22, №8, p. 3850. doi: 10.3390/ijms22083850.
  17. Nawsherwan Bin W., Le Z., Mubarik S., Fu G., Wang Y. Prediction of cardiovascular diseases mortality- and disability-adjusted life-years attributed to modifiable dietary risk factors from 1990 to 2030 among East Asian countries and the world // Front Nutr, 2022, v.9, p. 898978. doi: 10.3389/fnut.2022.898978.
  18. Ungogo M.A. Targeting Smad-Mediated TGFβ Pathway in Coronary Artery Bypass Graft // J. Cardiovasc. Pharmacol. Ther. 2021, v. 26, p. 119-130. doi: 10.1177/1074248420951037.
  19. Wang Y., Wang Y., Liu T., Qin Y., Tang F., Zhang X., Li Y. Association between endothelin-1, nitric oxide, and Gensini score in chronic coronary syndrome // BMC Cardiovasc Disord, 2023, v.23, №1, p. 602. doi: 10.1186/s12872-023-03625-w.
  20. Wenwei Ai, Ming Zhang, Jie Hu. Effects of Endothelin-1 and nitric oxide levels on myocardial ischemia-reperfusion injury // Annals of Translational Medicine, 2022, v.10, №24, p. 1309. doi: 10.21037/atm-22-4998.