BAKI ŞƏHƏRİNDƏ UŞAQLAR ARASINDA PİYLƏNMƏNİN RİSK DƏYƏRLƏNDİRİLMƏSİ Haqverdiyev Q.O., Qafarov L.C., Süleymanova S.F., Hacızadə F.Ş., Haqverdiyeva S.İ., Muradova M.R., Hüseynova S.B., Cabbarova Y.H., İbrahimova N.V. DOI: 10.61775/2413-3302.v2i36.07
XÜLASƏ Məqalədə Bakı şəhərində uşaqlar arasında piylənmənin risk dəyərləndirilməsinin nəticələri təqdim olunmuşdur. Tədqiqatın məqsədi Bakı şəhərində uşaqlar arasında piylənmənin yayılma tendensiyasını izləmək və risk amillərinin müəyyən edilməsidir. Tədqiqat işi yarımşaquli dizayn əsasında aparılmışdır. Epidemioloji nəzarət sistemi 6,0-6,9, 7,0-7,9, 8,0-8,9 və 9,0-9,9 yaşlı məktəbli yşaqları əhatə etmişdir. Seçmə ÜST Avropa regional bürosunun COSI protokoluna uyğun olaraq aparılmışdır. İlkin seçmə elementləri məktəblər, ikincili isə üçüncü siniflər olaraq iki mərhələli stratifikasiyalı klaster seçmə üsulundan istifadə edilmişdir. Bakı şəhəri üzrə tədqiqatda iştirak edən uşaqların sayı 965 nəfər (onlardan 500 nəfəri oğlan 465 nəfəri isə qız) olmuşdur. Azərbaycanda aparılan COSI tədqiqatının nəticələrinə görə, Bakı şəhərində 8 yaşlı uşaqlar arasında arıqlığın yayılması 4,1%, artıq bədən çəkisi (piylənmə daxil olmaqla) – 34,8%, yalnız piylənmə isə 14,6% təşkil etmişdir (2007-ci ildə ÜST tərəfindən təklif olunan fiziki inkişaf meyarlarına uyğun olaraq). Açar sözlər: piylənmə; uşaqlar; uşaqlarda piylənməyə nəzarət təşəbbüsü; epidemioloji nəzarət ƏDƏBİYYAT
|