AZƏRBAYCANDA BİRİNCİ XƏTT EMPİRİK MÜALİCƏNİN EFFEKTİVLİYİ: AVROPA HELİCOBACTER PYLORİ MÜALİCƏ REYESTRİNİN NƏTİCƏLƏRİ (HP-EUREG) Babayeva G.H., Mahmudov U.R., Məmmədov E.E., Guliyev F.V., Verdiyev E.Kh., Macanov Ü.R., İbişev R.F., Hüseynov H.M., Zalov Z.S., İsmayilova S.Y., Həsənov R.A., İbrahimli H.İ., Kano-Katala A., Parra P.P., Moreyra L., Nissen O.P., Meqrod F., O'Moreyn K., Gizbert X.P. DOI: 10.61775/2413-3302.v2i36.06
XÜLASƏ Aktuallıq. Helicobacter pylori ilə əlaqəli mədə zədələnmələri, eradikasiya məsələləri və onun bəzən qeyri-kafi terapevtik effektivliyi problemləri həzm sisteminin səhiyyə sahəsində ən aktual mövzulardan biri olaraq qalmaqda davam edir. Tədqiqatın məqsədi Azərbaycanda H. pylori infeksiyasının müalicəsi üçün empirik birinci sıra müalicə üsullarının istifadə tezliyini, effektivliyini və təhlükəsizliyini qiymətləndirmək olmuşdur. Material və metodlar. Məlumatlar Avropa Helicobacter pylori Müalicə Reyestrindən (Hp-EuReg) AEG-REDCap-a toplanmış və 2020-ci ilin yanvarından 2023-cü ilin mayına qədər keyfiyyət nəzərinən yoxlanılmışdır. Müalicə olunmamış bütün hallar dəyişdirilmiş müalicə niyyəti (mITT) analizi, protokol üzrə (PP) analizindən istifadə etməklə effektivlik baxımından qiymətləndirilmiş və ayrıca çoxşaxəli analiz aparılmışdır. Nəticələr. Tədqiqat 3898 xəstəni əhatə etmişdir (67% dispepsiya haqqında məlumat). Üçlü rejimlər ən çox təyin edilmişdir (82%), xəstələrin 54% -ində PPI-klaritromisin-amoksisillin rejimi istifadə edilmişdir. Müalicə müddəti 14 gün (56%), 10 gün (27%) və 7 gün (17%) təşkil etmişdir. Optimal (>90%) mITT effektivliyi aşağıdakı 14 günlük rejimlərlə əldə edilmişdir: PPI-klaritromisin-amoksisillin (94%), PPI-klaritromisin-metronidazol (97%), PPI-klaritromisin-metronidazol-vismut (96%), və PPI-klaritromisin-amoksisillin-vismut (98%); standart dozalarda PPI ilə birlikdə: PPI-amoksisillin-tetrasiklin (96%) və PPI-klaritromisin-amoksisillin-vismut (96%); və yüksək dozalı PPI ilə: PPİ-klaritromisin-amoksisillin (94%), PPI-klaritromisin-metronidazol (97%), PPI-klaritromisin-metronidazol-vismut (100%) və PPI-klaritromisin-amoksisillin-vismut (99%). Mənfi hadisələr barədə 12% hallarda bildirilmişdir. Yekun. 2020-2023-cü illər üçün təyin olunmuş H. pylori eradikasiya rejimləri Azərbaycanda Maastricht VI tövsiyələrinə qismən uyğundur və yüksək effektivlik (≥90%) olduğu və kafi təhlükəsizlik profili təmin edildiyi bildirilmişdir. Açar sözlər: Hp-EuReg, Helicobacter pylori, antisekretor terapiya, birinci sıra terapiya, vismut, eradikasiya səviyyəsi, effektivlik, təhlükəsizlik ƏDƏBİYYAT
|