| AZ | EN | RU


KƏSKİN KORONAR XƏSTƏLİYİ OLAN XƏSTƏLƏRDƏ TELETƏBABƏTİN TƏTBİQİNİN EFFEKTİVLİYİNİN KLİNİK DƏYƏRLƏNDİRİLMƏSİ
Calalov M.R.


DOI: 10.61775/2413-3302.v2i36.05


XÜLASƏ
Giriş. Müasir tibbin aktual problemlərindən biri, kəskin koronar sindromu olan, xüsusilə infarkt kimi həyati təhlükə yaradan vəziyyətlərdə olan xəstələrdə təcili tibbi yardımın effektivliyini artırmaqdır. Bu istiqamətdə teletəbabət imkanlarının istifadəsi perspektivli bir sahədir. Tədqiqatın məqsədi teletəbabət vasitəsilə göstərilən məsafəli konsultativ yardımın, kəskin koronar sindromla bağlı təcili tibbi yardım üçün müraciət edən xəstələrdə klinik effektivliyini qiymətləndirmək olmuşdur. Materiallar və metodlar. Tədqiqat retrospektiv və prospektiv hissələri əhatə etmiş və 2015-2020-ci illər ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət etmiş 1115 xəstəni əhatə etmişdir. Tədqiqat zamanı xəstələrin müalicə nəticələri SPSS proqramında Binary Logistik Regression analizi ilə qiymətləndirilmişdir. Prospektiv qrupda məsafəli konsultativ yardım teletəbabət imkanlarından istifadə edilməklə göstərilmişdir. Nəticələr. Tədqiqatın nəticələri göstərmişdir ki, teletəbabət vasitəsilə göstərilən məsafəli konsultativ yardım, kəskin koronar sindromu olan xəstələrin müalicəsinin effektivliyini əhəmiyyətli dərəcədə artırmışdır. Prospektiv qrupda müalicə alan xəstələrin hemodinamik göstəriciləri (nəbz, sistolik və diastolik arterial təzyiq) ənənəvi müalicə alan xəstələrlə müqayisədə əhəmiyyətli dərəcədə daha yaxşı olmuşdur. Yekun. Teletəbabət vasitəsilə kəskin koronar sindromu olan xəstələrə göstərilən ilkin tibbi yardımın effektivliyi sübut olunmuşdur. Mütəxəssislərin məsafəli yardımı və təcili tibbi yardım personalının təlimatlara adekvat əməl etməsi müsbət nəticələrə gətirib çıxarmışdır. Bu tədqiqat Azərbaycanda teletəbabətin xidmətlərinin genişləndirilməsi və tətbiqinin əhəmiyyətini bir daha təsdiq edir.
Açar sözlər: koronar xəstəlik, təcili yardım, teletəbabət, distant konsultasiya, müalicə


ƏDƏBİYYAT
  1. Bosson N. Telemedicine to improve outcomes for patients with acute myocardial infarction // Heart. 2019 Oct;105(19):1454-1455. doi: 10.1136/heartjnl-2019-315278
  2. Alshahrani NS, Ducas R, Quinn T et al. TELE-ACS: Telemedicine Intervention Associated With Reduction in Hospital Readmission, ER Visits // American College of Cardiology, 2024. Available at: https://www.acc.org/latest-in-cardiology/articles/2024/04/06/12/42/tele-acs
  3. Marcolino MS, Maia LM, Oliveira JAQ, Melo LDR, Pereira BLD, Andrade-Junior DF, Boersma E, Ribeiro AL. Impact of telemedicine interventions on mortality in patients with acute myocardial infarction: a systematic review and meta-analysis // Heart, 2019;105(19):1479-1486. doi: 10.1136/heartjnl-2018-314539
  4. Muliyil S. Telemonitoring of patients with acute coronary syndrome // Nat Med. 2024 Apr 29. doi: 10.1038/d41591-024-00029-x
  5. Marcolino MS, Maia LM, Oliveira JAQ, Melo LDR, Pereira BLD, Andrade-Junior DF, Boersma E, Ribeiro AL. Impact of telemedicine interventions on mortality in patients with acute myocardial infarction: a systematic review and meta-analysis // Heart. 2019 Oct;105(19):1479-1486. doi: 10.1136/heartjnl-2018-314539
  6. Kotb A, Cameron C, Hsieh S, Wells G. Comparative effectiveness of different forms of telemedicine for individuals with heart failure (HF): a systematic review and network meta-analysis // PLoS One. 2015; 25,10(2):e0118681. doi: 10.1371/journal.pone.0118681
  7. Ibanez B, James S, Agewall S, Antunes MJ, ey al; ESC Scientific Document Group. 2017 ESC Guidelines for the management of acute myocardial infarction in patients presenting with ST-segment elevation: The Task Force for the management of acute myocardial infarction in patients presenting with ST-segment elevation of the European Society of Cardiology (ESC) // Eur Heart J. 2018 Jan 7;39(2):119-177. doi: 10.1093/eurheartj/ehx393.
  8. Tang M, Holmgren AJ, McElrath EE. et al. Investigating the association between telemedicine use and timely follow-up care after acute cardiovascular hospital encounters // JACC Adv. 2022 Dec;1(5):100156. doi: 10.1016/j.jacadv.2022.100156.
  9. Miller AC, Ward MM, Ullrich F, Merchant KAS, et al. Emergency Department Telemedicine Consults are Associated with Faster Time-to-Electrocardiogram and Time-to-Fibrinolysis for Myocardial Infarction Patients // Telemed J E Health. 2020 Dec;26(12):1440-1448. doi: 10.1089/tmj.2019.0273